3. QURANIN DƏRİN MƏNA DAŞIYAN AYƏLƏRİ
Quranın höccət olmadığını iddia edənlərin bir qismi istinad
etdikləri üçüncü dəlildə deyirlər: Quranın geniş mətləbi əhatə edən
bir çox ayələri dərin mənalar daşıdıqları üçün hamı onu heç də
asanlıqla başa düşmür.
Qədim dövrlərdə təlif olunmuş bir çox alimlərin əsərlərini
nəzərdən keçirdikdə, belə mətləbin böyük kütlə tərəfindən dərk
263
olunmadığının şahidi oluruq. Onları dərk edə biləcək şəxslər yalnız
bu sahədə təcrübəsi olan mütəxəssis və təhqiqatçılardır. Bəşər
tərəfindən yazılmış bu kitablar asanlıqla dərk olunmayandan sonra,
ilahi kəlam olan, keçmiş və gələcəkdən xəbər verən vəhy
məcmuəsini dərk etmək təbii ki, asan olmayacaqdır.
Cavab:
Quran, keçmiş və gələcəyin dərin, batini elmlərini əhatə
edib [bəzi ayələri] yalnız Əhli-beyt tərəfindən dərk olunsa da, orada
mövcud olan digər ayələrin zahiri mənaları ərəb dili ilə tanışlığı
olan hər bir şəxs tərəfindən dərk olunur. Və beləliklə, nəqli dəlilləri
nəzərə almaqla ilahi hökm və göstərişlər lazımı qaydada icra
olunur.
4. QURANIN ZAHİRİ MƏNALARI NƏZƏRDƏ
TUTULMURMU?
Deyirlər:
Ümumi şəkildə bilirik ki, ümumiyyət və müəyyən
xarakteri daşıyan Quranın bütün zahiri mənaları nəzərdə tutulmur.
Onlardan bir çoxu müəyyən maddələrlə məhdudlaşdırılmışlar.
Eyni zamanda, zahiri mənalarda Quranın bəzi ifadələrinin nəzərdə
tutulmaması haqda ümumi məlumat əldə etdik. Lakin, bu kimi
ifadə və cümlələr nəzərdə tutulmadığı üçün onlardan digər mənalar
hasil olunur. Bunu da qeyd edək ki, bu kimi mənalar tam şəkildə
müəyyənləşdirilməmişdir və bəlkə də Quranın digər ayələri ilə
qarışaraq onları bir-birinə oxşatmışlar. Biz, Quranda istifadə olunan
bu kimi ifadələr barəsində də ümumi məlumat əldə etdik, bu
səbəbdən də Quranın bütün ifadə və ayələrinin zahiri mənalarına
müraciət etməkdən çəkinməli və onlara istinad etməməliyik. Çünki,
onlar da nəzərdə tutulmayan cümlə və ifadələrdən ola bilər.
Cavab:
İcmali elm yalnız o zaman Quran ayələrinin zahiri
mənalarına əməl etməyə mane ola bilər ki, onun ayələrində heç bir
araşdırma və təhqiqat aparılmamış olsun. Lakin, bir qədər yaxından
diqqət yetirdikdə və zahiri mənaları nəzərdə tutulmayan bəzi
ayələri araşdırdıqda məlum olur ki, elm və əql baxımından digər
ayələrə də istinad və əməl olunmasına heç bir maneə yoxdur.
Çünki, belə olduqda əldə etdiyimiz icmali elm, yalnız Quranda
istifadə olunan və zahiri mənası nəzərdə tutulmayan ifadələrə aid
264
olacaqdır. Bəzi ayələr araşdırılaraq onlarda bu xüsusiyyətlərin
olması müəyyənləşdirilmişdir. Digər ayələrə isə belə bir ehtimal
verilməmişdir və belə olduqda onların zahiri mənalarına istinad və
əməl etmək düzgün olacaqdır.
Belə bir elmi təhlil “İcmali elmin təcziyə və təhlili” adlanır və biz
onun vasitəsi ilə bütün hallarda əməl və istinad edəcəyimiz şeylərin
düzgünlüyünü asanlıqla ayırd edəcəyik.
Hər yerdə olduğu kimi, nəql olunmuş rəvayətlərin mötəbər olub-
olmamadığını müəyyənləşdirmək üçün bu üsuldan (icmali elmdən)
istifadə edir və beləliklə yetkin nəticəyə gəlirik.
Əgər icmali elmin bir tərəfini ləğv edib digər tərəfini saxlamaqla
da həmin şeyə əməl etmək mümkün olmasaydı, onda təkcə
Quranın deyil, eləcə də hədis və rəvayətlərin də höccət olması
qüvvədən düşərdi və onlara əməl etmək mümkün olmazdı. Onların
zahiri mənalarına istinadən də əməl edə bilməzdik. Çünki hədis və
rəvayətlərin də ümumi və xüsusi mənaları vardır ki, onların zahiri
mənalarından ayrı bir şeydir. Müxaliflərin əqidəsinə görə, Quranın
zahirinin höccət olmasını da qüvvədən bir növ icmali elm hədis və
rəvayətlərdə də vardır və onların da zahirini qüvvədən salır.
Və əgər «icmali elmin təhlil» olunması bu xüsusiyyətə malik
olmasa, terminalogiyada «əsli bəraət» adlanan, insanın üzərinə
düşən vəzifələrin hansılarının icrası vacib, hansılarının isə haram
olduğuna dair qəti hökm sadir edə bilmərik. Çünki, üzərinə şəri
vəzifə düşən hər bir insan nəyin ona vacib və nəyin haram
olduğunu çox yaxşı bilir. Və icmali elm ilə vacib və haram olan bəzi
məsələlərə diqqət yetirdikdən sonra nə qədər məlumat əldə etmişsə,
bir o qədər yetkin nəticəyə gələ bilər. Digər məsələlərdə isə halallıq
hökmü verilir və buna terminalogiyada «əsli bəraət» deyilir.
Alimlərdən bir qismi bəzi məsələlərdə «ehtiyata» üstünlük
verirlər. Lakin, onların verdikləri bu kimi hökmlər «icmali elmə» və
«əsli bəraət» deyil, müəyyən rəvayət və hədislərə əsaslanır. Bu
barədə ətraflı məlumat əldə etmək istəyənlər «Əcvədul-təqrirat»
adlı kitaba müraciət edə bilərlər.
|