24
QURAN AYƏLƏRİNİN MƏNALARINDA DİQQƏT VƏ
TƏFƏKKÜR
Digər
mövzularda olduğu kimi, bu mövzu ətrafında da kifayət
qədər hədis və rəvayət nəql olunmuşdur.
Allah-taala Qurani-kərimdə bu haqda buyurur:
«Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid
vurulmuşdur? [Yoxsa ürəklərinin öz kilidləri vardır?]»
Göründüyü kimi Quran ayələrinə olan diqqətsizlik,
hətta
Quranın özü tərəfindən qətiyyətlə tənqid olunmuşdur.
İbni Abbasın Peyğəmbər (s)-dan nəql etdiyi hədisdə deyilir:
«Quranı uca və açıq tərzdə oxuyun! Və onun sirr və qəribəliklərinə
yol tapmağa çalışın.»
Əbu Əbdürrəhman deyir: Bizə Quranı
təlim edən Peyğəmbər
səhabələrindən biri deyərdi: «Səhabələr Quranı Peyğəmbərdən on
ayə-on ayə öyrənirdi. Peyğəmbər (s)
ilk on ayəni təlim verər və
onlar da bu on ayədə bəyan olunan şəri qanunlara və əxlaq
normalarına əməl etməyincə növbəti on ayənin izahını verməzdi.»
(Biharul-ənvar, 19/27).
İbni Məsud, Osman və Ubeyddən
nəql olunmuş rəvayətdə
deyilir: «Peyğəmbər (s) səhabələrə on ayə təlim verər və onlar bu
ayələri
əməli olaraq icra etməyincə, növbəti ayələrə keçməzdi. O
həzrət çalışırdı ki, səhabələr Quranı əməli olaraq öyrənsinlər.»
(Təfsir
Qurtəbi, 1/9).
Günlərin bir günündə Əli (ə) ənsarla elmi mübahisə aparan Cabir
ibni Abdullah Ənsariyə yaxınlaşıb ondan bəzi elmi məsləhətlər
verməsini istədi. Ənsardan biri Əli (ə)-ın bu xahişindən
təəccüblənərək dedi: Ya Əmirəl-möminin!
Malik olduğun elm və
biliklə yenə də Cabirdən elmi məsləhətlər alırsanmı?! Buyurdu:
Dostları ilə paylaş: