130
Asim ibni Bəhdələ Kufi Hicrətin 90-cı ilində doğulmuş, 180-cı
ilində vəfat etmişdir.
(Təbəqatul-qurra. 1-ci cild, səh.254).
RİCAL ALİMLƏRİNİN HƏFSƏ OLAN MÜNASİBƏTLƏRİ
İbni Əbi Hatəm Abdullah ibni Əhməd ibni Hənbəl o da atası
Əhməd ibni Hənbəldən nəql edərək deyir: «Həfs
hədis elmindən
uzaq düşmüş və heç bir etibarı olmayan bir şəxs olmuşdur.» Osman
Dar və başqaları İbni Muindən belə nəql edir. Həfs digər
mühəddislər kimi bir o qədər də etibarlı deyildi. İbni Mədini deyir:
«Həfs hədis nəql etməkdə olduqca zəif və qeyri-mötəbər olmuşdur.
Bu səbəbdən də mən heç vaxt ondan hədis nəql etmirəm.» Buxari
onun haqda deyir: «Rical alimləri onun
nəql etdikləri hədisləri
qətiyyətlə rədd etmişlər.»
Müslüm öz kitabında yazır: «Həfs kimsə tərəfindən qəbul
olunmayan mühəddis olmuşdur.» Nəsai onun haqda deyir: «Həfs
mötəbər şəxs olmadığı üçün, nəql etdiyi
hədislər kimsə tərəfindən
yazılmırdı.» Saleh ibni Məhəmməd deyir: «Onun nəql etdiyi
hədislər yalan və əsassız
olduğu üçün, kimsə onu yazmaq fikrinə
düşmürdü.» İbni Xərram, Həfsi yalan danışmaqda
və hədis
uydurmaqda ittiham etmişdir.» İbni Həyyanın fikrincə Həfs
hədislərin mətnində dəyişikliklər aparır və sənədi olmayan əsassız
hədisləri
mötəbər olsun deyə, qondarma mənbələrlə nəql edirdi.
Bəzən də hədisi vasitəçi ravilərin adı ilə bağlayırdı. İbni Cəzri
özünün «Movzuat» kitabında Əbdürrəhman ibni Məhdəvidən belə
nəql edir: «And olsun Allaha! Həfsdən rəvayət nəql etmək düzgün
deyildir.» Dar Qutni deyir: «Həfs hədis
nəql etməkdə olduqca zəif
olmuşdur.» Saci deyir: «Həfs, nəql etdiyi hədislər aradan getmiş
kəslərdəndir. Onun söylədikləri yalan və iftiradan savayı
bir şey
deyildir.»
Dostları ilə paylaş: