196
Həşfiyyəyə aid etdiyini təkzib edərək deyir: Əhli sünnə alimlərinin
heç biri Quranın təhrif olunmasına dair fikir irəli sürməmişdir.
Daha təəccüblüsü budur ki, o, şiə alimlərini təhrif nəzəriyyəsini
qəbul etməkdə ittiham etmişdir. Alusi bu haqda deyir: Şiə
alimlərinin irəli sürdükləri fərziyyələr, onların «Quranın təhrif olma
nəzəriyyəsini» qəbul etmələrini bir daha sübuta yetirir. Belə ki,
Təbərsi onların belə bir batil və yanlış əqidələrinin üstünü örtmək
üçün bir sıra dəlillərə istinad etməyə cəhd göstərmişdir.
(Ruhul
Məani. 1-ci cild, 24-cü səh.).
Bu iradların əksinə olaraq, ötən fəsillərdə şiə alimlərinin «təhrif
nəzəriyyəsini» qətiyyətlə rədd etdiklərini və onların bu barədə heç
bir fikir irəli sürmədikləri haqda ətraflı izahatlar verdik. Hətta
Təbərsi öz kitabında Seyyid Mürtəzanın «təhrif nəzəriyyəsinin»
batil olduğuna dair gətirdiyi əsaslı dəlillərə işarə etmişdir.
(Məcməul-
bəyan. 1-ci cil, 15-ci səh.).
Dostları ilə paylaş: