65
Amma islam «yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək»
proqramını tərtib etməklə, ümumdünya müsəlmanlarından
əzəmətli könüllü ordu yaratmışdır. Belə bir ordu, kimsə tərəfindən
maliyələşdirilmədən hər zaman, hər yerdə üzərinə düşən
məsuliyyəti lazımınca yerinə yetirir və ictimai sabitliyin bərqərar
olunması üçün tam zəmanət verir.
QURANDA BƏRABƏRLİK QANUNU VƏ ÜSTÜNLÜK
MEYARI
Quranın hər şeydən daha çox əhəmiyyət verdiyi məsələ,
bərabərlik prinsipləridir. Belə bir prinsipin həyata keçməsilə sinfi,
irqi ixtilaflar aradan qaldırılmış, birinin digərindən güc, var-dövlət
və s. baxımdan üstün tutma tərz-təfəkkürünə bir dəfəlik son
qoyulmuşdur. Üstünlük meyarı isə, Quran nöqteyi-nəzərindən elm
və təqva qəbul olunmuşdur. Bu haqda Quran ayələrində deyilir:
Dostları ilə paylaş: