MüƏLLİFDƏN


Qur᾽anda nƏzƏrƏ Çarpan digƏr ixtilaflar



Yüklə 1,33 Mb.
səhifə12/23
tarix22.10.2017
ölçüsü1,33 Mb.
#11396
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

Qur᾽anda nƏzƏrƏ Çarpan digƏr ixtilaflar


Deyirlər: Yeddi qiraət üsulu deyildikdə [altıncı nəzərdə işarə olunan mətləblər deyil], qiraətin özündə olan ixtilaflar nəzərdə tutulur.

Bu nəzəriyyəyə əsaslanan Zərqani, özünün «Ləvayih» adlı kitabında Əbülfəzl Razidən nəql edərək yazır: Hər bir ifadədə mövcud olan ixtilaf bu yeddi xüsusiyyətdən xaric deyildir.

1. Şəxsi adların kişi və ya qadın cinsində tək, təsniyə* (ikilik – bu ərəb dilinə aid olan bir xüsusiyyətdir) və cəm halında işlənməsi;

2. Fe᾽llərdə indiki, keçmiş, gələcək və əmr formasında yaranmış ixtilaflar;

3. Hərəkə (sait hərflər) və e᾽rab (ismin müxtəlif halları) baxımından yaranmış ixtilaflar;

4. Edilən əlavələr və nöqsanlardan yaranmış ixtilaflar;

5. İfadələrin bir-birlərindən əvvəl və ya sonra tələffüz olunması nəticəsində yaranmış ixtilaflar;

6. Kəlmələrin əvəz olunması və ya dəyişilməsi nəticəsində yaranmış ixtilaflar;

Fəth, imale, tərqiq, təfxim, idğam, izhar kimi yeni kəlmə və ləhcələrin meydana gəlməsi. Belə ki, bə᾽zi qəbilələr bu kimi ifadələri bir mə᾽nada, digər qəbilələr isə tam başqa bir mə᾽nada işlətmişlər.

Cavab: Bu nəzəriyyə də digər nəzəriyyələr kimi batil və əsassızdır. Çünki, 6-cı nəzəriyyəyə tutulan 1-ci, 4-cü və 5-ci iradları bu nəzəriyyəyə də aid etmək olar.

Nəzəriyyəyə tutulan digər iradlardan biri də ad (sifət) və fe᾽llərdəki ixtilafların ayrı-ayrılıqda hesab olunmasıdır. Bir haldakı, ixtilaf onların hər birinin yalnız zahiri formasındadır. Demək biz, onların hər ikisini ixtilafa səbəb olan eyni amil hesab etməliyik və belə olduqda ixtilafların sayı altıdan artıq olmayacaqdır.

Yox, əgər bütün xüsusiyyətləri nəzərə almalı olsaq, gərək fe᾽llərin indiki, keçmiş, gələcək, əmr, tək, təsniyə və cəm halında istifadə olunmalarını ayrı-ayrılıqda müxtəlif fərqlərə (hissələrə) ayıraq. Və belə olduqda isə ixtilafların sayı nəzərdə tutulandan daha çox olacaqdır.

Zərqani, İbni Quteybədən nəql edərək deyir: Cümlələrdə idğam, izhar, rum, işmam, təxfif və təshildə ixtilafın yaranması onun bir cümlə kimi formalaşmasına heç bir mənfi tə᾽sir göstərmir və bu halda onları ixtilafa səbəb olan amillərdən biri hesab edə bilmərik. Demək, qiraətdə nəzərə çarpan ixtilafların sayını altıdan çox təsəvvür etmək mümkün deyil.

1. Kəlmənin əslində deyil, zahiri formasında nəzərə çarpan ixtilaf «baid» (uzaqlaşdırmaq) fe᾽linin keçmiş və ya əmr formasında və «əmanətəhum» (sizə əmanət olunan şeylər) cümləsinin tək və ya cəm halda istifadə olunmasında yaranmış ixtilaf kimi;

2. Kəlmənin zahiri formasında deyil, əslində mövcud olan ixtilaf «nunşizuha» kəlməsinin bə᾽zən «ra», bə᾽zən də «za» hərfləri ilə tələffüz olunması kimi;

3. Həm kəlmələrin əslində, həm də zahiri formasında nəzərə çarpan ixtilaf «ihn» və «sovf» kəlmələri arasında olan ixtilaf kimi;

4. E᾽rabda nəzərə çarpan ixtilaflar; Məsələn, «və ərculkum» kəlməsi bə᾽zən fəthə ilə, yə᾽ni «və ərculəkum» və bə᾽zən də «və ərculikum» oxunur.

5. İfadələrin bir-birindən əvvəl və ya sonra qiraət olunması nəticəsində yaranan ixtilaflar;

6. Əlavə və ya əskiltmələr nəticəsində yaranan ixtilaflar.


SƏKKİZİNCİ NƏZƏR

SAYLARIN ÇOXLUĞU


Bu nəzəriyyəyə əsaslananlar yeddi qiraət səbki deyildikdə, müəyyən rəqəm nəzərdə tutmurlar. Yə᾽ni, yeddi rəqəmi qiraətdəki ixtilafların çoxluğuna dəlalət edir, başqa sözlə desək, yeddi rəqəmi burada mə᾽cazi mə᾽nada işlənmişdir.

Qazi Əyyaz və onun sadiq davamçıları bu nəzəriyyəyə əsaslanmışlar.



Cavab: Bu nəzəriyyəyə iki əsaslı irad tutmaq olar.

1. Bu mətləbə dəlalət edən rəvayətlərin heç birində yeddi rəqəmi say çoxluğu mə᾽nasında işlənməmişdir.

2. Yeddi səbki dedikdə nəyi nəzərdə tutduqlarını və onun hansı mə᾽na daşıdığını açıqlamamışlar. Demək biz, yeddi səbki ifadəsini bir qədər əvvəl qeyd olunan nəzəriyyələrdə olduğu kimi mə᾽nalandırırıq. Belə olduqda isə əvvəlki nəzəriyyələrə tutulan iradlar bu nəzəriyyəyə də şamil olacaqdır.

DOQQUZUNCU NƏZƏR

YEDDİ QİRAƏT ÜSULU


Bu barədə irəli sürülən nəzəriyyələrdən biri də, yeddi səbkinin yeddi qiraət üsulu kimi mə᾽nalandırmaları olmuşdur.

Cavab: Əgər yeddi qiraət dedikdə, yeddi mö᾽təbər qiraət üsulunu nəzərdə tuturlarsa, «Qiraətlərə baxış» fəslində bu nəzəriyyənin tamamilə batil və əsassız olduğu haqda ətraflı söhbət açdıq. Yox, əgər bütün qiraətləri nəzərdə tuturlarsa, onda qiraətlərin yeddidən daha çox olduğunu da nəzərdən qaçırmamalıdırlar.

Belə bir nəzər də irəli sürülə bilər ki, Qur᾽andakı qiraətlərin sayı çox olsa da, kəlmələri ayrı-ayrılıqda qiraət etsək, onları yeddi oxunuş qaydasından artıq tələffüz edə bilməyəcəyik. Demək, kəlmələrin qiraətində mövcud olan ixtilafın sayı da yeddidən artıq olmayacaqdır. Cavabında deyə bilərik ki, əgər Qur᾽anın əksər kəlmələrini nəzərdə tuturlarsa, bu tamamilə yanlış bir fikirdir. Çünki, Qur᾽anda yeddi səbkidə oxunan kəlmələrin sayı çox azdır. Yox, əgər yalnız bə᾽zi kəlmələri nəzərdə tuturlarsa, bu halda başqa irad meydana gəlir. Belə ki, müxtəlif qiraət formalarında tələffüz olunan kəlmələr yeddidən daha artıq səbkilərdə tələffüz olunur. Məsələn, «və əbədəttağuti» kəlməsi 22, «uffi» kəlməsi isə 34 qiraət səkbilə tələffüz olunur.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, bu nəzəriyyə də digər nəzəriyyələr kimi, həmin məzmunda nəql olunmuş rəvayətlərin məzmunu ilə əsla müvafiq deyildir.

ONUNCU NƏZƏR

MÜXTƏLİF LƏHCƏLƏR


Bu nəzəriyyəyə əsaslananlar yeddi qiraət səbki deyildikdə, Qur᾽anda istifadə olunan ifadələrin bir-birindən fərqli olan müxtəlif ləhcələrdə tələffüz olunduğunu nəzərdə tuturlar.

Rafei bu nəzəriyyəni öz kitabında qeyd etmişdir. (E᾽cazi Qur᾽an 70-ci səh.).

Belə ki, ərəb qəbilələri müxtəlif ləhcələrdə danışdıqları üçün bə᾽zi kəlmələri məxsus tərzdə tələffüz edirdilər. Məsələn iraqlılar, «yəqulu» kəlməsində boğazda tələffüz olunmalı «qaf» hərfini qeyri-ərəb xalqların tələffüz etdiyi adi «q» hərfi kimi, şamlılar isə onu «ə» hərfinə çevirərək tələffüz edirlər. Bu kimi dəyişikliklərin aparılmasından əsas məqsəd, müxtəlif ləhcələrdə danışan müsəlmanlar üçün Qur᾽an qiraətinin asanlaşdırılmasıdır. Çünki, hamının Qur᾽anı yalnız bir səbkidə qiraət etməsi olduqca çətin bir məsələdir. Bu səbəbdən də Qur᾽anın hər bir qəbilə və millətin öz ləhcəsində oxunmasına icazə verilmişdir. O ki qaldı ləhcələrin yeddi hissəyə bölünməsinə, burada məqsəd yeddi rəqəmi deyil, ləhcələrin çoxluğudur. Başqa sözlə desək, yeddi rəqəmi burada çoxluq mə᾽nasında işlənmişdir.

Cavab: Bu nəzəriyyə də bir neçə səbəbdən əsassız hesab olunur.

1. İrəli sürülmüş bu nəzəriyyə Ömər və Osmandan nəql olunmuş rəvayətlərlə tamamilə ziddiyyət təşkil edir. Belə ki, nəql olunmuş rəvayətdə Qur᾽anın yalnız Qüreyş ləhcəsində oxunmasına işarə olunur. Bir qədər əvvəl qeyd etdik ki, Osman, İbni Məs᾽udu «hətta hiynə» kəlməsini «ətta hiynə» kimi tələffüz etməsini qadağan və Qur᾽anı yalnız Qüreyş ləhcəsində oxunmasını əmr etmişdir.

2. Bir qədər əvvəl qeyd olunan rəvayətlərdə ixtilafın kəlmələrin tələffüzündə deyil, mahiyyət və mə᾽nasına əsasən yarandığına işarə edilmişdir.

3. Yeddi rəqəminin çoxluğa dəlalət etməsi, onun kinayə və rəmz olaraq istifadə olunması rəvayətlərin zahiri mə᾽nası ilə uyğun gəlmir.

4. Bu nəzəriyyəyə istinad edərək Qur᾽anı, hal-hazırda da müxtəlif ləhcələrdə qiraət etmək olar. Lakin bu da ümumdünya müsəlmanlarının adət-ən᾽ənələri ilə ziddiyyət təşkil edən məsələlərdəndir.

5. Əgər bu nəzəriyyənin tərəfdarları Qur᾽anın əvvəllər müxtəlif ləhcələrdə oxunmasını, lakin onun sonradan qadağan olunduğunu iddia edərlərsə, cavabında deməliyik: Bu heç bir dəlil və əsası olmayan bir iddiadır. Bir haldakı məzhəbindən asılı olmayaraq bütün alimlər, Qur᾽anın yalnız bir səbkidə oxunmasını tə᾽kid etmiş və ərəb qəbilələrinin ləhcələrinin Qur᾽anın qiraətinə sirayət etməsinə qarşı çıxmışlar. Bunu da qeyd etmək lazımdır ki, Peyğəmbərin (s) zamanında islamı qəbul etmiş müsəlmanların əksəriyyətini, əsasən Ərəbistan yarımadasında yaşayan bədəvi ərəblər təşkil etmiş və sözsüz ki, onların da Qur᾽anda istifadə olunan ifadələri tələffüz etməkdə heç bir çətinlikləri olmamışdır. Peyğəmbərin (s) vəfatından sonra ətraf məntəqələrin milliyyətcə ərəb olmayan sakinləri islamı qəbul edir və müsəlman dünyasının ərazisi birə on artmağa başlayır. Belə bir şəraitdə necə ola bilər ki, ərəb dilinin tələffüzündə heç bir çətinliyi olmayan, milliyyətcə ərəb olan müsəlmanlara Qur᾽anı (asanlaşdırmaq məqsədilə) öz ləhcələrində oxumağa icazə verilir, lakin milliyyətcə ərəb olmayan və tələffüz baxımından çətinlik çəkən şəxslər bu imkandan məhrum olurlar?!

Biz bununla da Qur᾽anın yeddi səbkidə nazil olması haqda irəli sürülmüş nəzəriyyələrin araşdırılmasını dayandırıb, yeni mətləblər haqda söhbət açmaq istəyirik.

Belə bir nəticəyə gəlirik ki, Qur᾽an yeddi qiraət üslubunda deyil, yalnız bir səbkidə nazil olmuş və Peyğəmbər (s) öz səhabələrinə Qur᾽anı yalnız bir səbkidə tə᾽lim etmişdir. Demək, Qur᾽anın yeddi səbkidə nazil olmasına dair nəql olunmuş bütün hədis və rəvayətlər qondarma və heç bir əsası olmayan iftiralardır.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin