137
Abdulla ibni Əhməd ibni Hənbəl deyir: «Atamdan qiraətlərdən
hansı birini daha çox sevdiyini soruşdum. Dedi: Mədinə camaatının
qiraətini. Dedim: Bu qiraətə yiyələnmək mümkün olmazsa necə?
Dedi: Asimin qiraətinə üstünlük verərəm.»
Nafenin doğum tarixi haqda dəqiq məlumat göstərilmir. Vəfatı
isə Hicrətin 169-cu ilinə aid olunur.
(Təbəqatul-qurra, 2-ci cild, səh-330.)
Əbu Talib, Əhməd ibni Hənbəldən nəql edərək deyir: «Camaat,
Quranı Nafedən öyrənsələr də, nəql
etdiyi hədislərə əsla etina
etmirdilər.»
Dovri, İbni Muindən nəql edərək onun etimad olunası şəxs
olmadığına işarə etmişdir. Nəsai deyir: «Nafenin heç bir nöqsanı
olmamışdır.» İbni Həyyan da onun mötəbərliyinə işarə etmişdir.
Əhməd ibni Hənbəl və Yəhya onun haqqında müxtəlif rəylər
vermişlər. Belə ki, Əhməd ibni Hənbəl onun nəql etdiyi hədisləri
bütünlüklə yalan, Yəhya isə mötəbər hesab edir.
NAFENİN RAVİLƏRİ
Nafenin qiraətini Qalun və Vərəş arada
heç bir vasitə olmadan
nəql etmişlər.
1. Qalun: İsa ibni Mina ibni Vərdan, Əbu Musa ləqəbi ilə
tanınmış və Bəni-zəhrə qəbiləsi
tərəfindən köləlikdən azad
edilmişdir.
Deyir: İsa Rəbib fitri istedada və qeyri-adi hafizəyə malik
olduğuna görə, Nafe ona Qalun ləqəbini vermişdir. Qalun isə Rum
dilində zirək və gözəl mənasını verir.
Abdulla ibni Əli deyir: «Ona Qalun ləqəbinin verilməsinin əsas
səbəbi əsliyyətcə rumlu və babası Abdullahın
Rum əsirlərindən
olmasıdır.»
Qalun, qiraəti Nafedən öyrənmiş və onun özünə təqdim etmişdir.
İbni Əbi Hatəm deyir: «Qalun lal olduğu üçün Quranı
dodaqlarını tərpətməklə oxuyur, hətta başqaları qiraətdə səhvə yol
verdikləri zaman işarələrlə onların səhvini düzəldirdi. Qalun
Hicrətin 120-ci ilində doğulmuş və 220-ci ildə 100 yaşında vəfat
etmişdir.»
(Təbəqatul-qurra, 1-ci cild, səh.615.)
138
İbni Həcər deyir: «Qalun qiraət elmində hamıdan
bilikli və
etibarlı olsa da, nəql etdiyi hədislər bir o qədər də mötəbər deyildi.
Əhməd ibni Saleh, Misirdən Qalunun nəql etdiyi hədislər barəsində
soruşduqda, gülümsəyərək demişdir: Məgər hamıdan hədis nəql
etmək olar?!»
Dostları ilə paylaş: