MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə70/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   66   67   68   69   70   71   72   73   ...   182
EL-BEYAN 1 Cİ CİLD

a)
«Əlif-lame cinsi»;


106 
Bu halda ayənin mənası aşağıdakı kimi olacaqdır. Allah-taala 
Həzrət Məhəmmədin (s) həqqaniyyətini sübuta yetirəcək heç bir 
dəlil və möcüzə göndərməmişdir. Demək, Allah tərəfindən 
göndərilmiş peyğəmbərlərin öhdəsinə heç bir məsuliyyət düşməmiş 
və onların fəaliyyəti hədər yerə olmuşdur. Çünki peyğəmbərlik 
iddiası edən şəxsin öz həqqaniyyətini sübuta yetirmək üçün dəlil və 
sübutunun olmaması ağılasığan bir şey deyildir. Əks təqdirdə onun 
iftirası aşkara çıxarılacaqdır. 
b) «Əlif-lame cəmi»; 
Bu məna da peyğəmbərliyi sübuta yetirən möcüzə ayələrinin 
bütövlükdə inkar olunması deməkdir. Lakin bu ehtimal da əvvəlki 
ehtimal kimi batil və əsassızdır. 
v) 
Belə isə biz üçüncü ehtimalı qəbul etməli və deməliyik ki, 
ayədəki müəyyənlik şəkilçisi olan «əlif-lam» şərt və əhd mənasında 
işlənmişdir. Buradan belə məlum olur ki, Quranın inkar etdiyi 
möcüzələr məhz müşriklərin əyləncə məqsədilə Peyğəmbərdən (s) 
tələb etdikləri möcüzələrdir. 
2.
Əgər müşriklərin inkar və təkzib etmələri onların möcüzə 
göstərməsinə mane olsaydı, Peyğəmbərin (s) ən böyük möcüzəsi 
olan Qurani-kərim də nazil olmazdı. Çünki, ümumi bir qanun 
olduğu yerdə heç bir istisnaya yol vermək olmaz. Belə bir nəticəyə 
gəlirik ki, Quranın inkar etdiyi və ya daha dəqiq desək, qadağan 
etdiyi möcüzələr peyğəmbərlərin bütün möcüzələri deyil, yalnız 
müşriklərin əyləncə məqsədilə görmək istədikləri möcüzədir. 
3.
Ayədə 
möcüzənin 
göstərilməməsi 
keçmiş 
ümmətlərin 
möcüzəni təkzib etmələri ilə əlaqələndirilmişdir. Bunu yalnız o 
zaman qəbul etmək olar ki, möcüzənin həyata keçməsinə ehtiyac 
duyulmuş olsun və bunun qarşısını alacaq heç bir amil olmasın. 
Qeyri halda 
isə 
möcüzənin baş verməməsini nə 
iləsə 
əlaqələndirmək heç bir məna daşımayacaqdır. Məsələn biz, od 
olmadığı bir halda ağacların yaş olduğu üçün yanmadığını deyə 
bilmərik. O ki qaldı möcüzənin həyata keçməsinə, bunun üçün 
yalnız iki amilin olması lazımdır. Onlardan biri ilahi hikmət, ikincisi 
isə insanların istək və tələbləridir. 
İlahi hikmətin iki səbəbi vardır: 


107 
1. Allah-taala başqalarını təkzib etmək üçün öz hikmətinin əksinə 
bir iş görməz. 
2. Əgər insanları təkzib etmək möcüzənin qarşısını alsaydı, 
peyğəmbərlərin göndərilməsinə də maneçilik törədərdi. 
İkinci əsas səbəbə, yəni insanların istək və tələblərinə gəldikdə 
isə, qeyd etməliyik ki, insanlar möcüzəni gördükdən və bütün 
lazımı göstərişləri peyğəmbərlər tərəfindən aldıqdan sonra yenə də 
əyləncə məqsədilə möcüzə görmək istəyirdilər. Belə bir halda 
məlum məsələdir ki, Allah-taala onlara möcüzə göstərməyəcəkdir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin