MüƏLLİFDƏN


«Müşriklər [istehza ilə] səni tələsdirib əzabın tez gəlməsini



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə73/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   69   70   71   72   73   74   75   76   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«Müşriklər [istehza ilə] səni tələsdirib əzabın tez gəlməsini 
istəyirlər. Əgər [bunun üçün] əvvəlcədən müəyyən edilmiş bir vaxt 
olmasaydı sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, əzab onlara 
qəflətən, özləri də hiss etmədən gələcəkdir.» (Ənkəbut-53). 
«Onlara bir ayə gəldiyi zaman: «Allahın peyğəmbərinə 
verildiyinin [nübüvvətin, möcüzələrin] misli bizə verilməyincə biz 
iman gətirməyəcəyik!» – deyərlər. Allah peyğəmbərliyi hara [kimə] 
göndərəcəyini özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda 
etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar.» 
(Ənam-124). 


110 
«[Onlar belə dedilər. Əgər o həqiqi peyğəmbərdirsə bunu sübut etmək 
üçün] qoy əvvəlki peyğəmbərlər kimi bizə bir möcüzə gətirsin!» (Ənbiya-
5). 
«Dərgahımızdan müşriklərə haqq [Quran və peyğəmbər] gəldikdə onlar: 
«Musaya verilən [möcüzələri] nə üçün eynilə ona da verilmədi?» – dedilər. 
Məgər onlar daha öncə Musaya verilənləri danıb: «İki sehr [tövrat və 
Quran] bir-birilə köməkləşdi [və ya iki sehrbaz – Musa və Məhəmməd bir-
birinə yardım etdi]», yaxud da: «Biz onların hər birini [Tövratı, Quranı, 
Musanı və Məhəmmədi] inkar edirik!» – deməmişdilərmi?» (Qəsəs-48). 
3. MÖCÜZƏLƏR TƏKZİB OLUNDUQDAN SONRA GƏLMİŞ 
BƏLALAR HAQDA NAZİL OLMUŞ AYƏLƏR 
«Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların 
binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və 
heç özləri də bilmədilər ki, əzab onlara haradan gəldi.» (Nəhl-26). 
«Onlardan [Məkkə müşriklərindən] əvvəlkilər də [peyğəmbərləri] təkzib 
etmişdilər. Buna görə də heç özləri bilmədikləri yerdən onlara əzab 
gəlmişdi.» (Zümər-25). 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin