Mövzu : Elektrik qızdırıcı xətti haqqında məlumat
Mövsümü dəyişildiyi zaman,. Yay fəslindən payız və yaxud yaz mövsümlərinə keçərkən vaqonun istilik sisteminin qazanxana ilə qızdırmasına o qədər də təlabət olmur və sərfəli olmur. Ümumilikdə qazanxananı yandırmamaq üçün vaqonda hər kupedə elektrik qızdırıcı peçlər quraşdırılmışdır. Bu qızdırıcı elementləri nazik boruya oxşayaraq hər peçin gücü 0,5 kilovata bərabərdir. 125 boltluk gərginliklə işləyir. Xüsusi şöbədə və iki nəfərlik kupedə, tualetlərdə isə gücü 0,25 kilovata bərabər olan elektrik elementlər quraşdırılmışdır. Bu elektrik elementlərin gərginliyi isə 60 bolta bərabərdir. Hər bir kupedə termo datçik yerləşdirilmişdir. Bu termo datçiklər 20,22 və 240C temperatura hesablanılmışdır və əlavə söndürücülər quraşdırılmışdır ki, sərnişinlər özləri istədiyi zaman söndürə bilsin. Qızdırıcı elementlərdən başqa elektrokolariferlər quraşdırılmışdır. Bu kolariferlərin gücü 6 kilovata bərabərdir. Mövsümün dəyişməsi ilə əlaqədar vaqonun qızdırılması üçün 11,5 kilovat elektrik enerji lazım gəlir. Vaqonun altında 3000 boltluq magistral gərginlik xətti fəaliyyət göstərir. Bu gərginlik xəttin vaqonun elektrik avadanlıqlarına heç bir əhəmiyyəti yoxdur. Bu elektrik xətti qatarın ümumi elektrik xəttinə aiddir və lazım gəldiyi zaman ondan istifadə edilir. Vaqonu elektrik qızdırıcılar və kaloriferləri, vaqonun altında quraşdırılmış generatordan, dayanacaqlarda isə akkumlyator batareyalarından qidalanırlar. Elektrik xətlərinin izolyasiyasının yeyilməsi nəticəsində generatorların və elektrik mühərriklərinin elektrik xətlərinin arasında qısa qapanma yarana bilər. Bu cür hallarda akkumlyator batareyasını, elektrik xəttindəki hər hansı elementin sıradan çıxara bilər hətta xətlərdı yanma halları da yarana bilər. Əgər qeyd edilmiş hallar aşkar olunmuş olarsa bu cür halda vaqonu reysə göndərməsi qadağandır.
Dostları ilə paylaş: |