MüƏLLİFDƏN


«[Allah] dedi: Sənin nişanən üç günün ərzində adamlarla yalnız



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə56/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   52   53   54   55   56   57   58   59   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«[Allah] dedi: Sənin nişanən üç günün ərzində adamlarla yalnız 
işarə ilə [əl, baş və gözlə] danışmaq olacaqdır.» 
Lakin başqa bir yerdə həmən əlamət üç gecə göstərilib. 
«[Allah] dedi: Əlamətin budur ki, sən sağlam ikən üç gecə 
adamlarla danışa bilməyəcəksən.» (Məryəm-10). 
Ayədəki ziddiyyət göz qabağındadır. Belə ki, birinci ayədə həzrət 
Zəkəriyyanın dualarının qəbul olma əlaməti üç gün, digər ayədə isə 
onun üç gecə sükut edib heç bir şey danışmaması göstərilir. 
4-cü irad: 
Onlar deyirlər: Quranda nəzərə çarpan ikinci ziddiyyətli məsələ 
bundan ibarətdir ki, bəzən insanların öhdəsinə düşən vəzifə yalnız 
onların özlərinə aid edilir 
«Kim istəyir inansın, kim də istəyir 
inanmasın [kafir olsun]» (Kəhf-29), 
bəzən də bütün işlərin Allahın 
ixtiyarında olduğu bəyan edilir. 
«Allah istəməsə siz bunu istəyə bilməzsiniz.» (Dəhr (insan)-30). 
Ümumilikdə götürsək, Quranın bəzi ayələrində insanlar ixtiyar 
sahibi kimi qələmə verilir. Bəzi ayələrdə də onların heç bir ixtiyara 
malik olmadıqları və bütün işlərin Allahın istək və iradəsi ilə həyata 
keçməsi bildirilir. 
Bu ayələr arasındakı ixtilaf və ziddiyyətlər göz qabağındadır və 
onlara heç cür don geyindirmək olmaz. 
Cavab: 
Quran insanların öhdəsinə düşən vəzifələri bəzən onların 
özlərindən, bəzən də Allahın istək və iradəsindən asılı olduğunu 
bəyan edir. Əlbəttə, onların hər biri öz yerində tamamilə düzgün və 
nöqsansızdır. Lakin, bunun bir neçə səbəbi vardır. 
1. Hər bir insan öz fitrəti ilə bu həqiqəti dərk edir ki, o bəzi işləri 
öz ixtiyarı ilə görməyə qadir olduğu kimi, onu tərk də edə bilər. 
Bu səbəbdən də əql və düşüncə sahibləri insanları gördükləri 
saleh əməl və xeyirxah işlərə görə daim tərifləyir, nadan insanları 
isə tənqid atəşinə tuturlar. Demək, insanlar öz işlərində tamamilə 
azad və muxtar yaradılmışdır. Sağlam düşüncəli hər bir insan bu 
həqiqəti də dərk edir ki, o özünə aid olan işlərdə azad olsa da


86 
görəcəyi əksər işlərin bir sıra başlanğıc və müqəddiməsi onun 
ixtiyarından xaricdir. 
Məsələn, insanın görəcəyi işlərə səbəb olan müqəddimələrdən 
biri də onun özünün mövcud olmasıdır. Həyatı, onu əhatə edən 
varlıqları dərk etməsi, görmək istədiyi işlərə qarşı rəğbət 
bəsləməsini buna misal vurmaq olar. Diqqət yetirilsə məlum olar ki, 
insanın görəcəyi işlərin özünü onun öz istəyi ilə, həmin işlərin 
müqəddiməsini 
isə 
Allah-taalanın 
istək 
və 
iradəsi 
ilə 
əlaqələndirmək olar. 
2. Fəlsəfədə sübuta yetirilmişdir ki, aləmdə mövcud olan 
varlıqları yaradan Xaliq, onları yaratdıqdan sonra heç bir məxluqu 
öz ixtiyarına buraxmaz və onların idarəçiliyində bir an da olsa belə, 
qəflət etməz. Məxluqat yaranışda Xaliqə ehtiyaclı olduğu kimi, 
idarəçilik və həyatı davam etdirməkdə də qırılmaz şəkildə Ona 
bağlıdır. Demək, aləmdə mövcud olan varlıqlardan heç biri Allahın 
istək və iradəsi olmadan bir an olsun belə, davam gətirə bilməz. 
Yaradan ilə yaradılmışlar arasında olan bağlılığı, bənna ilə onun 
tikdiyi bina arasında olan rabitəyə oxşada bilmərik. Binanın tikilişi 
bənnadan asılı olsa da, tikildikdən sonra bənnanın olub-olmaması 
həmin bina üçün heç bir əhəmiyyət kəsb etmir. Biz bu misalı şairlə 
onun yazdığı şerə də bənzədə bilərik. Belə ki, həmin şer üçün şairin 
yaşayıb-yaşamamasının heç bir fərqi yoxdur. 
Yaradanla yaradılmışlar arasında olan rabitəyə, işıqla işıq 
mənbəyi arasında olan rabitəni misal çəkə bilərik. Belə ki, lampa öz 
ətrafını işıqlandırmaq üçün ilk növbədə elektrik mənbəyindən 
kifayət qədər enerji almalıdır. Bu proses qırılmaz şəkildə həyata 
keçməli və bir an olsun belə, elektrik lampası və enerji mənbəyi 
arasında olan əlaqə kəsilməməlidir. Ani olaraq bu rabitənin 
kəsilməsi ilə ətrafa qaranlıq çökəcəkdir. 
Elektrik lampasının öz nur və hərarətini qoruyub saxlaması üçün 
onun enerji mənbəyi ilə qırılmaz rabitəsi tələb olunduğu kimi, 
aləmdə mövcud olan bütün varlıqların da öz həyatlarını davam 
etdirməsi üçün yaradıcı qüvvəyə, hər şeyə həyat verən, elmi, 
qüdrəti hər şeyi əhatə edən mütləq bir varlığa ehtiyacları vardır. 


87 
Bu ehtiyac hissi varlıqların yaradıldıqları ilk gündən mövcud 
olacağı son ana qədər davam edir. Onun rəhməti hər şeyi əhatə edir 
və yaratdığı varlıqları bir an olsun belə nəzərindən qaçırmayır. 
Xaliq ilə məxluqat arasında olan rabitə labüd və qırılmazdır. Bu 
rabitənin bir anlıq kəsilməsi həyat çırağının sönərək aləmin zülmətə 
qərq olması ilə bərabərdir. 
Demək, insanın gördüyü işlər ya cəbridir (icbari), ya da ixtiyari 
(azad). O, bu iki ünsürün hər birindən istifadə edir. Belə ki, o, öz 
güc və qüvvəsindən istifadə etməklə görəcəyi və tərk edəcəyi 
işlərdə azad olsa da, ixtiyarında olan qüdrət və istedadlardan 
istifadə etməkdə öz Xaliqinə tamamilə möhtacdır. Belə bir nəticəyə 
gəlirik ki, insan gördüyü işlərdə müəyyən qədər azad olsa da, bəzi 
səbəblərə görə Allahdan asılıdır. 
Quran da bizə bu həqiqəti başa salmaq istəyir ki, insan azad 
varlıq olsa da, görəcəyi işlər Allahın istək və iradəsindən asılıdır. 
Kəlam alimləri bu məsələni dini termin olaraq «Əmrun beynə 
əmreyn» adlandırmışlar. Vahid məktəb halını almış belə bir 
təfəkkür tərzi daha da formalaşaraq «cəbr» (yəni, insan bütün işləri 
ixtiyarsız və məcburi olaraq həyata keçirir) və «təfviz» (yəni, insan 
özünü tam ixtiyar sahibi bilərək bütün işlərini öz istək və iradəsi ilə 
həyata keçirir) adlanan iki ziddiyyətli nəzəriyyəni batil etmişdir. 
Mətləbi daha da aydınlaşdırmaq üçün bu barədə sadə bir misal 
çəkməyi daha məqsədə uyğun görürük. 
Bir anlıq əlini tərpədə bilməyən əlil bir şəxsi gözləriniz önünə 
gətirin. Əlini hərəkətə gətirə bilmədiyi üçün onu müalicə edən 
həkim kiçik elektrik cihazının vasitəsilə cərəyan yaratmaq və onun 
qolunu hərəkətə gətirməklə bəzi işləri görməkdə ona köməklik edir. 
O, elektrik cərəyanını kəsdikdə, əlil yenə də hərəkətsiz qalır. Sonra 
elektrik cərəyanını yaratmasını onun öz ixtiyarına qoyur və 
beləliklə də o, xəstənin əlini hərəkətə gətirməsində heç bir rol 
oynamır. Bundan belə o, bizim nəzərimizdə elektrik cihazını ixtira 
edən adi bir şəxs kimi olacaqdır. Xəstənin öz əlini hərəkətə 
gətirməsini də, qeyd etdiyimiz kimi «Əmrun beynə əmreyn» 
prinsipi əsasında qəbul edəcəyik. Çünki, xəstənin əlini hərəkətə 
gətirib-gətirməməsi öz ixtiyarındadır və kimsə onu bu işə vadar 


88 
etmir. Lakin unutmaq olmaz ki, o bu işi öz ixtiyarı ilə həyata keçirsə 
də, elektrik cihazının cərəyana qoşulub oradan ayrılması onu 
müalicə edən həkimin ixtiyarındadır. Demək, xəstənin əlini 
hərəkətə gətirməsində nə həkim, nə də xəstə tam ixtiyara malikdir. 
Bu səbəbdən də kəlam alimləri insanın gördüyü işləri nə cəbr və 
nə də təfviz adlandırırlar. Onların fikrincə insan görmək istədiyi 
işləri öz iradəsi ilə həyata keçirsə də, Allahın istək və iradəsi də 
buna təsir göstərir və nəzərdə tutulan işlərin həyata keçməsi üçün 
lazımı şərtlər tələb olunur. Quranda rast gəldiyimiz bir çox ayələr 
bu mətləbə dəlalət edir. Burada insanın tam ixtiyar sahibi olması ilə 
yanaşı, Allahın da istək və iradəsinin təsirli olması açıq-aşkar bəyan 
olunur. Bu mətləbə Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə də 
rast gəlmək olar. 
Hədislərdən birində deyilir: 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin