MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə156/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   152   153   154   155   156   157   158   159   ...   182
EL-BEYAN 1 Cİ CİLD

1. QURANIN BƏLAĞƏTİ 
Cahiliyyət dövründə yaşayan ərəblər bəlağətli şer, xütbələr 
əzbərləyir və onlara xüsusi əhəmiyyət verirdilər. Belə olduğu bir 
şəraitdə sonralar islamı qəbul etmiş şersevər ərəblərin Quranın 
bəlağəti qarşısında heç bir əksül-əməl göstərməmələrini təsəvvür 
etmək olarmı? O Quran ki, bəlağətli şerləri ilə şöhrət tapmış şer 
ustalarını mübarizə meydanına dəvət edir və onları özünün 
fəsahətli və bəlağətli ayələri qarşısında diz çökməyə vadar edirdi. 
Bəli, ərəblər (istər mömin olsun, istərsə də kafir) Qurana xüsusi 
diqqət yetirir, onun ayələrini həvəs və diqqətlə əzbərləməyə 
çalışırdılar. Lakin, onların hər birinin öz arzu və hədəfi var idi. 
Möminlər, Qurana iman gətirir və öz əqidələrini onun üzərində 
qururdular. Kafirlər isə, Quranla mübarizə aparmaq məqsədilə 
onun ayələrini əzbərləməyə çalışırdılar. 
2. PEYĞƏMBƏR 
Peyğəmbər (s) müsəlmanlar arasında böyük qüdrət və nüfuza 
malik idi. Ona iman gətirmiş hər bir müsəlman verdiyi bütün 
göstərişlərə dərhal əməl edir və ona müti və tabe olduqlarını heç 
zaman gizlətməyirdilər. O, müsəlmanlara Quranın əhəmiyyətini 
bəyan edir, onun əzbərlənməsinin fəzilətli olduğunu dəfələrlə təkid 


246 
edərdi. Belə bir şəraitdə tərbiyə olunan müsəlmanlar, Quran 
oxumağa və ayələrin əzbərlənməsinə xüsusi diqqət yetirirdilər. 
Beləliklə, qısa bir müddət ərzində Quran hafizlərinin sayının artıb 
çoxalması Quranın təlim və tədrisinin geniş vüsət almasına zəmin 
yaratdı. 
3. QURANIN ƏZBƏRLƏNMƏSİ 
Quranın əzbərlənməsi müsəlmanlar tərəfindən daim rəğbətlə 
qarşılanmış və bu işə böyük əhəmiyyət vermişlər. Tarixə nəzər 
saldıqda, Quran hafizlərinin müsəlmanlar arasında böyük hörmət 
və izzətə yiyələndiklərinin şahidi oluruq. Onlara hamı tərəfindən 
ehtiram olunur və yiyələndikləri ilahi elmə böyük qiymət verirdilər. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin