Müəllim: Xəlilova T. R. Fbk: Dəmirova A.Ə. Baki 2021 Plan



Yüklə 1,3 Mb.
səhifə6/8
tarix05.01.2023
ölçüsü1,3 Mb.
#121988
1   2   3   4   5   6   7   8
metodiki is 221

Z.Freyd şəxsiyyətin psixoanaliz konsepsiyasını yaratmışdır. Onun konsepsiyasına görə insanın şəxsiyyəti üç sistemdən ibarətdir. Birincisi, id (o) adlandırılan sistemdə dərk edilməyən instinktiv meyllər üstünlük təşkil edir; ikinci, (mən) adlanan sistem şəxsiyyətin qavrayışı, duyğusu, təfəkkürü, yaddaşından ibarətdir. Bunlar şəxsiyyətin kortəbii qüvvələrinə nəzarət edir. Üçüncüsü, (fövqəl mən) davranış normalarından və vicdandan ibarət olub birinci və ikinci üzərində nəzarət edir. Nəzarətdə sivilizasiya, əxlaq, vicdan mühüm rol oynayır. Z.Freydin nəzəriyyəsinə görə, ailədən başlayaraq bütün sosial təsisatlar - sıxışdırma vasitələri bu və ya digər şəkildə insanın sərbəstliyini, onun arzu və istəklərini boğmaq üçün normativ prinsiplər hazırlayır

Şəxsiyyətin sosial fəaliyyəti

Şəxsiyyətin sosial fəaliyyəti, onun cəmiyyətdə tutduğu sosial roluna görə müəyyən edilir. Sosial rol cəmiyyətdə şəxsiyyətin sosial mövqeyini əks etdirir. Şəxsiyyətin fəaliyyətini müəyyən edən amillərdən biri də sosial normalardır. Sosial normalar fəaliyyətin əsas istiqamətini, yöni münü müəyyən edir. Sosial normalar sosial sərvətlərə əsaslanır. Elmi biliklər və şüur səviyyəsi ilə zənginləşən sərvətlər sosial qrupların, fərdlərin fəaliyyətini zənginləşdirir. Sosial sərvətin köməyi ilə insan fəaliyyət prosesində həyatın mənasım dərk edir. Həyatın mənasını dərk etmək şəxsiyyətin özünə nəzarətini gücləndirir. Fəaliyyət prosesində yol verdiyi nöqsanları aradan qaldırır, özünü təkmilləşdirir. Fəaliyyətin bu prosesində özünütəhlil, özünütərbiyə başlıca yer tutur. Sosiologiyada şəxsiyyətin sosial fəaliyyəti və davranış mexanizmlərinin aşkar edilməsi mərkəzi yerlərdən birini tutur.


Şəxsiyyətin sosial xarakterini müəyyən edən cəhətlər
Özünüdərketmə, yəni ictimai münasibətlər
sistemində tutduğu yer haqqında aydın
təsəvvürə malik olma
Mənəvi sərvətlərə münasibət bildirmə,
özünəməxsus mövqe tutma
Öz hərəkətlərinin məsuliyyətini dərketmə və onu
başqalarından fərqləndirən fərdi xüsusiyyətlər

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin