Mövzu : Elektrik avadanlıqların istismarı qaydaları haqqında məlumat
Vaqonun işıqlandırma sistemi qoşulmayıbsa onda qoşucu (rubilnik) aşağı vəziyyətdə olmalıdır. İşıqların qoşulması üçün paket qoşucu 9 axşam işıqlandırma vəziyyətinə qoymaq lazımdır.Şəkilə baxsanız görəcəksiniz ki, onun dörd vəziyyəti vardır. Bununla belə həmin qoşucu (rubilnik) yuxarı vəziyyətə qoyulduğ zaman 17 qrup qoşucu qoşualaraq və işıqlandırma xətlərini qidalandırır. Əgər gecə işıqlarının qoşulması lazım gəlirsə onda 9 saylı qoşucu “Axşam işıqlandırma” vəziyyətinə gətirmək lazım gəlir. Bununla belə bütün işıqlandırıcılar 27 boltluq gərginik xəttinə qoşulur. Bu qoşucunun başqa – başqa vəziyyətlərinə gətirməklə bütün işıqlandırma xətlərini qoşub söndürmək olur. Ventelyatorun elektrik mühərrikini qoşmaq üçün paket qoşucu 5 mühərrikin qoşulması vəziyyətinə və eyni zamanda işə salma reostatı 3 qolunu saat istiqaməti istiqamətinə MX çevirmək lazımdır. Bu qol (stop) dayan nöqtəsindən (oborotno) əks istiqaməti vəziyyətinə gətirilməlidir. Əgər elektrik mühərrikin dövrlər sayının artırılması lazım gələrsə MX maxavikin vəziyyətini (qolunun) dəyişdirməklə buna nail olmaq olar. Əgər generator hər hansı səbəbdən xarab olmuş olarsa onda 15 paket qoşucu vasitəsi ilə qonu vaqondan elektrik xəttinə qoşulur. Bu zaman şəkildə göstərilən 15 saylı paket qoşucu (Magistral) vəziyyətinə gətirmək lazım gəlir. Əgər vaqona ele nerjini öz generatordan verilirsə P (rubilnik) qoşucu şəkildə gördüyünüz kimi yuxarı vəziyyətdə, əgər elektrik enerjini qonu vaqondan götürürsə onda o, aşağı vəziyyətdə olmalıdır. Şəkil dedikdə keçən dərsdə göndərdiyim şəkildən istifadə etmək lazımdır.
Mövzu : Mərkzləşdirilmiş elektrik sistemi ilə təmin olunan, ölkələr arası hərəkətdə olan vaqonların soyuducu və istilik sistemi haqqında məlumat
Metal gövdəli mərkəzləşdirilmiş elektrik sistemi ilə təmin olunan, ölkələr arası hərəkətdə olan vaqonlar istilik və soyuducu sistemlərlə təmin edilmişdir. Qızdırma sistemi elektrik cihazlarla təmin edilmişdir. Elektrik qızdırıcı sistemi,vaqonun hava kondensasiya qurğuları və soyuducu maşınları , işıqlandırma sistemi və başqa elektrik enerjini tələb edən cihazlar 600 kvt gücə malik olan qatarda təşkil edilmiş elektrostansiya qidalanır. Elektrik qidalanma 380 boltluq üç fazalı xətlə qidalanır. Üç fazalı xəttin bir xətti 0 fazalıdır. Yəni faza ilə 0 (sıfır) xətti arasında 220 bolt almaq asantdır. Vaqonların hava kondensasiya sistemi sorucu vintelyasiya sistem üsulu ilə, atmosfer havanın vaqonun içindəki hava ilə sirkulyasiya etməklə təmizlənir. Havanın (vaqonun içindəki) isidilməsi isə elektrokolariferlər vasitəsi ilə isidilir. Bu cür haldan mövsümdən – mövsümə keçərkən istifadə olunur. Bu qurğu avtomatik olaraq cihazlar vasitəsi ilə idaeə olunur. КЖ – 25 (КJ - 25) tipli, əməkməhsuldarlığı 25000 kilokolori – saatda olan qurğudan istifadə olunur. Bu göstəricilər vaqonda quraşdırılan soyuducu qurğunun göstəriciləridir.AB – 72 – 8/6/4 tipli 10 kilovat gücə malik olan elektrik mühərriki ilə kompressoru işlədir. Bu kompressor vaqonun soyuducu sistemini təmin edir və üç cür fırlanma soyuducu sistemini təmin edir və üç cür fırlanma sürətə malikdir. 700, 950 və 1410 dövr – dəqiqə. Bu kompressor işlədiyi zaman qızır, onun soyudulması üçün elektrik mühərriklərin gücü – 1,5 kilovata bərabər olan iki ədəd ventelyatorlardan istifadə edilir. Bu ventelyatorların fırlanma sürəti 1420 dövr – dəqiqəyə bərabərdir. Kompressorun və ventelyatorların elektrik mühərrikləri vaqonun altında quraşdırılmışdır. Süni ventelyasiyanın mühərriklərin tipi A0-51-6/4 – dür. İki cür işçi sürətə malikdir 960 və 1450 dövr – dəqiqə, hər birinin gücü isə 1,7 və 2,8 kilovatdır. Bu qurğular vaqonun damında, qazanxana olan tərəfdə quraşdırılmışdır. Bütün qeyd etdiyimiz elektrik mühərriklər 380 volt gərginliklə işləyir. Vaqonun bələdçisinin kupesi ilə üz – üzə su qızdırıcı (kipyatilnik və ya samavar) quraşdırılmışdır. Onun gücü 2,2 kilovatdır.Bu kipyatilnikin 2 vəziyyəti vardır – suyun qaynaması və suyun isidilməsi vəziyyətləridir.
40 ЖН – 60 tipli 50 volt gərginliyə malik, tutumu isə 60 amper – saata bərabərdir. Akkumlyator batareyalar ВСА – 5 tipli olub düzləndirici ilə qidalanır. Vaqonunelektriklə təmin edici sistemdə iki ədəd alçaldıcı transformatorlardan, birisinin tipi ТБС- 2 gərginliyi 220\12 volta qədər; ikincisi isə tipi OC – 2,05 gərginliyi 220\50 volta qədər endirilir. Bu vaqonlarda elektrik elementlərdən hazırlanmış, elektrik qızdırıcı sistemdən istifadə olunur. Vaqonun uzunluğu istiqamətində sağ və sol tərəfdə quraşdırılır. Hər bir qızdırıcı elementin üstünü kojoxla (qapaqla) örtülür. Bunu isə sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün edilir. Hər bir qızdırıcı elementin isitmə temperaturası 750C- dən yuxarı olmamalıdır.
Dostları ilə paylaş: |