MüƏLLİFDƏN


[qiyamət günü dirilib haqq-hesab hüzurunda duracağınıza] bəlkə



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə29/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   25   26   27   28   29   30   31   32   ...   182
EL-BEYAN 1 Cİ CİLD

[qiyamət günü dirilib haqq-hesab hüzurunda duracağınıza] bəlkə 
inanasınız!» (Rəd-3). 
«Allah Odur. Allahdan başqa heç bir tanrı yoxdur. Dünyada da, 
axirətdə də həmd-səna Ona məxsusdur. Hökm Onundur. Siz Onun 
hüzuruna qaytarılacaqsınız.» (Qəsəs-70). 
«O özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da 
bilən Allahdır. O, rəhimli və mərhəmətlidir! [Allah dünyada bütün 
bəndələrinə rəhm edən, Rəhman, axirətdə isə yalnız möminləri 
bağışlayan Rəhimdir!] 
O özündən başqa heç bir tanrı olmayan, [bütün məxluqatın] 
sahibi, müqəddəs və pak bəxş olan [bəndələrinə] əmin-amanlıq, 
salamatlıq bəxş edən, [peyğəmbərlərini öz köməyinə] arxayın edən, 
[hər şeyə] göz-qulaq olan, yenilməz qüvvət və qüdrət sahibi, [hər 
işdə] qalib olub hökmü keçən [bəndələrinin işini yoluna qoyan, həm 
də onları istədiyi hər bir şeyə məcbur etməyə qadir olan] və [hər 
şeyin] fövqündə olan Allahdır! Ən gözəl adlar [əsmayi hüsna] 
ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu 
təsdiq edib, şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət 
sahibidir!» (Həşr 22-24). 
Göründüyü kimi Allah-taala Qurani-kərimdə ən gözəl ad və 
sifətlərlə vəsf edilmişdir. Belə ki, insan əqli dəlillərlə bütün bunları 
asanlıqla qəbul edir və ona tərəddüd etmədən iman gətirir. 
Əziz oxucular! Özünüz nəticə çıxarın, kimsədən dərs almamış, 
həddindən artıq geri qalmış bir mühitdə yaşayan insan bu kimi 
ifadələri bəyan edə bilərdimi? 
QURANDA PEYĞƏMBƏRLİK 
Quran keçmiş peyğəmbərlərin tarixi, möcüzələri, ismət və 
şəxsiyyətləri barəsində də dəyərli məlumatlar verir. Peyğəmbərlərin 
ən gözəl xüsusiyyətlərlə vəsf olunaraq bütün mənfi xislət, adət-
ənənələrdən uzaq olduqları bəyan edilmişdir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin