61
«Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et.
Yoxsa həm qınanarsan, həm də peşiman olarsan.» (İsra-29).
2. İNTİQAM VƏ ƏFV ETMƏKDƏ ƏDALƏT
Quran insanı həyatın acılı-şirinli günlərinə adət etməyə, qarşısına
çıxan bəla və müsibətlərə səbr etməyə tövsiyə edir. Səbr edənlərin
böyük nemətlərlə mükafatlandırılacaqlarına bəşarət verir:
«Yalnız [dünyada Allah yolunda çətinliklərə] səbr edənlərə
[axirətdə] saysız-hesabsız mükafat veriləcəkdir.» (Zumər-10).
«Allah səbr edənləri sevər.» (Ali İmran-146).
Amma bu heç də o demək deyildir ki, Quran insanları zülmə
qarşı mübarizə aparmaqdan çəkindirir və onların zülmə tabe
olmalarını tövsiyə edir. Xeyir! Quran məzlumlara, öz haqlarını tələb
etmək lazım gələrsə, mübarizəyə belə qoşulmasını əmr edir. Bəqərə
surəsinin 194-cü ayəsində bu haqda deyilir:
«Sizə qarşı həddini aşanlarla siz də həmən ölçüdə həddi aşın
[cavab verin].»
* * *
Quran, qətlə yetirilmiş şəxsin sahibinə həddi aşmadan (yəni daha
ağır əzab növlərindən istifadə etmədən) qisas almaq ixtiyarın
vermişdir.
Dostları ilə paylaş: