228
ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki...»
onu da Kəzimə
Ənsaridən əldə edə bildim.
Böyük zəhmətlə yığılan Quran nüsxəsini, Əbu Bəkr xəlifə olduğu
müddət ərzində özündə saxlayırdı. Sonra
onu Ömər və ondan sonra
qızı Həfsə saxlayırdı.
(Səhih Buxari. 6-cı cild, 98-ci səh).
2. İbni Şəhab, Ənəs ibni Malikdən nəql edərək deyir: Osman,
Huzeyfə İraq və Şam camaatını Azərbaycan və Ermənistanın
fəthinə hazır olmalarını əmr etdi. Huzeyfə səfər tədarükü görərkən
onların qiraətində müşahidə etdiyi ixtilaflardan bərk narahat olur.
Bunun qarşısını almaq məqsədilə Osmana belə bir məktub yazır: Ya
Əmirəl-möminin! Yəhudi və nəsranilər islamı qəbul edib qiraətdə
ixtilafa düçar olmazdan əvvəl, islamı qəbul etmiş müsəlmanların
dadına çat!
Osman, yığılmış Quran nüsxələrini üzündən köçürmək
məqsədilə Həfsəyə məktub yazıb, ondan həmin Quranın
göndərilməsini istəyir. Həfsə nüsxəni ona göndərir. Xəlifə Zeyd ibni
Sabitə,
Abdulla ibni Zubeyrə, Səid ibni Asa, Abdurrəhman ibni
Hərs ibni Hişama bu nüsxənin üzünü köçürməyini əmr edir.
Sonra Osman onlardan üçünü yanına çağırıb deyir: Əgər sizinlə
Zeyd ibni Sabit arasında Quranın yazılış və oxunuşunda ixtilaf
meydana gəlsə, Qüreyşin ləhcə və istifadə etdiyi ifadələrə müraciət
edin. Çünki, Quran onların ləhcəsində və
istifadə etdiyi ifadələrlə
nazil olmuşdur.
Bu dörd nəfər şəxs xəlifənin əmrinə əsasən bir neçə nüsxə
köçürüb ona təqdim edir. Xəlifə əsl nüsxəni Həfsəyə qaytarır və
yazılmış nüsxələri ətraf məntəqələrə göndərir, sonra isə mövcud
olan nüsxələri yandırıb məhv olunmasını əmr edir.
İbni Şəhab hədisi nəql etdikdən sonra deyir:
Zeyd ibni Sabitin
oğlu Xaricə nəql edir ki, atam deyərdi: Nüsxənin üzərindən
köçürdüyümüz zaman, Peyğəmbərin (s) özündən eşitdiyim Əhzab
surəsinin ayələrindən birini itirmişdik.
Nəhayət onu Xəzimət ibni
Sabit Ənsaridən əldə edə bildik və onu nüsxələrə əlavə etdik.
Həmən ayə bundan ibarət idi:
«Möminlərin içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq
olarlar.»
229
3. İbni Əbi Şeybə Əli (ə)-dan nəql edərək deyir: Əbu Bəkrin
savabı hamıdan daha çoxdur. Çünki o, Quranı bir yerə yığan ilk
şəxs olmuşdur.
4. İbni Şəhab, Salim ibni Abdulla və Xaricədən nəql edərək deyir:
Əbu Bəkr kağız üzərinə yazılmış pərakəndə Quran ayələrini bir
yerə yığıb, Zeyd ibni Sabitədən ona nəzər salmasını istədi.
Lakin
Zeyd bundan imtina etdi. Əbu Bəkr ilə Ömər bir daha yığılmış
nüsxədə düzəliş aparmasını israr etdikdə Zeyd nəhayət öz razılığını
bildirdi.
Bu nüsxə Əbu Bəkrin vəfatından sonra Ömərin və ondan sonra
Peyğəmbərin (s) zövcəsi Həfsənin yanında saxlanılırdı. Osman öz
adamlarını göndərib Həfsədən həmən nüsxələri təhvil verməsini
istədi. Lakin Həfsə Quranı Osmana verməkdən imtina etdi. Osman
bir daha öz adamlarını göndərib, Quranın
yenidən ona
qaytarılacağını söz verir. Həfsə bu dəfə Quranı onlara verməyə
razılıq verir. Osman onun üzərindən bir neçə nüsxə köçürüb, əsl
nüsxəni yenidən Həfsəyə qaytarır.
5. Hişam ibni Urvə atasından nəql edərək deyir: Yəmamə
döyüşündə iştirak edən Quran
qariləri həlak olduqdan sonra, Əbu
Bəkr, Ömər ibni Xəttaba və Zeyd ibni Sabitə məscidə gələn mötəbər
qarilərin qiraətlərini dinləmələrini və onların qiraətlərinin yalnız o
zaman kağız üzərinə köçürmələrini əmr edir ki, iki nəfər mötəbər
şəxs qiraətlərin düzgünlüyünə şəhadət vermiş olsun. Peyğəmbərin
(s) səhabələrindən və Quran hafizlərindən bir çoxunun bu döyüşdə
həlak olması, belə bir zərurətə səbəb olmuşdu və xəlifə lazımınca
bunu yerinə yetirdi.
6. Məhəmməd ibni Səyreyn nəql etdiyi rəvayətdə deyir: Ömər
ibni Xəttab öldürüldüyü zaman hələ Quran bir yerə yığılmamışdı.
7. Həsən rəvayət edir ki, Ömər, Quran ayələrinin biri haqda sual
verdi. Cavabında ona deyilir: Bu
ayə Yəmamə döyüşündə həlak
olmuş filan şəxsdə idi. Ömər, qarilər ölməklə Quranın zaman
keçdikcə unudularaq aradan getməsindən qorxub, həyacanlanaraq
Dostları ilə paylaş: