Ədəbiyyat effektiv təsir vasitəsi kimi
Ədəbiyyat – söz sənəti tarixin bütün zamanlarında insanlar arasında daha humanist ünsiyyətə xidmət edən bir sənət növü olmuşdur. Qədim və orta əsrlərdə xüsusən Şərq xalqlarında hətta bir çox hökmdarlar bir-birinə məktublarla müraciət etdikdə bədii mətnlərdən istifadə etmişlər. Bu mənada söz sənəti ünsiyyət üçün çox effektiv vasitə olmuşdur.
Müxtəlif xalqların yaratdığı ədəbiyyat onların həm öz aralarındakı, həm də digər xalqların nümayəndələrinə olan münasibəti ortaya qoymuşdur.
Bədii ədəbiyyat hər hansı bir ölkə daxilində də, iki ölkə arasında da münasibətləri öyrənməkdə və yaxud da gələcək münasibətləri tənzimləməkdə əvəzsiz informasiya mənbəyi, baş verən hansısa xoşagəlməz proseslərin qarşısının alınmasında, müsbət proseslərin daha da inkişaf etdirilməsinə də böyük gecə sahibdir.
Sitatlar və misallah:
-
Umberto Eko deyir: "Əgər Hitlər Tolstoyun “Hərb və Sülh” əsərini oxusaydı, Rusiyaya hücum etməzdi.
-
Nobel mükafatçısı Lyosa: ədəbiyyat hətta azadlığın illuziyasını yaratsa belə, bunun özü də diktatorlar üçün qorxuludur.
-
Jan Jak Russo öz övladlarını uşaq evinə vermişdi. Lakin Russonun sayəsində yüz minlərlə uşaqlar küçələrdən yığışdırıldı. Onları geyindirdilər, yedizdirdilər.
-
Hüqo “Səfillər” əsəri ilə milyonlarla insanlara şamdan verdi. Bu şamdanları qiymətləndirmək hər kəsin öz işidir. Biz bu şamdanların qiymətini bilməklə bərabər, həm də başqalarına da şamdan verməliyik.
-
Dəyilənə görə, Balzakın masasının üstündə Napoleonun balaca heykəlciyi varmış. Balzak həmin heykəlciyin altına yazıb ki, sənin qılıncla ala bilmədiyin yerləri mən qələmlə alacam. Həqiqətən də elə də oldu. Bu gün Balzakın əsərləri dünyanın bir çox dillərinə çevrilib. İnsanlar hələ də Balzakı sevə-sevə oxuyurlar.
-
Azərbaycanda və Şimali Qafqazdan maliyyə, C.Məmmədquluzadə “Molla Nəsrəddin” dərgisinin redaksiyasını Təbrizə köçürmüşdü. Onun qardaşı Ələkbər Məmmədquluzadə Səttarxanın ən yaxın köməkçisi idi. Sabirin şerləri səngərlərdə keşik çəkən mücahidlərin dilinin əzbəri idi. Abbas Səhhət yazırdı ki, “Sabir İran inqilabına bir ordudan artıq xidmət göstərib”.
-
Azərbaycan şifahi ədəbiyyatında multikulturalizm izləri – auditoriya ilə birgə folklora nəzər
Bu gün yaşadığımız müstəqil Azərbaycan dövlətinin sərhədləri daxilində yaşayan xalqların üzun müddətdən bəridir ki, ortaq ünsiyyət dili Azərbaycan türkcəsi olmuşdur. Etnik azlıqların hər birinin öz məxsusi dili olmasına baxmayaraq ictimai yerlərdə münasibətlər məhz Azərbaycan dilində olmuş və bunun nəticəsidir ki, milli azlıqları birləşdirən müxtəlif birgə adət-ənənlərə formalaşmış, onların arasında mehriban münasibətlər qurulmuşdur.
Bu gün Azərbaycan dilində olan şifahi xalq ədəbiyyatı nümunələrimizin formalaşmasına biz hər bir etnik azlığın da öz qatqısını verdiyini danmaq olmaz. Qafqazda yaşamaq ictimai, sosial, siyasi problemlərin eyniliyi, düşmənlərə qarşı birgə mübarizə, yadellilərdən və Qafqaz üçün spesifik olan təbiət hadisələrindən özünün qorumaq eyniliyi bu etnik birlikləri ortaya çıxan söz sənəti nümunələri bizlərə tanıdır.
Atalar sözlərində -
-
Dəvəçi ilə dostluq edənin darvazası gen gərək. (Ərəblərə münasibət)
-
Girdin bazara gördün hamı gözü cumuxdur, sən də ol gözü cumux. (Monqolların işğalı zamanı yaranıb, özünü müdafiə üçün)
-
Türk - türkü vurar, arada 'tat' aparar.
-
Çox öyünmə, tat qızı, pendirindən tük çıxır.
Bayatılarda -
Apardı tatar məni,
Qul edib satar məni,
Yarım vəfalı olsa,
Axtarıb tapar məni
“Kitabi-Dədə Qorqud”
Oğuz dövlətinin başlıca amalı və məqsədicəmiyyətdə insanlar və bütün xalqlar arasındakı münasibətlərdə birlik və həmrəylik yaratmaqdan, bəşər övladına dinclik, əmin-amanlıq verməkdən, insanların xoşbəxtliyə və səadətə qovuşdurmaqdan ibarət idi. Oguz tayfaları İç Oğuz və Dış oğuz olmaqla iki yerə ayrılmasına baxmayaraq, hər iki tayfanın insanlarının əminamanlıq içərisində yaşamasının təminatçısı olan hər iki tayfanın və ümumilikdə elin ağsaqqalı Dədə Qorqud var idi. Dədə Qorqud öz varlığı ilə bu iki tayfa arasında qarşılılı hörmətin təmsilçisi idi. “Kitabi-Dədə Qorqud” dastanında qonşu xalqlarla münasibətlər ən sivil formada tənzimlənir. Dastanda Qan Turalı adlı igdirn yad ölkədən aldığı Selcan xatun adlı qızı öz elinə gətirməsi və Qan Turalının yad eldən gələn qıza olan xoş, mehriban münasibəti əks olunmuşdur. Bu detal özü də dastanda digər xalqların nümayəndələrinə olan tolerant və multikultural münasibətin göstəricisidir.
Biz multikultural bir mühiti «Koroğlu» dastanında görürük. Dastanda Koroğlunun ətrafına toplanan dəlilər əsasən Qafqazda yaşayan müxtəlif xalqların nümayəndələridir. Onların arasında milli və dini baxımdan heç bir fikir ayrılığının olduğu heç bir zaman görünmür. Gürcüoğlu, Kürdoğlu, Eyvaz (əslən türkməndir) kimi onlarla cavanlar dastanda təsvir olunur ki, bunlar həm adları, həm də xarakterləri ilə müxtəlif xalqın nümayəndəsi olması müəyyənləşir
“Əsli və Kərəm” dastanında isə Kərəmin erməni keşişin qızı Əsliyə aşiq olması və ona qovuşmaq üçün keçdiyi əzablı yol təsvir olunur.
-
Azərbaycan yazılı ədəbiyyatında multikulturalizm izləri - auditoriya ilə birgə yazılı ədəbiyyata nəzər
Oorta əsrlərdə və müasir dövrmüzdə yaşayıb yaratmış bir çox Azərbaycan şair və yazıçılarının əsərlərində dini dözümlülük, millətlərarası münasibət, hər bir xalqın adət-ənənələrinə hörmət mövzularına rast gəlirik.
Qeyd edilən məsələlərə ilk dəfə kompleks şəkildə Nizami Gəncəvinin poemalarında rast gəlinir. Ümumiyyətlə Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram, digər xalqların mədəniyyətinə sayğı və hörmət şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizami Gəncəvi “Yeddi gözəl” poemasında yaratdığı Bəhram şah obrazı özünə hər biri bir rəngdə olan 7 gümbəzli saray tikdirir. Saray hazır olduqdan sonra öz elçilərini 7 ölkəyə göndərir ki, gedib o ölkələrin hərəsində bir xanım gətirsinlər və onların hərəsi bir gümbəzdə əyləşsin. Daha sonra şah hər gün bir ölkəni təmsil edən xanımın yanına gəlir və o xanımların hər birinin ona danışdığı ibrətli əhvalatlara qulaq asır. Təbii ki, hər bir əhvalat xanımların təmsil olunduqları xalqlara məxsus olan əhvalatlardır. Yeddi gözəl hind, çin, rus, ərəb, türk, fars və misir xalqını təmsil edir.
Yazıçı, dramaturq və Azərbaycan xalqının savadlanması, dünyda gedən proseslərdən xəbərdar olması üçün çox böyük işlər görən Cəlil Məmmədquluzadə həm publisistik yazılarında, həm də bədii əsərlərdə dininə və milli mənsubluqlarına görə fərqlənən xalqların nümayəndələrini biri-birinə qarşı qoymaqla, onlara bəzən gülməklə, bəzən isə mədəniyyətlərn arasındakı savadsızlıqdan və cahillikdən gəlmə uçurumu göstərib kədərlənməklə bu məsələyə öz ziyalı münasibətini ortaya qoyub.
Müəllif “Kamança” dramında ermənilərin yaşadığı Qazançı ilə qonşu bir müsəlman kəndinin insanlarının arasında olan ixtilafdan bəhs olunur. Ətrafına kəndin cavanlarını toplayan silahlı Qəhrəman yüzbaşı əmr edir ki, çıxaq bir dağ-dərəni axtaraq və harada Qazançı kəndindən olan bir erməni görsək vurub öldürüb qisasımızı alaq. Onlar təsadüfən Qançıdan olan kamançaçı erməni Baxışa rast gəlirlər. Kamançaçı Baxışın ifa etdiyi musiqini dinləyən Qəhrəman yüzbaşı onu öldürmür və heç incitmədən də buraxır. Erməni Qəhrəmanın bu hərəkətinə çox təəccüb edir və onlardan uzalaşaraq öz kəndinə gedir.
“Usta Zeynal” hekayəsi. Hekayәnin çox sadә bir süjeti vardır. Muğdusi Akopun böyük oğlu Moskva Universitetini bitirib evlәrinә gәlir. Qonaqları qəbul etmək üçün hər şey hazırdır, lakin bir neçә gün bundan әvvәl çox şiddәtli yağan yağışdan sonra zalın sәqfinin bir tәrəfindәn su axmış vә sәqf uçulub tökülmüşdür. Oğlu gәlәnә qәdәr sәqfin uçan yerini suvayıb düzәltmәk lazımdır. Oğlu isә alınmış teleqrafa görә iki gündәn sonra gәlmәli idi. Muğdusi Akopun tanışı, bәnna Usta Cәfәr bu vaxt başqa yerdә işlәyirdi. Onda o, öz dostu Hacı Rәsulun mәslәhәti ilә İrandan gәlmiş Usta Zeynal adlı birisini işlәmәyә götürür. Öz vәtәninin hәqiqi oğlu olan Usta Zeynal Muğdusi Akopun tam әksini tәşkil edir. Ustaya görə hәr işi sәbrlә-aramla görmәk vә allaha bel bağlamaq lazımdır. Tәlәsiklik vә hәyәcan ancaq işi korlaya bilәr. Nә qәdәr ki, Muğdusi Akop bacarıqlı, öz mәnfәәtini güdәn vә işgüzardır, o qәdәr Usta Zeynal fәaliyyәtsiz, cәsarәtsiz vә axmaqcasına sadәlövhdür. O iş ki, Muğdusi Akopdan bir saat vaxt tәlәb edir, Usta Zeynala görә bu işә әn azı bir gün vaxt sәrf etmәk lazımdır. O işi ki, Muğdusi Akop bu gün görmәlidir, Usta Zeynala görә, onu sabah da, o biri gün dә yerinә yetirmәk olar, çünki tәlәsmәyin yeri yoxdur, hәr şey allahın iradәsindәn asılıdır. Lakin Usta Zeynalın әsas nöqsanı onun boşboğazlığı vә özünәmәxsus filosofçuluq etmәsindәdir. Muğdusi Akopa verdiyi suallara qısa vә başqaçırıcı cavablar almasına baxmayaraq Usta Zeynal ondan әl çәkmir vә işi yarımçıq qoyaraq lazımsız boşboğazlığa başlayır. Nәhayәt, hövsәlәsi daralmış ev sahibi ona kәskin surәtdә deyir ki, o, bura söhbәt üçün deyil, işlәmәk üçün gәlmişdir. Ev sahibinin bu töhmәtindәn qәti narahat olmayan Usta Zeynal Muğdusi Akopa tәskinlik verir ki, inşaallah işi tәyin edilmiş vaxta görüb qurtaracaqdır. Lakin o, qәtiyyәn tәlәsmir, tez-tez çubuq çәkir, vaxtı-vaxtında namaz qılır vә ev sahibi yanında olmayanda özü kimi Şәrqin tәnbәl vә boşboğaz oğlu olan kömәkçisi Qurbanla birlikdә filosofluq edir. İş isә çox lәng vә yavaş görülür.
Hekayədən sitatlar:
“Yaxşı adam olmağına yaxşı adamdı, allah dinә gәtirsin, amma nә fayda?!”
“Usta, mәn bir şeyә mat qalıram. Yaxşı, ermәnilәr bu aşkarlıqda zadı görmürlәr? Bunlar niyә bәs dönüb müsәlman olmullar?...”
“Qurban, bu işlәr hamısı sirrdir. Bunları heç başa düşmәk olmaz. Bunlar hamısı allah yanındadır; çünki belә fәrz elә, ermәnilәrin hamısı çönüb müsәlman oldu, onda cәhәnnәmi allah kimdәn ötrü xәlq edib vә kimi ora göndәrәcәk. Bu işlәrin hamısının bir sәbәbi var, yoxsa ermәnilәr çox yaxşı bilir ki, bizim mәssәbimiz olarınkından yaxşıdı. ”
Çox keçmәdәn, Usta Zeynal işi yarımçıq atır vә pәrt çıxıb gedir ki, bu da Muğdusi Akopu çox dilxor edir. Әhvalat belә olur: İkinci gün mәlum olur ki, kütbeyin Qurban öz yaddaşsızlığı üzündәn Usta Zeynalgildәn gәtirilmiş lәyәni bir kәnara qoyub, bütün günü ermәninin sәhәngindә su daşımış vә bununla da nәinki tәkcә Usta Zeynalın üst-başını, hәtta bütün işi murdarlamışdır. Bizim nadan vә fanatik ruhanilәrin tәlimi әsasında tәrbiyә almış Usta Zeynalın tipi Cәlil Mәmmәdquluzadә tәrәfindәn çox müvәffәqiyyәtlә vә mәharәtlә yaradılmışdır.
Böyük dramaturq Hüseyn Cavidin yazdığı “Şeyx Sənan” faciəsində müsəlman Şeyx Sənan və gürcü qızı Tamara (Xumar) arasında olan sevgidən bəhs olunur. Burada islam dininə etiqad edən bir xalqın nümayəndəsi olan Sənan öz saf sevgisinə qovuşmaq xatirinə ona təklif olunan gürcü xalqının dini və ənəənəsi ilə bağlı olan bütün təklifləri yerinə yetirməyə hazırdı. Bütün sınaqlardan keçməsinə baxmayaraq qızın atası yenə də öz qızını Sənana verməkdən imtina edir, son nəticədə isə Şeyx Sənanla Tamara bir-birinə qoşulub qaçır və təqib olunduqlarını görü uca bir qayadan atılaraq özlərini öldürürlər. Əsərdə saf insani hislərin bütün adət-ənənlərdən, milli kimlikdən, dini mənsubiyyətdən uzaq olduğu ön plana çəkilir. Dramaturq hadisələri bəşəri fəlsəfi dəyərlər axarına salmaq məqsədilə Şeyx Sənanın sevgilisini xristian, gürcü qızı Tamara (Xumar) ilə verib.
Bundan əlavə biz Nəriman Nərimanovun "Bahadır və Sona", Əbdürrəhim bəy Haqverdiyevin “Marallarım” hekayələrində, Cəfər Cabbarlının "1905-ci ildə”, İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost” (Azərbaycanlı, erməni, gürcü) əsərlərində də xüsusən Qafqaz xalqlarının milli mədəniyyətlərinə digər xalqın nümayəndəsi tərəfindən hörmət və ehtiram göstərilməsi təqdir olunur.
-
Ümumiləşdirmə
Burada sizlərə təqdim edilən və təqdim edilməyən Azərbaycan ədəbiyyatının həm şifahi, həm də yazılı nümunələrində tolerantlığın, multikulturalizmin insanlar arasında təbliğinə həsr edilən çox sayda nümunələr vardır. Hər gün yaşadığı həyatında insanlara, digər xalqın və dinin nümayəndələrinə mehriban olmayan bir xalq belə bir ədəbiyyat yarada bilməz. Demək olar ki, heç bir ədəbiyyat nümunəmizdə nifrət, digər xalqlara və başqa dilərin təmsilçilərinə kəskin, aşağılayıcı münasibət əks olunmamışdır. Bu Azərbaycan ədəbiyyatının yalnız zəngin multkultural köklərə malik olan Azərbaycan xalqı kimi bir xalq tərəfindən yaradıla biləcəyini təsdiqləyir.
Hüseyn Cavid “Qız məktəbində”
— Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Pəki, sənin anan, baban varmı?
— Var.
— Nasıl, zənginmidir baban?
— Əvət, zəngin, bəyzadə...
— Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
— Var əfəndim, var… lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
— Çox doğru söz… Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
— Ən çox sevdiyim ilkin
O allah ki, yeri-göyü, insanları xəlq eylər.
— Sonra kimlər?
— Sonra onun göndərdiyi elçilər.
— Başqa sevdiklərin nasıl, yoxmu?
— Var...
— Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar…
Mövzu 7
Dünya ölkələrində multikulturalizm modelləri
Plan
-
Qərb ölkələrində multikulturalizmin meydana gəlməsinin tarixi səbəbləri.
-
Qərb ölkələrində multikulturalizm siyasətinin nəzəri- ideoloji əsasları (Artur Şlezinqer-kiçik, Maykl Lind, Natan Qleyzer, Riçard Bernstayn).
Ədəbiyyat
-
Migration trends in Europe, European population papers Series No. 7 Council of Europe, 2002. s. 16.
-
Etibar Nəcəfov, Rusiyada Azərbaycanlı əmək miqrantlarının problemləri və onların həlli yolları, Fəlsəfə elmi nəzəri jurnal, s. 130-136).
Qərb ölkələrində multikulturalizmin meydana gəlməsi əsasən orta əsrə təsadüf edir. Ümumi mənada qərb ölkələri həm öz aralarında, həm də islam, çin və digər sivilizasiyalar ilə bu dövrdə ciddi şəkildə münasibət qururdular. Bu da öz növbəsində multikultural əlaqələrin yaranması demək idi.
Qərb ölkələrində multikulturalizmin əsaslarını XVI əsrdən başlayaraq C. Lokk, S. Mill, T. Hobs, Ş. Monteskye, C. Viko kimi mütəfəkkirlərin ideyaları təşkil edir. Bu ideyalardan multikulturalizmi nəzəri cəhətdən əsaslandıran müasir dövr mütəfəkkirləri Con Roulz, Con Raz, Vill Kimlika və s. geniş istifadə etmişdir. Adı çəkilən mütəfəkkirlərin müştərək cəhəti multikulturalizm anlayışına insan hüquqları mərkəzli, liberal-fərdiyyətçi dəyərləri əsas alaraq yanaşmalarıdır. Digər yanaşma tərzini isə hal-hazırda Çarlz Taylor, Maykl Valzer və Alasdair Makintayr kimi nəzəriyyəçilər tərəfindən dilə gətirilən “Kommuniteryanist” baxış təzi təşkil edir.
Con Lok ve Stuart Mill kimi klassik liberallar dövründə artıq dövlət, tarixi reallıq idi. Bu baxımdan liberallıq intellektual və siyasi əhəmiyyət qazandıqca dövlətin xüsusiyyətləri də müəyyən olunurdu. Qanunun üstünlüyü, vətandaşların bərabərhüquqluluğu, fərdlərin hüquq və öhdəliklərin daşıyıcısı olması nəticəsində dövlət, vətəndaş ilə dövlət arasında birbaşa münasibətlər qurulmasını təmin etdi.
Klassik liberalizm Yunan rasionallığından və Xristian universalizmindən təsirlənmişdir. Klassik liberallar yunar rasionalistləri kimi tənqidi rasionalizm, seçim və fərdi azadlıq kimi dəyərlərə istinad edən həyat görüşünü müdafiə edirdilər. Ancaq yunanlı rasionalistlərin əksinə onlar ağlı daha təvazökar və praktiki terminlər ilə ifadə edərək universallığı vurğulayırdılar. Məhz Loka görə Tanrı insanları var edib həm hüquqlar, həm də vəzifələr vermişdir. Lok təbii qanun nəzəriyyəçisi idi. Mill isə praqmatikdir.( Bhikhu Parekh, Rethinking Multiculturalism Cultural Diversity and Political Theory, s. 43-64).
18-ci əsrdən etibarən Viko, Monteskyu, Herder və Monten kimi müəlliflər multi mədəniyyətin labüd olduğunu və vacib olduğunu vurğuladılar. Məhz Vikoya görə hər bir mədəniyyət özünəməxsusu xüsusiyyətlərə malik olaraq müxtəlifliyi təşkil edir. Monteskyu ``Qanunların ruhu`` adlı əsərində mədəni müxtəlifliyi psixolojik deyil, sosioloji və siyasi baxımdan tədqiq etmişdir. Monteskyunun ``Fars Məktubları`` əsəri də multikulturalizmin klassik mənbələrindən hesab olunur. Herder isə klassik multikulturalizmdə dili önə çıxarır və belə ifadə edirdi: “hər millət düşündüyü kimi danışır, danışdığı kimi düşünür”. Ona görə məhz insan bir cəmiyyət daxilində formalaşır və dəyərlər əldə edir ( Bhikhu Parekh, Rethinking Multiculturalism Cultural Diversity and Political Theory, s. 64-101).
Modern dövlət konsepsiyasında tək tip insan və tək tip mədəniyyət anlayışı qəbul edilməzdir. Bu movzuda məşhur mütəfəkkir Volter hələ 18-ci əsrdə belə deyirdi: “ Fikirləriniz ilə razı deyiləm. Ancaq onları ifadə etmə haqqınızı axıra qədər müdafiə edəcəm“. Bu anlayış birbaşa multikulturalizmin bütün sahələrdə əsasını təşkil edir.
Belə ki, tarixdən də məlum olduğu kimi İkinci Dünya müharibəsindən əvvəl Qərbdə etno-mədəni və dini müxtəliflik bir sıra anti-demokratik hakimiyyətlər tərəfindən təzyiq altında idi. Bu eyni zamanda bəzi irqçi hakimiyyətlər tərəfindən də normal qəbul edilirdi. Ancaq İkinci Dünya müharibəsinin başa çatması nəticəsində qlobal arenada insan hüquqları, irqlərin və xalqların bərabərhüquqlu olması və s. məsələlər istiqmətində siyasət və hüquqi anlayışlarda reformların həyata keçirilməsinə gətirib çıxardı. Qısacası multikulturalizm Avropada köhnə etnik və iyerarxiya modellərinin yerinə yeni demokratik vətandaşlıq münasibətlərini bərpa etmə vasitəsi olaraq ortaya çıxdı və bu istiqamətdə uğurlar əldə edilir.
Qərb ölkələrində multikulturalizm siyasəti bir çox aspektdən aktuallıq kəsb edir. Belə ki, liberallar ilə kommunitaryan və ya kollektivistlər bu istiqamətdə fərqli nəzəri-ideoloji əsaslara malikdirlər. Klassik liberalizmdən fərqli olaraq müasir liberallar həm müştərək insan təbiətini, həm də insanların mədəniyyət ilə iç-içə olduğunu qəbul edilrər. Con Rouls təməl əxlaqi müxtəliflik və fərqli yaxşı məfhumlarının meydana gətidiyi problemlər ilə, Kimilika müxtəliflik və fərqli həyat tərzlərinin meydana gətirdikləri ilə, Raz da ikisi ilə bilikdə maraqlanır. Rolusun “Bir Ədalət Nəzəriyyəsi” adlı kitabı etik plüralizm mövzusunda sistemli bir kitabdır. Raz “Azadlığın əxlaqı” əsərində xoşbəxtliyi axtarmağın həyatın məqsədi, qayəsi olduğu və bunun həyat boyunca uğur və faydalı məqsədləri də əhatə etdiyi şəklində Aristotelçi görüşü əsas alır. Vil Kimlika “Multikultural Vətandaşlıq” adlı əsərində insanların xoşbəxt həyat əldə etmələri üçün iki prinsipə sadiq qalmalarını vurğulayır. İlki, insanların həyatlarını içdən, yəni nəyin yaşamağa dəyər qazandırdığına dair dəyərlərə görə yaşamalıdırlar. İkincisi, səhv etdikdə və hər an malik olduqları dəyərləri analiz etməkdə azad olmalıdırlar.
Çarlz Taylor Russoya istinad edərək digər insanlar ilə olan münasibətlərimizin dialoqa əsaslandığını vurğulayaraq demokratik çərçivdə də hər hansı bir cəmiyyətdə fərdi kimliklərin ictimai dialoqlar nəticəsində yarandığını iddia edir. Bu nəzəriyyə “Tanınma” adlanır. Kommunitarian mənada iki prinsip vardır burada. Fərdlər olaraq insan hüquqlarının qorunması, ikincisi isə fərdlərin mədəni ictimai sferalara aid olması. Bu mənada Volf, Mişel Valzer liberal demokratiya mövzusunda Taylorun görüşünü təhlil edirlər. Digər tərəfdən Alasdair Macintyre ``Əxlaqın ardınca``(after virtue) əsərində etik qayda və qanunların fərddən daha çox ictimai, toplu şüurda meydana gəldiyini vurğulayır. Kommunitarian görüşə malik olaraq Makintayra görə qrup və cəmiyyətdən müstəqil fərd öz başına inkişaf edə bilməz. (Amy Gutmann, Multiculturalism-Examining the Politics of Recognition, s. 11-106)
İlk olaraq fərdiyyətçiliyi əsas alan multikulturalizm konsepsiyası fərdlərin qrup xüsusiyyətinə baxmadan hər bir fərdin bərabər olduğu və qanun qarşısında bərbaər hüquqlara malik olduğu düşüncəsinə istinad edir. Məhz liberalizmin əsasını təşkil edən bu fərdiyyət anlayışı azadlıq, ifadə etmə və istediyi kimi inanma hüquqlarını təməl hüquqlar olaraq qəbul edir. Con Rolz bunu özünün məşhur ədalət nəzəriyyəsi ilə əsaslandırır: “Ədalət anlayışı bir neçə şəxsin öz həyatını əksəriyyətin xoşbəxtliyi naminə fəda edilməsinə icazə verə bilməz. Beləliklə ədalətli bir cəmiyyətdə bərabərhüquqlu azadlıqlar əsas alınır və bunlar ictimai maraqların və siyasi tələblərin mövzusu halına gətirilə bilməz``. Burada Rolzun məqsədi liberal demokratik cəmiyyətlər üçün sosial əməkdaşlıq modelinin yaradılmasıdır. Nəticədə Rolzun nəzəriyyəsi eyni zamanda ictimai mahiyyət daşıyır və cəmiyyət fərdlərinin inteqrativ münasibətlərinə istinad edir.
Kollektiv hüquqularda isə fərdiyətçiliyə yer verilməklə birlikdə bu fərdlərə daha çox kollektiv vəya qrup kimliyinin və məqsədinin daşıyıcıları olaraq baxılır. Qısaca olaraq fərd və qrup mübahisəsində fərdiyyətçilər fərdin qrup və ya kollektivdən daha əvvəl gəldiyini iddi edirlər. Qrup və ya kollektiv hüquqların ilkinliyinə inanlar isə hər bir fərdin bir qrup və ya kollektiv içində dünyaya gəldiyini və mənliyini orada formalaşdırdığı üçün qrupu, fərdin var olma şərti olarq irəli sürürlər. Bu eyni zamanda liberallar və kommuniteryanlar termini ilə də ifadə olunur. Məhz kommunitaryan baxış tərzinin müdafiəçisi Vill Kimilkaya görə fərdlər cəmiyyət tərəfindən qəbul olunan sərhədləri aşdığında ictimai həyatda xaoslar yarana bilir. Digər tərfdən isə insanlardan sadəcə fərdi azadlıqları ilə kifayətlənmələrini istəmək ehtiyaclara tam cavab verməz. Məhz liberal demokratik baxış tərzi müxtəlifliyə universal insan hüquqları və azadlıqları çərçivəzində baxır.
Bu mövzuda Yurqen Habermas etno-mədəni siyasəti pioritet qəbul edən siyasi baxışlar ilə, fərdi hüquqların universallığına dair siyasi baxış tərzinin mənimsənilməsinin ayrıseçkiliyə səbəb olabiləcəyini qəbul edir. Ancaq burada Habermas, konstitusional vətandaşlığı və demokratiyanı müxtəliflikləri də əhatə edəcək şəkildə əsaslandırır: “Konstitusional prinsiplərin içində yer aldığı siyasi hakimiyyət daxilində bütün vətandaşlar eynidir. Məhz multikultural cəmiyyətdə siyasi strategiya, müxtəlif həyat anlayışlarının plüralizmini və inteqrasiyasını şüurlu şəkildə təşviq edən konstitusional vətandaşlığa istinad etməlidir”.
Multikulturalizm, siyasi və iqtisadi bərabərsizlik məsələlərini yox sayacaq şəkildə mətbəxdəki, qiyafətlərdəki, və musiqidəki müxtəliflikləri göstərmək ve istehlakçısı olmaq ilə əlaqədər olduğu zaman paradoksal mahiyyət alır.
Artur Şlezinqer(1917-2007), fərdi liberalizmin Amerikadakı liderlərindən biridir. Ona görə sovet ittifaqının da təsiriylə 1933-cu ildən etibarən Amerika fərdi liberalizmin mahiyyətini dərindən anlayaraq bu istiqamətdə inkişaf etməyə başlamışdır. Demokratiya, daxili əxlaqi gücün dağıdılması və fanatiklik deyildir. Bu mənada plüralizm doqmatiqliyi darmadağın edər. Multikulturalizm sahəsində ən bilinən əsəri isə 1991-ci ildə nəşr olunan ``Disuniting of America`` adlı əsərdir.
Dostları ilə paylaş: |