37
sübuta yetirilir, həm də Allahın insanlar üzərindəki höccəti
tamamlanmış olur.
(Üsuli-kafi, 1-ci cild. Əql və cəhalət fəsli, 20-ci hədis).
Diqqət yetirmək lazımdır ki, Peyğəmbər (s)-ın Qurandan başqa
«şəqqul qəmər», kərtənkələni danışdırması, daşların onun
qarşısında Allahı zikr etməsi və s. möcüzələri olmuşdur. Amma
Quran bir neçə səbəbə görə bütün bu möcüzələrdən daha çox
əhəmiyyət kəsb edir.
1. Yaradılış və bir çox elmlərin sirlərindən agah olmayan ərəblər
bu kimi möcüzələrə şəkk və tərəddüdlə yanaşa bilsəydilər də, şer
sənətindən kifayət qədər məlumatları olduqları üçün Quranın
fəsahətini heç cür inkar edə bilmirdilər. Çünki, onların özləri bu
elmlərə yiyələnmiş və bir çox dəyərli əsərlər yarada bilmişdilər.
Amma necə olursa-olsun özlərini Quranın qarşısında tamamilə aciz
hesab edirdilər.
2. Peyğəmbər (s)-ın göstərdiyi bəzi möcüzələr müəyyən zaman,
məkan və şərait çərçivəsində idi və məhz bu səbəbdən də onlar
müvəqqəti olmalı, zaman keçdikcə bir tarixi hadisəyə çevrilməli və
ağızdan-ağıza nəql olunmalıydı. Quran isə əbədi möcüzə olaraq
Məhəmməd (s)-a nazil olmuş və qiyamətə qədər qüvvədə
qalacaqdır.
Biz növbəti fəsillərdə bəzi şəxslər tərəfindən tərəddüd ilə
yanaşılan, Peyğəmbər (s)-ın digər möcüzələrinə işarə edəcəyik.
Dostları ilə paylaş: