MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə89/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   85   86   87   88   89   90   91   92   ...   182
EL-BEYAN 1 Cİ CİLD

Müəllif: 
Dəvəridən qiraət haqda nəql edən şəxslərin kimliyi digər 
ravilər kimi məlum olunmamışdır. 
3. Səuəsi – Adı Saleh, künyəsi Əbu Şueyb, atasının adı Ziyab ibni 
Abdullahdır. 
İbni Cəzri onun haqda deyir: «Səuəsi bütün mətləbləri yazır və 
onu hifz edirdi. Bu səbəbdən də onun nəql etdikləri mötəbər hesab 
olunurdu. O, öz təhsilini Əbu Məhəmməddən almış və onun 
rəğbətini qazanmışdı. 261-ci ilin əvvəllərində 70 yaşında vəfat 
etmişdir.» .
(Təbəqatul-qurra, 1-ci cild, səh.261.) 
Əbu Hatəm, Nəsai və Əbu Həyyan, Səuəsinin etibarlı bir şəxs 
olduğunu təyid etmişlər. 
Əbu Əmr Dani deyir: Nəsai qiraəti ondan nəql edirdi, lakin 
Müslim ibni Qasim Əndəlosi heç bir dəlil və əsas olmadan Səuəsini 
mötəbər hesab etmişdir. (
Təhzibut-təhzib, 4-cü cild, səh.392.)
Müəllif: 
Səuəsinin ravilərinin kimliyi digər ravilər kimi naməlum 
qalmışdır. 


134 
HƏMZƏ KUFİ 
Həmzə ibni Həbib ibni Əmmarət ibni İsmail, Kufənin Bəni-
təmim qəbiləsinə mənsub olmuş və Əbu Əmmarə ləqəbi ilə 
tanınmışdır. 
Qiraət dərslərini başa vurduqdan sonra qiraətini Süleyman ibni 
Əməş və Həmran ibni Ueynə təqdim edir. 
«Kifayətul-kubra» kitabında deyilir: «Həmzə, qiraəti Məhəmməd 
ibni Əbdürrəhman ibni Əbi Leyla və Təlhə ibni Musrifdən 
öyrənmişdir. «Əttəysir» kitabında isə deyilir: «Həmzə, Muğeyrət 
ibni Muqsimin, Mənsurun və Leys ibni Əbi Səlimin qiraət 
dərslərində iştirak etmiş və ilk təhsilini onlardan almışdır. 
«Əttəysir» və «Mustəkir» kitablarının müəllifi yazır: «Həmzə qiraəti 
imam Sadiqdən (ə) öyrənmişdir.» 
Bunlar deyir: «Həmzə ilk qiraət təhsilini Həmrandan almış və 
sonralar Əməşə, Əbu İshaqa və Əbi Leylaya təqdim etmişdir. Asim 
və Əməşdən sonra qiraət tədrisinin rəhbərliyi ona həvalə 
olunmuşdur. 
Həmzə etibarlı və misilsiz bir şəxsiyyət olmşudur.» 
Abdulla Əcli deyir: «Əbu Hənifə, Həmzəyə deyir: “Qurana və 
şəriətin vacib hökmlərinə bizdən daha bilikli olduğun üçün bu 
barədə səninlə bəhs etmək istəmirəm.”» 
Süfyan Suri deyir: «Həmzə Quran və şəriətin vacib hökmlərində 
hamıdan bilikli idi.» Abdulla ibni Musa deyir: « Əməş şagirdi 
Həmzəni hər dəfə gördükdə deyərdi: «Həmzə Quran elmlərinə 
yiyələnmiş böyük bir alim və mütəxəssisdir. Həmzə Hicrətin 80-cı 
ilində doğulmuş, 156-cı ilində isə vəfat etmişdir.
(Təbəqatul-qurra, 1-ci 
cild, səh.261.) 
İbni Muin deyir: «Həmzənin doğru və mötəbərliyi hamı 
tərəfindən qəbul olunurdu.» 
Nəsai deyir: «Həmzənin heç bir eyb və nöqsanı olmamışdır.» 
Əcli deyir: «O, əməli-saleh və etibarlı bir şəxs idi.» 
İbni Səd deyir: «Qiraət elmində özünəməxsus üsluba malik idi. 
Öz etibarı ilə hamıdan fərqlənirdi və hamının ehtiramını 
qazanmışdı.» Saci deyir: «Həmzə düz danışan, amma hafizəsiz bir 
şəxs idi. Bu səbəbdən də onu hədis söyləməkdə bir o qədər də 


135 
mötəbər hesab etmək olmaz. Hədisi əsas meyar götürən bəzi şəxslər 
onun qiraətinə irad tutmuşlar. Bəziləri isə onun qiraət üsulu ilə 
qılınan namazları batil hesab etmişlər.» 
Yenə də Saci və Əzdi deyir: «Alimlər Həmzə haqda müxtəlif 
nəzəriyyələr irəli sürmüş və bəzən onu məzəmmət etməyə 
çalışmışlar.» 
Əsləmət ibni Şəbib deyərdi: «Əhməd ibni Hənbəli namazda 
Həmzənin qiraətindən istifadə edən şəxsin arxasında namaz 
qılmazdı.» 
Acəri, Əhməd ibni Sənandan nəql edərək deyir: «Yəzid ibni 
Harun, Həmzənin qiraətindən əsla razı deyildi.» Əhməd ibni Sənan 
deyir: «İbni Məhdi deyərdi: Əgər ixtiyarım olsaydı, Həmzənin 
qiraət üsulundan istifadə edən və ondan təqlid edən şəxsləri 
şallaqla cəzalandırardım.» Əbu Bəkr Əyyaş, Həmzənin qiraətini bir 
növ bidət hesab edirdi. İbni Dərid deyərdi: «Çox istərdim ki
Həmzənin qiraəti unudularaq Kufədə bir dəfəlik aradan getsin. 
(
Təhzibut-təhzib, 3-cü cild, səh.27.)

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin