Mövzu : Hava kondensasiya olunan yumşaq vaqonların elektrik avadanlıqları haqqında məlumat
Ümumi məlumat: Vaqon (UMBK - 61) tiplidir. Vaqon 2 nəfərlik dörd kupedən iki əl üz şöbəsindən və 4 nəfərlik dörd kupedən ibarətdir. Vaqon hava kondensa soyuducu sistemi ilə təmin edilmişdir. Soyuducu qurğular KЖ – 25 П soyutma əmsalı 25000 kilokalori – saatdır. Kompressoru işə salan elektrik mühərrikin tipi П – 81 – dir, gücü 12,5 kilovata, dövrlərin sayı 1200 dövr dəqiqədir. 135 v gərginliklə işləyir. Kompressorun qızmasının qabağını almaq üçün (soyutmaq üçün) iki ədəd ventelyator,elektrik mühərrikinin tipi ПБ – 41 M, gücü 1,1 kilovata bərabər olub, fırlanma sürəti 1400 dövr/dəqiqədir, hər biri 135 bolt gərginliklə işləyir. Vaqonu hava ilə təmin edən ventelyatorun elektrik mühərrikin tipi A - 41 – dir, gücü isə 1,5 kilovatdır. Bu elektrik mühərrik ventelyatorla birlikdə saatda 5000 m3, vaqona hava vurur. Bu havanın 1660 m3 təmiz hava təşkil edir.
Lazım gəldiyi zaman havanı qızdırmaq üçün iki hissədən ibarət ЭK – 1-16 tipli 16 kilovat gücə malik olan elektrokaloriferdən istifadə olunur. Elektrokalorifer 36 ədəd elektrik elementlərdən ibarətdir. Bu elektrokaloriferin bir hissəsi 9,5 kilovat gərginliklı generatordan, həm də akkumlyator batareyalardan qidalanaraq 6,5 kilovat gərginliklə işləyir. Ancaq qatar hərəkətdə olduğu zaman, çünki generator qatar hərəkətdə olduqda elektrik enerji istehsal edir. Vaqonun lyumisensiya işıqlandırma sistemini qoşmaq üçün gücü 2,5 kilovata bərabər olan 110/220 boltla işləmək üçün düzləndiricidən istifadə olunur. İşığın tezliyi 1,200 hersə bərabərdir. 2,2 kilovat gücə malik olan samovar (kipyatilnik) quraşdırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq bu cür vaqonlar üçün vaqonun altına 56-ВНЦ – 400 tipli akkumlyator batareyalar quraşdırılmışdır. Bunların gərginliyi 112 volta bərabərdir. Vaqonun ramasına ПЭ – 8Б tipli mator generator quraşdırılmışdır. Bu generatorun gücü 26 kilovat, gərginliyi isə 145 volta bərabərdir. Bundan əlavə 28 kilovat gücə malik olan 380b gərginlik istehsal edən üç fazalı, 600- 3000 dövr/dəqiqə fırlanma sürətə malik olan elektrik mühərrik quraşdırılmışdır. Generator hərəkətini reduktor – kardan ötürmə qurğusu ilə təkər oxunun ortasından alır.
Elektrik işıqlandırma: Vaqon üç cür işıqlandırma sistemi ilə təchiz olunmuşdur: əsas, xüsusi və qəza sistemləri. Əsas işıqlandırma sistemi lyumisensiya lampaları ilə, xüsusi və qəza sistemi közərmə lamapaları ilə təchiz edilmişdir. Lyumisensiya lampaların gücü 40,20 və 8 vat gücə, gərginliyi isə 220 bolta bərabərdir. Lyumisensiya lampalar dörd qrup üzrə qoşulmuşdur. I qrupa dam və kupelerin işıqları qoşulmuşdur; II qrupa fənər stol üstü; III qrupa böyük və kiçik dəhlizlərinin damdakı, əl – üz yuyan, tualet və qazanxana olmayan dəhlizdəki işıqlar, IV qrupa isə qazanxana olan dəhlizdə və tualetdə olan işıqlar qoşulmuşdur.
Mövzu : Yumşaq vaqonların idarəetmə paneli haqqında məlumat
Hava kondensasiya olunan yumşaq vaqonların elektrik avadanlıqları idarə etmək üçün ПУ – 234 В və 235В tipli idarə etmə panalində aşağıda qeyd edilmiş cihazlar quraşdırılmışdır (şəkil 5).
ЛС, ЛС -1-ЛС -13, siqnal lampaları, generatorun xəttində quraşdırılmış A2 ampermetr akkumlyator batareyasının xəttində quraşdırılmış ampermetr Aб və voltmetr V. A2 – A5, A7,A8, A11 – A18 avtomatik qoşucular, KK – KK1 – KK3 kommutasiya düymələri hansı ki, paneld quraşdırılmışdır. Digər V voltmetr il generatorun qütblərində (kleymlərdə) və işıqlandırma xəttindəki gərginliyi ölçürlər. Bunun üçün ТП 1 qoşucu generator və yaxud işıqlandırma nöqtəsinə yerləşləşdirilmişdir. ПП3 paket qoşucusu isə işıqlandırıcı xəttinin öz və ya digər vaqonun işıq mənbəyinə qoşmaq üçün nəzərdə tutulmuşdur. УП və ПП1 qoşucular vaqonun havanın kondensasiya qurğularının avtomatik qoşulması üçün qoşuculardır. Vaqon istismarda olmadığı zaman УМ qoşucu “Söndürülmüşdür” vəziyyətdə, yayda “Yay” vəziyyətində, qışda isə “Qış” vəziyyətində olmalıdır. Əgər soyuducu sistemi avtomatik idarə edilməsi halı sıradan çıxmış olarsa, onda panelin sol hissəsində quraşdırılmış
ПП2 paket qoşucudan istifadə etmək lazımdır. Bu qoşucu, kompressorun elektrik mühərrikinin üç vəziyyətdə qoşulmasını təmin edir. Aşağı sürətlə, orta və yüksək sürətlə fırlanmasını təmin edir. Əgər soyuducu qurğular avtomatik rejimdə işlək haldadırsa onda bu qoşucu “Söndürülmüşdür” vəziyyətdə olmalıdır. Cihazların iş vəziyyətinin təhlükəsizliyini təmin etmək üçün şitin yuxarısında iki KB1 və KB2 qoşucular quraşdırmışdır. Şkafın bir hissəsinin cihazlarının qoşulmasını 110 bolt gərginliklə təmin edir. Bu cür hal üzə çıxartmaq üçün CЛ cihazları işıqlandıran lampada işıq yanır. İdarə etmə panelin arxa tərəfində (şəkil 6) qoruyucular və müqavimətlər quraşdırılmışdır.
Dostları ilə paylaş: |