70
Ayə Əbu Ləhəbin həyatı haqda nazil olmuşdur. Göründüyü kimi
onun özünün və övrətinin cəhənnəmin dəhşətli əzabına
düçar
olacağı, onlar hər ikisi sağ ikən bəyan olunur.
QURANDA YARADILIŞIN SİRLƏRİ
Qurani-kərimdə dəfələrlə yaradılışın sirr və qanunlarına
toxunulur. Yer və digər səmavi cisimlərin qalaktikadakı müntəzəm
hərəkəti, vahid və dəyişilməz qanuna tabe olmaları və s. mövzuları
əhatə edir.
Quranın nazil olduğu bir dövrdə, vəhy
yolu ilə bunlardan agah
olan peyğəmbərlərdən savayı, kimsənin bu kimi elmlərdən azacıq
məlumatı belə yox idi.
Qeyd etmək lazımdır ki, yunan alimlərindən bəziləri astronomik
hesablamalar apararaq yaradılışın müəyyən sirlərinə yol tapa
bilmişdilər. Lakin elm və svilizasiyadan
uzaq düşmüş Ərəbistan
yarmadasında bu kimi faktlarla qarşılaşmaq qeyri-mümkün idi.
Lakin, Quranın verdiyi və olduqca dəqiq olan məlumatları hələ heç
bir yunan alimi tərəfindən təklif olunmamışdı. Belə ki, yüz illər
keçdikdən sonra bu elmlər bəşəriyyətə
məlum olmuş və onun
müxtəlif sahələrində araşdırmalar aparılmağa başlamışdır. Bir şeyə
də diqqət yetirmək lazımdır ki, Quranda o dövrə aid olan elmi
mövzular olduqca
sadə bir tərzdə bəyan olunmuş, başa düşülməsi
bir o qədər də asan olmayan mətləblərə isə yalnız qısa
şəkildə
toxunulmuş və geniş şəkildə araşdırılması isə gələcək nəsillərin
üzərinə qoyulmuşdur. Qurani-kərimdə yaradılış
və onun sirlərinə
toxunan ayələrə istənilən qədər rast gəlmək olar. Biz onlardan bir
neçəsinə işarə edirik:
Dostları ilə paylaş: