223
Cavab:
Əvvəla bu rəvayətlər sənəd və etibar baxımından olduqca
zəif və əsassızdır. Digər tərəfdən də Quranın bir çox ayələri bu
məzmunda nəql olmuş və mötəbər hədis və rəvayətlər, həmçinin
Quranın dəyişilməz olaraq qaldığına və təhrifə yol verilmədiyinə
istinad edən hər bir müsəlman belə bir fərziyyəni qətiyyətlə rədd
edir. Şeyx Mufid, Şeyx Tusi və Şeyx Bəhai təhrifə dair təlif etdikləri
əsərlərdə bu mətləbə xüsusi diqqət yetirmiş və qətiyyətlə Quranda
bircə hərfin də dəyişilmədiyini bildirmişlər. Onlar son nəticəyə
gələrək deyirlər: «Hal-hazırkı Quran nüsxələri Peyğəmbərə (s) nazil
olmuş nüsxə ilə heç də fərqli deyildir və bu həqiqəti təsdiqləyəcək
kifayət qədər hədis və rəvayət vardır.
Dostları ilə paylaş: