113
2. Peyğəmbər (s), «Rəbbim pak və müqəddəsdir» deməklə, heç
də bu işin qarşısında aciz olduğunu bildirmək istəməmişdir. O
həzrət belə bir ifadədən istifadə etməklə Allahın bütün eyb və
nöqsanlardan uzaq və mümkün olan hər bir şeyə qadir olduğunu
bəyan etmək istəmişdir. O, uca və münəzzəh olduğu üçün gözlərə
görünməz və cism olaraq bizim gözlərimiz önündə canlanmaz. O,
təsəvvür olunandan daha uca və daha qüdrətlidir. Demək Onun,
insanların şəxsi meyl və istək üzündən tələb etdikləri möcüzələrin
qarşısında aciz qalması qeyri-mümkündür. O ki qaldı Peyğəbərə (s),
o da adi bir insandır. Görəcəyi bütün işlərdə Allahın əmrini gözləyir
və Onun izni olmadan nə bir möcüzə göstərir, nə də [dini
məsələlərdə] kimsəyə əmr edirdi. Bütün işlər Allahın istək və
iradəsindən asılıdır. O, istədiyini edir və nəzərdə tutduğu hər bir işi
peyğəmbərlərinin vasitəsilə həyata keçirir.
3. Ayəyə
diqqət
olunsa
məlum
olar
ki,
müşriklərin
Peyğəmbərdən (s) tələb etdikləri möcüzələrin bir qisminin həyata
keçməsini
qeyri-mümkün,
digərlərini
isə
peyğəmbərin
həqqaniyyətini təsdiq edəcək amillər kimi qəbul etmək olmaz. Bu
səbəbdən də hətta əgər əyləncə və şəxsi istək üzündən tələb olunan
möcüzələrin həyata keçməsi vacib olarsa, yenə də bu kimi istəklər
cavabsız qalacaqdır.
İzah:
Müşriklərin tələb etdikləri möcüzələrin altısından üçünün
həyata keçməsi mümkün olsa da, onları peyğəmbərlərin
həqqaniyyətinə dəlil olaraq qəbul edə bilmərik.
Dostları ilə paylaş: