MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə96/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   92   93   94   95   96   97   98   99   ...   182
EL-BEYAN 1 Cİ CİLD

ALTINCI FƏSİL 
YEDDİ QİRAƏT ÜSULU 
1. Yeddi qiraət üsulunda nəzərə çarpan mütəvatirsizlik; 
2. Yeddi qiraət üsulunun mütəvatirliyi haqda irəli sürülmüş 
nəzəriyyənin araşdırılması; 
3. Yeddi qiraət üsulu; 
4. Yeddi qiraət üsulunun düzgünlüyü və mötəbərliyi. 


144 
YEDDİ QİRAƏT ÜSULUNDA NƏZƏRƏ ÇARPAN 
MÜTƏVATİRSİZLİK 
QİRAƏTLƏRİN MÜTƏVATİR OLMAMASINA 
DƏLALƏT EDƏN DƏLİLLƏR 
Bir qədər əvvəl qeyd etdik ki, Quran hər bir müsəlman 
tərəfindən mütəvatir olaraq qəbul edilir. Bu müqəddəs kitabın 
qiraəti haqda isə bir neçə müxtəlif nəzəriyyələr irəli sürülmüş və 
onun mütəvatir olmaması bir neçə dəlil vasitəsilə sübuta 
yetirilmişdir. 
1. Qiraət ravilərinin şərhi-halını nəzərdən keçirdikdən sonra bir 
daha bəlli olur ki, qiraətlər mütəvatir şəkildə deyil, vahid xəbər 
formasında nəql olunmuşdur. Belə olduqda onlardan bəzilərinin 
doğru və mötəbər olması bizim üçün müəmmalı qalır. Demək biz, 
qiraətlərin mütəvatir olaraq qarilərin özlərinə aid olması haqda heç 
bir söz deyə bilmərik. 
2. Qiraət ustalarının qiraəti harada və necə öyrənmələri bir daha 
qiraətin onların özlərinə mütəvatir olaraq deyil, vahid xəbər 
formasında nəql olunuduğunu sübuta yetirir. 
3. Bütün qiraət üsullarının ravilərinin bütün təbəqələrdə 
mütəvatir olduğunu və nəql etdikləri rəvayətlərdə yalana yol 
vermədiklərini fərz etsək də belə, nəticədə ravilərə yetişəcək sənəd 
silsiləsi mütəvatirlik baxımından öz etibarını itirəcək və vahid xəbər 
formasında bəyan ediləcəkdir. Çünki, hər bir qiraət üsulunu yalnız 
bir qari tərtib edərək özünəməxsus üsulla qiraət etmişdir. 
4. Hər bir qari və onun ardıcılları yalnız öz qiraət üsulunun 
düzgünlüyünə istinad edərək, həmən dəlillərlə digər qiraət 
üsullarına qarşı çıxır. Buradan belə məlum olur ki, hər bir qiraət 
üsulu qarilərin şəxsi rəy və nəzərlərindən irəli gəlmişdir. Çünki, 
əgər onların hər biri Peyğəmbərdən (s) mütəvatir olaraq nəql 
olunsaydı, doğruluğunu sübuta yetirəcək heç bir dəlilə ehtiyac 
duyulmazdı. 


145 
5. Bəzi böyük alim və qiraət ustalarının, digər qiraət üsullarına 
qarşı çıxaraq onları inkar etmələri, qiraət üsullarının bütünlüklə 
mütəvatir olmamasını sübuta yetirir. Çünki, əgər qiraət mütəvatir 
olaraq nəql olunarsa, onun alim və mütəxəssislər tərəfindən inkar 
olunması qeyri-mümkün olardı. Belə ki, İbni Cərir Təbəri, İbni 
Amirin qiraətini bütünlüklə və digər qarilərin qiraətini isə qismən 
inkar və tənqid edir. Qiraət ustaları Həmzənin, Əbu Əmrin, İbni 
Kəsirin qiraətlərini də qeyri-mötəbər hesab edərək onları qətiyyətlə 
rədd etmişlər. Alimlərdən bir çoxu kökü ərəb dili ilə əlaqəli 
olmayan qiraət üsullarını inkar etmiş və bu üsullar əsasında Quranı 
tilavət edən şəxsləri tənqid atəşinə tutmuşlar. 
Həmzənin şərh-halını nəzərdən keçirərkən bunun şahidi olduq 
ki, onun qiraəti Hənbəli məzhəbinin banisi Əhməd ibni Hənbəl, 
Yəzid ibni Harun, İbni Məhdi, Əbu Bəkr Əyyaş və İbni Dərid 
tərəfindən qətiyyətlə rədd edilmişdir. 
Zərkeşi, 
qiraətlərin 
ictihad 
yolu 
ilə 
formalaşmamasına 
əsaslanaraq deyir: “Zəməxşəri və onun kimi bir çoxları, qiraətlərin 
ixtiyari olaraq ictihad və ərəb dili mütəxəssisləri tərəfindən tərtib 
olunmasına əsaslanaraq bizimlə müxalif mövqedə durmuşlar.” 
Sonra onların nəzəriyyələrini rədd etmək məqsədilə Həmzənin 
qiraətini misal çəkərək deyir: Həmzə səhv olaraq «Vəl ərham» 
kəlməsində həmzəni kəsrə ilə, yəni «irham» kimi tələffüz etmişdir. 
Yəqub və Həzrəmi onun «Və maəntum bimusriki» ayəsini kəsrə ilə 
oxumasına irad tutmuşlar. Bu kimi səhvlərə Əbu Əmr də yol 
vermişdir. «Yəğfirkum» kəlməsində (ra) hərfini (lam) ilə idğam 
etməsi onun ən böyük səhvlərindən biridir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin