Korporasiyalarda maliyyənin təşkili və idarə edilməsi prinsipləri və mexanizmi.
Giriş
Mövzunun aktuallığı: Korporativ maliyyə menecmentinin məqsədi və ya məqsədləri barədə müəyyən təsəvvürlər əldə edildi və yəqin ki, korporativ maliyyə menecerlərinin bu məqsədləri gerçəkləşdirmək üçün nə etməli olmalarını öyrənmək lazımdır. Daha dəqiq, bu vəzifəni - korporasiyanın dəyərini maksimallaşdırmaq və uzunmüddətli mənfəəti təmin etmək vəzifəsini reallaşdırmaq üçün maliyyəçi menecerlərin hansı funksiyaları yerinə yetirməli olduqlarını bilmək lazımdır. Lakin konkret halda, korporativ maliyyə menecmentinin funksiyaları daha dəqiq və konkretdir və təşkilatının metodik göstərişlərinə əsaslanan korporativ maliyyə menecmentinin funksiyalarının: planlaşdırma, kapitalla təminetmə, pul fondlarının idarə edilməsi, mühasibat uçotu, korporasiyanın aktivlərinin qorunması, vergi idarəetməsi, investorlarla münasibətlər, qiymətləndirmə və konsaltinq, informasiya idarəetmə sistemlərinin təşkilindən ibarət olduğunu göstərirlər. Əlbəttə ki, sadalanan bu funksiyalar daxilində maliyyə menecmenti daha konkret məsələlərlə məşğul olmalıdır, məsələn, planlaşdırma funksiyası həm uzunmüddətli maliyyə planlarının hazırlanmasını, həm kapital qoyuluşlarının smetasının tutulmasını, həm də qiymət siyasətinin işlənilməsini özündə təcəssüm edir.