227
nəzəriyyənin əsassız olduğunu, Quran elmləri məcmuəsində yeni
fəsil açmaqla isbat etmək istəyirik. İndi isə bu məzmunda nəql
olunmuş rəvayətlərə diqqət yetirin.
1. Zeyd ibni Sabit nəql etdiyi rəvayətdə deyir: Yəmamə döyüşü
zamanı Əbu Bəkr məni yanına çağırdı. Onun xeyməsinə girdikdə
Ömər ibni Xəttabın da orada olduğunu gördüm. Məni görcək dedi:
Zeyd! Ömər deyir ki, döyüş qanlı-qadalı keçdiyi üçün Quran
hafizlərinin bir çoxu həlak olmuş və onların sayı nəzərə çarpacaq
qədər azalmışdır. Qorxuram ki, ağır döyüşlər baş versin və Quran
hafizlərinin bu döyüşlərdə bütünlüklə həlak olması, Quran
ayələrinin bir çoxunun unudularaq aradan getməsinə gətirib
çıxarsın. Bu səbəbdən də belə bir qərara gəlmişik ki, pərakəndə
Quran ayələrini bir yerə yığıb vahid nüsxə halına salaq.
[Əbu Bəkr deyir:] Ömərə dedim: Peyğəmbərin (s) görmədiyi bir
işi məndən tələb edirsən?!
Ömər dedi: And olsun Allaha! Görə biləcəyimiz ən xeyirli iş
varsa, o da budur. O, özü bunu dəfələrlə təklif etmişdir. Nəhayət,
Allah qəlbimi öz nuru ilə işıqlandırdı və onun təklifini qəbul etdim.
Zeyd deyir: Sonra Əbu Bəkr mənə dedi: Sən cavanlığından öz
ağıl və dərrakənlə hamıdan fərqlənir, sədaqətinlə hamının
etimadını qazana bilmisən. Hələ Peyğəmbərin (s) zamanında nazil
olan vəhyləri kağız üzərinə köçürür və beləliklə Peyğəmbər və
Quranla yaxın ünsiyyətdə ola bilirdin. Gəl bu ağır və eyni zamanda
məsuliyyətli işi öz üzərinə götür.
Zeyd sözlərinə əlavə edərək deyir: And olsun Allaha! Əgər Əbu
Bəkr dağı qazıb başqa yerə daşınmasını əmr etsəydi, bu mənim
üçün Quranı bir yerə yığmaqdan asan olardı. Bu səbəbdən də Əbu
Bəkrin, Ömərə dediyini təkrar etdim. Peyğəmbərin (s) görmədiyi
bir işi necə yerinə yetirə bilərsiniz? Əbu Bəkr dedi: And olsun
Allaha! Müsəlmanlar yalnız buna ehtiyac duyurlar. Bu səbəbdən də
Quranın yığılmasını təkidlə mənə əmr edir və mümkün qədər bu
işə tez başlamağımı istəyirlər. Nəhayət özümün bu işə hazır
olduğumu hiss etdim, pərakəndə olan ayələri kağız üzərindən və
hafizlərin yaddaşlarından bir yerə yığıb vahid nüsxə halına saldım.
Tapılması bir qədər çətin olan, Tövbə surəsinin son ayələri idi
Dostları ilə paylaş: