241
2. Təbərani və İbni Əsakir, Şəbidən nəql edərək deyir: Quran,
Peyğəmbərin (s) zamanında ənsardan olan altı nəfər şəxsin iştirakı
ilə kitab halına salınmışdır. Həmən şəxslər Ubey ibni Kəb, Zeyd ibni
Sabit, Muaz ibni Cəbəl, Əbu Dərda, Səd ibni Ubeyd və Əbu Zeyd
olmuşlar. Onlarla yanaşı Məciə ibni Cariyə də iki və ya üç surə
istisna olmaqla Quranı bir yerə yığa bilmişdir.
3. Qətadə deyir: Malik ibni Ənəsdən, Peyğəmbərin (s) zamanında
Quranın kimlər tərəfindən yığıldığını soruşdum. O, cavabında
ənsardan olan bu dörd nəfərin adını çəkdi: Onlar, Ubey ibni Kəb,
Muaz ibni Cəbəl, Zeyd ibni Sabit və Əbu Zeyd adlı şəxslər olmuşlar.
4. Məfuq deyir: Günlərin bir günündə Abdulla ibni Ömər,
Abdulla ibni Məsud barəsində söz düşdükdə dedi: Ömrümün
sonunadək onu sevəcək və ehtiram edəcəyəm. Çünki, Peyğəmbər
(s) bizlərə Quranı ondan, Salim Muazdan və Ubey ibni Kəbdən
öyrənməyimizi tövsiyə etmişdir.
5. Nəsai, mötəbər mənbələrdən birində Abdulla ibni Ömərdən
nəql edərək deyir: Quranı bir yerə yığıb, hər gecə bir dəfə onu
oxuyardım. Xəbər Peyğəmbərə (s) çatdıqda mənə, Quranı ayda bir
dəfə fasilə verməklə oxumağımı tövsiyə etdi!...
Quranın Peyğəmbərin (s) zamanında yığılmasına dair digər
rəvayətlər də vardır. Bu məzmunda nəql olunmuş rəvayətlərdən
belə məlum olur ki, Quran, Peyğəmbərin (s) öz nəzarəti altında
yığılmış və burada heç bir təhrifə yol verilə bilməzdi.
Dostları ilə paylaş: