İBNİ KƏSİR MƏKKİ
Adı Abdulla, atası Kəsir ibni Abdulla ibni Zadan ibni Firuzan
ibni Hermez, Məkkənin «Dar» qəbiləsindən olmuşdur. Əslən iranlı
olub. «Təysir» adlı kitabda yazılanlara görə İbni Kəsir qiraəti
127
Abdulla ibni Məsaildən öyrənmişdir və onun qarşısında tilavət
etmişdir.
Hafiz Əbu Ömər və başqaları bu fikri qəbul etmiş və onun
doğruluğuna istinad etmişlər. Lakin Hafiz Əbu Əla bu məsələyə
şübhə ilə yanaşmış və bunu o qədər də mötəbər hesab etməmişdir.
İbni Kəsir öz qiraət üsulunu Mücahid ibni Cəbrə, Dərbas və Qulam
ibni Abbasa təqdim etmiş və onlar tərəfindən təsdiq olunmuşdur.
İbni Kəsir Hicrətin 45-ci ilində Məkkədə doğulmuş və 120-ci
ilində elə oradaca vəfat etmişdir.
(Təbəqətul qurrə. 1-ci cild, 443-cü səh).
Əli ibni Mədini, İbni Kəsir haqda bu sözləri deyir: «O, etibarlı və
inanılmış kəslərdən idi.» İbni Səd onun mötəbər olduğuna işarə
etdikdən sonra deyir: Əmr Daninin fikrincə o, qiraəti Abdulla ibni
Saib Məzufidən öyrənmişdir. Lakin onun, qiraəti Mücahiddən
öyrəndiyi də göstərilir və bu xəbər daha mötəbərdir.
(Təhzibut-təhzib.
5-ci cild, 37-ci səh).
İBNİ KƏSİRİN RAVİLƏRİ
İbni Kəsirin qiraətini iki nəfər ravi müxtəlif yollarla nəql
etmişdir.
1. Bəzi
– Əhməd ibni Məhəmməd ibni Abdulla ibni Qasim ibni
Nafe ibni Ubey Əsl, adı isə Bəşardır. Əsli İranın Həmədan
vilayətindəndir. Saib Məxzufinin vasitəsilə müsəlman olmuşdur.
Onun barəsində də iki müxtəlif fikir irəli sürülmüşdür.
İbni Cəzri deyir: İbni Kəsir illər boyu Quranı tədris etmiş və
müəllimlik vəzifəsində çalışmışdır. Onun güclü hafizəsi və Quran
elmləri ilə xüsusi əlaqəsi var idi. Hicrətin 170-ci ilində doğulmuş,
250-ci ilində isə vəfat etmişdir.
(Təbəqətul qurra. 1-ci cild, 119-cu səh).
Bəzi qiraətini Qəvvas ləqəbi ilə məşhur olan Əbdül Həsən
Əhməd ibni Məhəmməd ibni Ələqədən və Əbul Əxrix Vəhəb ibni
Vadh Məkkidən və Abdulla ibni Ziyad ibni Abdulla ibni Yəsardan
öyrənmişdir.
( Ənnəşr fi qiraatil əsir. 1-ci cild, səh.119).
Əqili deyir: «İbni Kəsir yalançı və etibar olunmayan bir şəxs
olmuşdur.»
Əbu Hatim deyir: «O, hədis nəql etməkdə mötəbər olmadığı
üçün mən ondan hədis nəql etmirəm.»
(Lisanul Mizan. 1-ci cild, səh. 120).
|