MüƏLLİFDƏN


«Əgər qoca kişi və qoca qadın zina edərlərsə, onları daşqalaq



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə126/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   122   123   124   125   126   127   128   129   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«Əgər qoca kişi və qoca qadın zina edərlərsə, onları daşqalaq 
edin. Bu ilahi bir hökmdür. O Allah ki, yenilməz qüvvət və hikmət 
sahibidir.» 
«Əşşəynu vəşşəyxətu fərcumu huma əlbəttətən bima qəzəya 
minəlləzzəti.» 
«İnnəşşəynə vəşşəyxətə iza zənəya fərəcumuhuma əlbəttətən.» 
Lakin hal-hazırda mövcud olan Quran nüsxələrində biz daşqalaq 
hökmünə dəlalət edən bu kimi ayələrlə qarşılaşmırıq. Əgər bu 
rəvayəti mötəbər hesab edəriksə, ayənin Quranın orjinal 
nüsxəsindən ixtisara salındığını qəbul etməliyik. 
2. Təbərani, mötəbərliyinə istinad etdiyi Ömər ibni Xəttabdan 
nəql edərək deyir: «Quranda bir milyon iyirmi yeddi hərf vardır.» 
(İtqan 1-ci cild, 101-ci səh.).
Bir haldakı mövcud olan Quran nüsxələrində hərflərin sayı bu 
rəqəmin heç üç də birini də təşkil etmir. Bu rəvayətə əsaslansaq, 
onda Quranın üçdə ikisinin ixtisara salındığını qəbul etməliyik. 
3. Yenə də İbni Abbas, Ömər ibni Xəttabdan nəql edərək deyir: 
«Allah-taala Məhəmmədi (s) peyğəmbərliyə təyin edib, ona kitab 
[Quranı] göndərdi. Orada bir çox ilahi hökmlərlə yanaşı zinakarlara 
dair daşqalaq hökmü də verilmişdir. Biz bu ayələri oxuyar və lazım 
olduqda ona əməl edərik. Sonra əlavə edərək dedi: Biz Quranda bu 
ayələri oxuyardıq: 
«Ata-babalarınızdan üz çevirməyin...» 
«Ata-babalarınızdan üz çevirsəniz...» 
(Məsnəd Əhməd. 1-ci cild, 47-ci səh.). 
4. Nafe, İbni Ömərdən nəql edərək deyir: «Mütləq sizlərdən 
biriniz özünü öyərək, mən Quranı bütünlüklə hifz etdim 


192 
deyəcəkdir. Lakin o haradan bilsin ki, Quranın böyük bir hissəsi 
ixtisara salınaraq aradan getmişdir. Yaxşı olar ki, o, «mən Quranın 
mövcud olan hissəsini hifz etdim» desin.» 
(İtqan 2-ci cild, 40-41-ci səh.). 
5. Urvət ibni Zubeyr, Ayişədən nəql edərək deyir: «Peyğəmbərin 
(s) zamanında Əhzab surəsi iki yüz ayədən ibarət idi. Osmanın 
xilafəti dövründə Quran vahid nüsxə halına salındıqdan sonra 
orada, hal-hazırkı nüsxələrdə mövcud olan ayələr qaldı.» 
(İtqan 2-ci 
cild, 40-41-ci səh.). 
6. Əbu Yunusun qızı Həmidə nəql edərək deyir: «Atamın səksən 
yaşı olarkən mənim üçün Ayişənin yazdığı səhifələrdən bu ayəni 
oxudu: 
«Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat göndərir [xeyir-dua 
verirlər]. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə 
salamlayın [Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd: Əssəlamu 
ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuhu – deyin!] 
(İtqan 2-ci 
cild, 100-cü səh.). 
Həmidə deyir: «Bu əhvalat, xəlifə Osman Quranı yığmazdan 
əvvəl baş vermişdir.» 
7. Əbu Hərb ibni Əsvəd atasından deyir: «Əbu Musa Əşəri, 
Bəsrənin üç yüz nəfər görkəmli qarilərini yığıb onlar üçün ziyafət 
təşkil etdi. Sonra üzünü onlara tutub dedi: «Siz əməli-saleh insanlar, 
Bəsrənin ən yaxşı qarilərindən hesab olunursunuz. Dünya malına 
bel bağlayıb hər şeyi arzu etməyin. Əgər belə edərsinizsə 
qəlblərinizi qəsavət bağlayar və sizi həqiqətdən uzaq salar. Keçmiş 
ümmətlər xam xəyallarla yaşamış və tükənməyən arzular onların 
qəlblərinə qəsavət möhrü vurmuşdur.» 
Sonra sözlərinə əlavə edərək dedi:
Əvvəllər Quranda həcm və qafiyə baxımından Bəraət surəsinə 
bənzər bir surə oxuyardıq. Lakin həmən surədən mənim yadımda 
qalan yalnız bu ayə olmuşdur. 
«Əgər Adəm övladı var-dövlət ilə dolu iki səhraya malik olarsa, üçüncü 
arzunu da edəcəkdir. [Axırda isə] Adəm övladının qarnını torpaqdan başqa 
heç bir şey doyuzdurmayacaqdır.»
 


193 
Yadımdadır, Musəbbihat surəsinə oxşar başqa bir surə də 
oxuyardıq. Amma təəssüflər olsun ki, ondan da yalnız bu ayə 
yadımda qalmışdır. 
«Ey iman gətirənlər! Etməyincə bir şeyi niyə deyirsiniz? Bilin ki, bu 
kimi sözlər sizin əməl dəftərlərinizdə yazılacaq və qiyamət günü sorğu-sual 
olunacaqsınız.» 
(Səhihi Müslüm. 3-cü cild, 100-cü səh.).
8. Zərr deyir: Günlərin bir günündə Ubeyy ibni Kəb məndən 
soruşdu: Ey Zərr! Əhzab surəsi neçə ayədən ibarətdir? Dedim: 
Yetmiş üç ayədən. Sözümü kəsərək dərhal dedi: Əhzab surəsi həcm 
baxımından Bəqərə surəsi kimi, bəlkə ondan da böyükdür.
(Musnəd 
Əhməd 2-ci cild, 43-cü səh.).
9. İbni Əbi Davud və İbni Ənbar Şəhabdan nəql edərək deyir: 
Bizə bəlli olmuşdur ki, (Osmanın xilafəti dövrünədək) mövcud 
olmuş Quranlar həcm baxımından hal-hazırkı Quran nüsxələrindən 
daha böyük olmuşdur. Lakin, Yəmamə döyüşündə Quran 
hafizlərinin həlak olması nəticəsində Quranın böyük bir hissəsi 
aradan getmişdir. 
(Musnəd Əhməd ibni Hənbəl 2-ci cild, 50-ci səh.).
10. Ömər Ayişədən nəql edərək deyir: Əvvəllər 
«[Uşaq anadan] on 
dəfə [və ya on dəfədən artıq] süd əmərsə [ananın] digər uşaqları məhrəm 
olmuş olur» 
ayəsi Quran nüsxələrində mövcud olmuş lakin, «Xəmsu 
məlumatin – beş dəfə əmərsə...» ayəsi nazil olmaqla, əvvəlki hökm 
öz qüvvəsini itirmişdir. Hər iki ayə, hətta Peyğəmbərin (s) 
vəfatından sonra digər ayələrlə yanaşı qiraət olunardı. 
(Səhihi Buxari 
4-cü cild, 167-ci səh.).
11. Musəvvər ibni Muxrəmə nəql edərək deyir: Ömər ibni 
Əbdürrəhman ibni Ovf deyərdi: Sən də 
«Əgər döyüşərsinizsə, əvvəl 
döyüşdüyünüz kimi döyüşün» 
ayəsini Quranda tapa bilmirsən?! 
Əbdürrəhman cavabında dedi: Digər ayələr kimi bu ayə də aradan 
getmişdir. 
(İtqan 2-ci cild, 42-ci səh.).
12. Əbu Süfyan Kəlai deyir: Günlərin bir günündə Muslimət ibni 
Muxlid Ənsari bizə dedi: Əvvəllər Quranın bir hissəsini təşkil edən, 
lakin sonradan ixtisara salınmış iki ayə haqda nə deyə bilərsiniz? 
Onlardan heç biri, hətta Əbu Kənud Səhd ibni Malik belə onun 
hansı ayəni nəzərdə tutduğunu xatırlaya bilmədi. Sonra İbni 
Muslimə özü bu iki ayəni oxudu: 


194 
«İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad 
edənlər [Mühacirlər!] Müjdələr olsun ki, nicat tapanlardan oldunuz! 
Onlara [möminlərə] sığınacaq verən, [çətinliklərdə] köməklik edən və 
Allahın qəzəbinə gəlmiş şəxslərin qarşısında onları müdafiə edən şəxslər, 
kimsənin təsəvvür etmədiyi nemətlərlə mükafatlandırılarlar. Bütün bunlar 
onlara gördükləri xeyirli işlərin müqabilində bəxş olunar.» 
Bütün bunlarla yanaşı İbni Abbasın və Ubeyy ibni Kəbin 
yazdıqları səhifələrdə Xələ və Həfəd adlı surələrə də rast gəlmək 
olar. Surələrin hər birindən bir ayəni sizin nəzərinizə çatdırırıq. 
«İlahi! Biz səndən kömək diləyir və bağışlanmağımızı istəyirik. Şəninə 
şükr və səna deyir və sənə şərik qoşmayırıq. İtaətindən çıxıb günahkar 
şəxsləri özümüzdən uzaq edirik. İlahi! Yalnız sənin üçün ibadət edir, 
qarşında namaz qılıb səcdəyə qapanırıq. Hər zaman sənə pənah gətirib 
bütün işlərimizi sənə xatir görürük. Əzabından qorxur, rəhmətinə ümid 
edirik. Çünki, əzabın yalnız kafirlərə şamil olar.» 
Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur. Lakin biz, 
bunlarla kifayətlənib verilən cavabları nəzərdən keçirməyə daha 
çox əhəmiyyət veririk. 
Cavab: 
Quranın bəzi ayələrini tilavət, bəzilərini də ixtisara 
salınaraq onun orjinal nüsxəsindən çıxarılması təhrifdən savayı bir 
şey deyildir. Bir sözlə Quranın təhrif olunduğuna dair irəli 
sürülmüş nəzəriyyə heç bir məntiqə əsaslanmadığı kimi orada bəzi 
ayələrin ixtisara salınması da tamamilə batil və əsassız 
nəzəriyyədir. Çünki, bu kimi dəyişikliklər ya Peyğəmbərin (s) özü, 
ya da ondan sonra xilafəti idarə edən şəxslər tərəfindən həyata 
keçirilməli idi. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin