97
uydurduğu ifadə isə Allahın [möminlərə]
mükafat verəcəyinə
dəlildir. Göründüyü kimi burada qiyamət gününə və orada
insanların gördükləri işlərin müqabilində mükafat və ya cəzaya
layiq görüləcəyinə dəlalət edən heç bir məna nəzərə çarpmır.
Məlum olduğu kimi, qiyamət günü aləmə yalnız Allahın özü hakim
olacaq və hamı Onun əmrinə itaət edəcəkdir.
Kimi cənnətə, kimisi
də cəhənnəmə daxil ediləcəkdir. Bu səbəbdən də Allah-taala bu
ayədə «Malik» adlandırılmışdır. Lakin yuxarıda
qeyd olunan
ifadələrdə biz bu məna ilə də qarşılaşırıq.
Bəli, «Əlməlikud-dəyyan» «Maliki yəvmiddin» ayəsinin verdiyi
mənaların heç birini daşımır. Bu ifadələrdən yalnız bu nəticəyə
gəlmək olar ki, Allah öz bəndələrini
xeyirxah işlərinə görə
mükafatlandırır və beləliklə onları səadət və kamala sövq etmiş
olur. Bu isə ayənin batini mənaları ilə olduqca fərqli və hətta
ziddiyyətlidir.
4.
«Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək
diləyirik.»
Yazıçı belə güman etmişdir ki, ibadət və kömək diləmək yalnız
çarəsizlik üzündən edilməlidir. Bu səbəbdən də ayə həqiqəti bəyan
etməklə yanaşı, iman sahiblərinə təlqin etmək istəyir ki, ibadi
məsələlərindəki tövhid prinsiplərini
və Allaha olan ehtiyac
hisslərini hətta ibadətdə belə aşkar etsinlər. Burada ən başlıca
məqsəd, möminlərin bu həqiqəti etiraf etmələridir ki, Allahdan
başqa heç bir varlığa
pərəstiş etməyib, yalnız Ondan kömək
diləsinlər.
Biz bunları üzdəniraq yazıçının uydurduğu «Ləkəl ibadətu və
bikəl mustəan» – ibadət Sənin
üçün və kömək də səndəndir
ifadəsindən əldə edə bilərikmi?
5.
Dostları ilə paylaş: