Müəllim: Rəhimov Kamal Fənn: Vaqonların elektrik avadanlıqlar və cihazları



Yüklə 51,08 Kb.
səhifə1/10
tarix10.01.2022
ölçüsü51,08 Kb.
#109770
  1   2   3   4   5   6   7   8   9   10

Müəllim: Rəhimov Kamal

Fənn: Vaqonların elektrik avadanlıqlar və cihazları



Mövzu : Tənzimləyici haqqında məllumat

Bu tənzimləyici vaqon restoranlarda və 2 ədəd paralel vəziyyətdə işləyən generatorlar quraşdırılmış vaqonlarda istifadə edilir. Bu generatorların tipi 23.07.11.- dir.

Bu tənzimləyicinin panelində (gövdəsində) aşağıda qeyd olunan cihazlar quraşdırılmışdır:generatorun gərginliyini tənzimləyən (РНГ) əks cərəyan relesi (РОТ) 2 ədəd köməkci rele P1 və P2, İstilik relesi (ТР) və qoruyucu (ПП) quraşdırılmışdır. (predoxranitel). Generatorun gərginlik tənzimləyicisi, əks cərəyan relesi və (predoxranitel) quruyucu, qurluşuna görə və işfunksiyasına görə əvvəlki dərsdə keçdiyimiz 64/01.18 tipli tənzimləyiciyə oxşayır və həmin tənzimləyicinin funksiyasını yerinə yetirir. Relələr P və P2 isə vaqon restoranda quraşdırılmış soyuducularn işini tənzimləyir. Bir də işıqlandırma xəttindəki (Р.Н.С) digər tənzimləyicinin üstündəki qoşucunun qoşulmasını və açılmasını tənzimləyir. İstilik relesi (Т.Р.) generatorlardan hər hansının sıradan çıxması barəsində zəng vasitəsi (səs edərə) onun sıradan çıxması barəsində xəbərdarlıq edir.

Mövzu : Kalinin adına istehsal zavodunda quraşdırılan elektrik avadanlıqları haqqında məlumat.

Bu zavodda istehsal olunan adi vaqonlarının bələdçinin xidməti kupesində 1. ДШР – 8ф tipli bölüşdürücü şit quraşdırılmışdır. Şəkli təmiz vərəqdə çəkib göndərəcəyəm. Bu şit vasitəsi ilə həmin vaqonda quraşdırılmış elektrik cihazlarını idarə olunur. 3. РПС – 2423 tipli işə salma reostat və qrup halında şitdən ibarətdir. 16. Bölüşdürücü şitin sağ tərəfində qoşucu 18 quraşdırılıb və 19 razetka və 12 vaqonun ümumi işıqlar söndürəndə (gecə vaxtı) növbətçi işıqlar yandırılması üçün və razetka isə stolüstü lampanın qoşulması üçün nəzərdə tutulmuşdur. 14 saylı qoşucu isə sərnişin vaqonun quruğ vaqonun arxasında quraşdırılmış siqnal işıqları yandırmaq üçündür. Bölüşdürücü şitin üstündə bunlardan başqa: qapağın altında 2 - əks təsir relesi və gərginlik tənzimləyicisi və 4 – müqavimətlər quraşdırılmışdır. Ampermetr A, M415 tipli voltmetr V – də həmin şitdə quraşdırılmışdır. Ampermetr akkulyator batareyalarının dolu və ya boşalması ilə əlaqədar on cərəyan şiddətini, voltmetr isə ПВ qoşucu vasitəsi ilə generatorun, akkulyator batareyaların və işıqlandırıcı xətindəki gərginliyini ölçür. Beltmetrin arxasında 2 ədəd qoruyucular yerləşdirilmişdir. Onlardan C birisi 600 a gücə malik olan işıqlandırma xəttin qorunması üçün, digəri isə Б akkumlyator batareyaların xəttinin qorunması, daha doğrusu akkumlyator batareyalarının qorunması üçün 80a – li quruyucalardır. Bölüşdürücü şitin aşağısında (şəkildə görünür) Ш -1, Ш -2,3,B,C,A qoşucu (kleym) yerlər göstərilmişdir. Bu yerlərdən generatordan gələn naqilləri birləşdirilir. Bu naqillər vaqonun gövdəsindən keçərək, ventelyatora, akkulyator batareyalarına və işıqlandırıcı xəttini qidalandırır. Şitdə 16 üç paket halnda ПК – 3-25 qoşucu quraşdırılmışdır: 5 – ventelyatorun elektrik mühərrikini qoşmaq üçün, 9- işıqlandırıcı xəttini və üçüncü isə 15 – vaqon altı işıqlarını qoşmaq üçün istifadə edilir. Bu xətlərin qorunması üçün qoruyucular (prodoxranitellər)(və həmin xətlərdə I quraşdırılmış cihazlarını qorumaq üçün) ÜÇ qoruyucu 10 qrupu,işıqlandırıcı xətt üçün, iki qoruyucu ПР – 2 tipli 35a cərəyan şiddətinə malik, onlardan birisi 8 ventelyatorun elektrik mühhərikin xəttinədə, digəri isə 13 vaqonun alt işıq xəttini qorunması üçün:

Dörd ədəd qoşucu 17 qrup qoşucular, işıqlandırma xətlərini qoşmaq üçündür. Şitin üstündə + və - işarələr görünür B,C və МГ hərfləri ilə işarələnmişdir. Bu kleymalar ventelyatorun mühərrikinin, işıqlandırıcı xəttinin və maqistral xətlərinin naqillərinin qoşulması üçündür. Ventelyatorun elektrik xəttində 11 cərəyan şiddətini nəzarətdə saxlamaq üçün ampermetr qoşulmuşdur. Vaqonun girişində yuxarıda üç ədəd hündürdə danışanlar quraşdırılmışdır. Vaqonun tamburunda damda ventelyatorun elektrik mühərriki yerləşdirilmişdir. Tipi – П-41 – dir.Bu elektrik mühərrikin gücü 1,2 kvt rotorun fırlanma sürəti 300 – 1200 dövr/dəqiqəyə bərabərdir. Mühərrikin çəkisi 88 kiloqramdır. Vaqonun atında quraşdırılmış akkumlyator batareyanın tipi 26 ВНЦ – 400 və ya 40 – ТЖН-250, və РД-2Д tipli geneartordur. Bu generator kəmərlə təkərdən hərəkətini alır, kəmərin uzunluğu 4,8 metrdir. Əgər yolboyu hərəkətdə olarkən vaqonun genartoru hər hansı səbəbdən sıradan çıxmış olarsa vaqonun altındakı xətt vasitəsi ilə qonşu vaqondan qidalanma prinsipə uyğundur.


Yüklə 51,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin