Müəllim: Rəhimov Kamal Fənn: Vaqonların elektrik avadanlıqlar və cihazları



Yüklə 51,08 Kb.
səhifə8/10
tarix10.01.2022
ölçüsü51,08 Kb.
#109770
1   2   3   4   5   6   7   8   9   10
Mövzu : Bu vaqonların elektrik təchizatı sistemi haqqında məlumat

1968 – ci ildə istehsal olunmuş, 47 D tipl vaqonların elektriklə təmin edici sxem barəsində məlumat verilir. Sərnişin qatarın sürətinin azaldığı halda, yada qatar stansiyada dayandığı zaman, vaqonun bütün cihazları elektriklə qidalan bütün qurğular akkumlyator batareyadan qidalanır. Qatar 34 km\saat sürət yığdıqdan sonra, generator 53 bolt gərginlik istehsal edir və bu zaman əks təsir relesi qoşularaq 31 və 32 kontaktları qoşaraq akkumlyator batareyasını dövrədən açaraq. Bütün elektriklə qidalanan sistem generatordan elektrik enerjini qəbul edir. Bu zaman idarə etmə paneldə siqnal lampası yanaraq generatorun xəttə qoşulması barəsində bildirir. Bundan savayı ventelyatorun elektrik mühərriki paket qoşucu ilə qoşulur və onun beş vəziyyəti vardır. Vaqonun içindəki havanın temperaturu 1600C düşdükdə, termo datçik avtomatik olaraq paket qoşucunu işə salaraq 17,18 kontaktları işə salaraq ventelyatorun elektrik mühərrikini qidalanır və mühərrik aşağı sürətlə fırlanmağa başlayır. Havanın temperatur 260C olduğu zaman termodatçik öz kontaktlarını qapayır, bundan somra paket qoşucusu avtomatik olaraq qoşulur. Bununla əlaqədar vaqonun lyümüsens işıqları, elektrik kipyatilnik qoşulur və ventelyatorun elektrik mühərriki də yüksək sürətlə fırlanmağa başlayır. Paket qoşucu vasitəsi ilə, istilik sistemində istifadə olunan nasosun elektrik mühərriki qoşulur və tualetlərə isti su verilir. Bundan başqa su xəttindəki boruların qızması üçün qızdırıcı avtomatik qoşulur və siqnal lampa qoşulur xəttin işlək halında olduğunu bildirir. Generator xəttə qoşulan zaman P3 rele qidalanır (generatorun relesi) bu zaman əks təsir relesi avtomatik qoşucu vasitəsi ilə qidalanır və qoşulur. Gərginlik tənzimləyici qidalanaraq, sonra soyuducu qurğu, elektro kipyatilnik dövrəyə qoşulur. Deməli soyuducu qurğu və qızdırıcı generator qoşulandan sonra işləməyə başlayır. Vaqonda quraşdırılmış razetkalarda sabit cəryan yaratmaq üçün əlavə gərginlik tənzimləyicisi qoşulmuşdur. Sərnişin qatar axırıncı dayanacaq stansiyalarda uzun müddətli dayandığı zaman, stansiyanın elektrik xəttindən, vaqonun altında quraşdırılmış qutuya, “müsbət” və “mənfi” qütbləri qoşaraq akkumlyator batareyalar doldurulur. Eyni vaxtda akkumlyator batareya qutusunda yığılmış qazın çıxarılması üçün ventelyatorun elektrik mühərrikini qoşur və eyni zaman batareyaların doldurulması barəsində işıq lampası yanır. Eyni vaxtda həmin xətdən vaqonun işıqlandırma xəttini də qidalandırmaq olur. Gərginlik tənzimləyicisi necə generator işlədiyi zaman işləyirsə eləcə də işləyir.



Mövzu : Bu vaqonların elektriklə təmin edici sxeması haqqında məlumat

Kupe vaqonların idarə etmə panelindəki paket qoşucu KY hava kondensasiya qurğuları vəziyyətindən su ilə qızdırma vəziyyətinə qoyulduğu zaman W kleyması qoşulur və ventelyatorun, elektrokaloriferin elektrik mühərrikləri qoşulur. Bununla əlaqədar olaraq СЛ 2 işıq lampası yanır. Bu qeyd etdiyi qurğuların xətlərindən elektrik enerji keçərək generator və akkumlyator batereyalardan avtomatik olaraq e40 və e42 qoşucular qoşularaq qurğuları işlək hala gətirir. Bu halda havanın sorucu kanalında temperatur 180C - ə çatdığı zaman termodatçik öz kontaktlarını qoşaraq releni qidalandırır.Bundan sonra kolariferin 47 saylı kontaktı qidalandıraraq, onun elektrik mühərrikini söndürür. Bu cür vəziyyətdə üfürücü xətdəki ventelyatorun elektrik mühərriki aşağı sürətlə işləməyə başlayır. Paket qoşucusu “Elektrik qızdırma” vəziyyətinə qoyulduğu zaman xəttə məhdudiyyət qidalandırıcı qoşulur ki, akkumlyator batareyalar qoşulu qalmış olarsa onları xətdən ayırır. Akkumlyator batareyaların məhdudlaşdırıcı qurğusu R1 və R2 iki ədəd reledən, iki əlavə R1 və R2 müqavimətlərdən bir ədəd R3 tənzimləyici müqavimətdən, bir ədəd R4 termistordan ibarətdir. Rele P1 6 amperlik qoruyucu vasitəsi ilə akkumlyator batareyalardan qidalanır və müəyyən olunmuş kontaktırları qoşaraq istilik və soyuducu sistemlərinin qoşulmasına hazırlıq görür. Əgər akkumlyator batareyaların enerji gücü azalmış olarsa onda, qeyd olunmuş xətləri dövrəyə qoşa bilməyəcəkdir. Bu zaman СЛ 4 lampası yanaraq soyuducu sistemin qoşulmadığını bildirəcəkdir. P1 relenin qoşuma və söndürülmə diapozunu dəyişmək lazım gələrsə onda sistemə ikinci P2 rele qoşulur. Bu cür hallarda akkumlyator batareyasının gücünün azalmasın deyə ikinci R3 müqavimətin qoşulmasını məsləhət görülür. Bu cür vəziyyətdə P1 relesi qoşulmuş halda qalması üçün əvvəlki gərginlikdən yüksək gərginlik lazım gəlir. Bu cür vəziyyətdə istilik sisteminin və yaxud soyuducu sisteminin tələb olunan elektrik enerjini tənzimləmək üçün sistemdə olan sorucu ventelyasiyanın elektrik mühərrikini elektrik xəttindən açmaq lazım gəlir.




Yüklə 51,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin