MüƏLLİFDƏN


«Allah onların dediklərindən çox uca və çox yüksəkdir»



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə20/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   16   17   18   19   20   21   22   23   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«Allah onların dediklərindən çox uca və çox yüksəkdir». 


30 
MÖCÜZƏ, PEYĞƏMBƏRLİYİ TƏSDİQ EDƏN AMİLDİR 
Möcüzənin vacibliyi: 
Əqli və fitri dəlillərlə məlum oldu ki, Allah-taala bəşəriyyəti 
əbədi səadətə çatdırmaq üçün onların qarşısında müəyyən həyati 
proqram və vəzifələr qoymuş və bununla da insanın, müəyyən 
mərhələləri qət etmədən kamal və səadətə nail olmasını qeyri-
mümkün hesab etmişdir. 
Bəşəriyyəti kamal və səadətə çatdıran qanunlar olmadıqda isə, 
Allah-taalanın bəşəriyyətin ehtiyaclarından xəbərsiz olduğunu 
güman etmək olar. Bu isə bir qədər əvvəl qeyd etdiyimiz kimi
Onun müqəddəs Zatından uzaq və münəzzəhdir. 
Allah-taalanın bəşəriyyəti xoşbəxt etmək istəməsi və ya istəyib 
təmin edə bilməməsi də qeyri-mümkündür. Çünki, bu iki mənfi 
xislət (paxıllıq və acizlik) də Allah-taalaya xas olmayan 
xüsusiyyətlərdəndir. 
Demək, Allah-taala bəşəriyyətin xoşbəxt həyat qanunlarını təyin 
etməklə yanaşı, onları bütün bu məlumatlarla da agah etməlidir. Bir 
qədər əvvəl qeyd etdik ki, bəşəriyyətin xoşbəxt həyatının təmin 
olunması və haqqa hidayət olmaları üçün Allah tərəfindən lazımı 
qanun və vəzifələr təyin olunmalı və bundan sonra, onun 
bəşəriyyətə çatdırılması üçün kimlərsə müəyyənləşməlidir. Öz 
iman və davranışları ilə başqalarından fərqlənən bu şəxslər, 
«peyğəmbər» adlanır. Peyğəmbərin əsas vəzifəsi, bəşəriyyəti haqqa 
hidayət etmək və onları tək olan Allaha ibadət etməyə sövq 
etdirməkdir. Onlar bununla da öhdələrinə düşən məsuliyyəti yerinə 
yetirmiş olurlar. İnsanlar isə öz ixtiyarları ilə ya haqqı seçir, ya da 
batilə meyl edərək özünü əbədi fəlakətə düçar edirlər. 
«Lakin, Allah olacaq işi [möminlərin qələbəsini, kafirlərin 
məğlubiyyətini] yerinə yetirmək üçün belə etdi ki, həlak olan, aşkar 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin