MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə130/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   126   127   128   129   130   131   132   133   ...   182
EL-BEYAN 1 Cİ CİLD

3. Deyirlər
: Doğrudur, ayədə Quranın toxunulmazlığından 
söhbət açılır, lakin burada hansı Quran nəzərdə tutulur? Onların 
fikrincə, burada yalnız zəmanənin imamında olan Quran nəzərdə 
tutula bilər. Çünki ayənin zahiri mənasından onun ümumi xarakter 
daşıdığını müşahidə etmirik. 
Cavab: 
Bu fərziyyə bir qədər əvvəl qeyd olunan fərziyyələrdən 
daha zəif və əsassızdır. Çünki, Quranın toxunulmaz qalması, ilk 
növbədə onu gündəlik tilavət edən camaat üçün lazımdır. O ki 
qaldı zəmanənin imamında olan Qurana, o, lövhi-məhfuzda və ya 
mələklərin yanında olan Quran kimi toxunulmaz qalacaqdır. Sanki 
birisi hədiyyə vermək istədiyi şəxsə deyir: Mən sizin üçün bir 
hədiyyə göndərmişəm, lakin onu ya özüm, ya da dostlarımdan biri 
qoruyub saxlayacaqdır. 
Daha təəccüblüsü budur ki, onlar «toxunulmaz» dedikdə bütün 
Quranlar deyil, yalnız bir Quranı nəzərdə tuturlar. Onlar belə 
güman edirlər ki, «zikr» deyildikdə, kağız üzərində yazılmış və 


199 
üzərindən oxunan ayələr nəzərdə tutulur. Bir halda ki, bu tamamilə 
yanlış bir fərziyyədir. «Zikr» deyildikdə Allah tərəfindən 
Peyğəmbərə (s) nazil olmuş Quran nəzərdə tutulur. Mövcud olan 
Quran nüsxələri isə, Peyğəmbərə (s) nazil olmuş orjinal nüsxənin 
zahiri formasıdır. Bu Quran nüsxələri isə zaman keçdikcə köhnəlib 
aradan gedər. Belə ki, toxunulmaz dedikdə, kağız üzərinə 
köçürülmüş, zaman keçdikcə çürüyərək aradan gedəcək nüsxələri 
deyil, Allah tərəfindən Peyğəmbərə (s) nazil olan və əməli-saleh 
insanların qəlblərindəki Quranı nəzərdə tutmalıyıq. Belə bir Quran 
dünya durduqca duracaq və orada istifadə olunan ifadələrdən heç 
biri təhrif və təbdilə məruz qalmayacaqdır. 
4.
İrəli sürülən fərziyyələrə cavab verilsə də, şübhə doğuran bir 
məsələ də vardır və o da bundan ibarətdir ki, əgər «təhrif 
nəzəriyyəsinin» tərəfdarları Quranın bu ayəsində də (Hicr-9) təhrifə 
yol verildiyini ehtimal etsələr və ya bu ayə ilə Quranın təhrif 
olunmasını sübuta yetirmək istəsələr, onların iddiaları bir o qədər 
də inandırıcı olmayacaqdır. Çünki, təhrif olunduğu ehtimal olunan 
bir ayə ilə Quranın təhrif olunmasını isbat etmək həm məntiqdən 
uzaq, həm də sağlam əql və düşüncə ilə qəbul olunması qeyri-
mümkün olan bir işdir. Lakin burada olduqca böyük əhəmiyyət 
kəsb edən bir məsələyə toxunmaq lazımdır. O da, Peyğəmbərin (s) 
Əhli-beyti tərəfindən Quran ayələrinin təhrif olunub-olunmaması 
haqda nəql olunan rəvayətlərin mötəbərliyini qəbul edib-
etməməkdən ibarətdir. Yəni, Quranın təhrif olunub-olunmamasına 
dair etibar baxımından onlar tərəfindən nəql olmuş hədis və 
rəvayətlərə istinad edən kəslər, bu məsələnin həllində heç bir 
çətinliklərlə üzləşməzlər. Onlara qarşı kin-küdurət bəsləyən, 
buyurduqlarına istinad etməyən kəslər isə təhrif və bu kimi bir çox 
məsələlərdə çətinliklərlə üzləşəcək, əldə etdikləri nəticə isə batil və 
əsassız olacaqdır. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin