MüƏLLİFDƏN


«Allah yanında ən hörmətli olanınız Allahdan ən çox



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə41/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   37   38   39   40   41   42   43   44   ...   182
EL-BEYAN 1 Cİ CİLD

 «Allah yanında ən hörmətli olanınız Allahdan ən çox 
qorxanınızdır.» (Hücurat-13). 
 «Heç, bilənlərlə bilməyənlər [alimlə cahil] eyni ola bilərmi?!» 
(Zümər-9). 
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: 
«O böyük 
Allah, cahiliyyət dövründə xar və rüsvay olanlara islam kölgəsi 
altında, izzət və hörmət bəxş etdi. İslamı qəbul etməklə, cahiliyyət 
dövründəki ata-babaları və qəbilələri ilə etdikləri iftixar hisslərini 
kənar qoyub, birliyə, bərabərliyə nail oldular. İstər ərəb olsun, 
istərsə də əcəm, istər ağ olsun, istərsə də qara, bütün insanlar 
Adəmin övladlarıdırlar və Adəm torpaqdan xəlq olunmuşdur. 
Qiyamət günü Allah yanında ən hörmətliniz, pərhizkarlar 
[Allahdan qorxanınız] olacaqdır.» 
(Fürui Kafi. 2-ci cild, 21-ci fəsil). 
Başqa bir hədisdə buyurur: 
«Alimlərin digər insanlardan fəzilətli [üstün] olması, mənim 
sizlərdən fəzilətli olmağım kimidir.» 
(Camiussərcir. Mənavinin şərhi. 4-cü 
cild, 432-ci səh). 
Milliyyətcə ərəb olmayan Salman Farsi öz imanı ilə hamıdan 
fərqlənir və məhz belə bir xüsusiyyətinə görə Peyğəmbər (s)-ın 
nəzərində daha da ucalır. Əhli-beyt üzvlərindən biri kimi 


66 
tanınmağa başlayır. Lakin Əbu Ləhəb, Peyğəmbər (s)-ın əmisi 
olmasına baxmayaraq, Allaha şərik qoşduğu üçün müsəlman 
ümmətinin sıralarından xaric olunur. 
Peyğəmbər (s)-ın tarixini mütaliə edərkən bir daha bunun şahidi 
oluruq ki, o böyük insan, heç vaxt öz qohum-əqrəbası, qəbiləsi ilə 
fəxr etməmişdir. Elm və təqvanı hər şeydən üstün tutur, insanları 
təkallahlığa, bərabərliyə, birliyə, qardaşlığa dəvət edirdi. Beləliklə o, 
qəlblərə yol tapıb cahiliyyət dövrünün qeyri-insani adət-ənənələrini 
vəhdət və bərabərliyə çevirdi. Bir qədər əvvəl bəzi qəbilələrə xiffət 
gözü ilə baxan Məkkənin əyan-əşrəfi, öz qızlarını islamı qəbul etmiş 
və heç bir maddi imkanı olmayan şəxslərə ərə verməyə razı 
olurdular. 
NƏTİCƏ 
Göründüyü kimi, Quranda bəyan olunan ilahi qanunlar 
müəyyən dövr və şəxslər üçün deyil, nazil olduğu ilk gündən 
qiyamət gününədək bütün bəşəriyyətə şamil olmuş və olacaqdır. 
Bəşəriyyətin maddi və mənəvi ehtiyaclarını təmin edən bu qanunlar 
həm dünya, həm də axirət xarakteri daşıyır. Bütün bunları nəzərə 
alaraq Məhəmməd (s)-ın haqq peyğəmbərliyinə şəkk və tərəddüdlə 
yanaşmaq olarmı? Bir haldakı o, yarımvəhşi və nadan bir 
cəmiyyətdə peyğəmbər təyin olunmuş və öz dəvətini o dövr və 
məkanın əqidəvi məsələləri ilə heç bir əlaqəsi olmadığı bir şəraitdə 
həyata keçirmişdir. Belə ki, onun risaləti ərəb qəbilələrinin təsəvvür 
etdiklərindən daha yüksək idi. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin