MüƏSSİSƏLƏRDƏ monotonluq problemi VƏ onun həLLİ yollari



Yüklə 3,04 Mb.
səhifə12/30
tarix10.01.2022
ölçüsü3,04 Mb.
#107954
1   ...   8   9   10   11   12   13   14   15   ...   30
İşçi məmnuniyyəti. Monotonluğun səbəb olacağı vəziyyətlərdən biri də işçilərin yorğunluğu ilə birlikdə gələn məmnunsuzluq problemidir. Mütləq ki, işini sevməyən işçilərə digər faktorlar təsir edir və onlarda mənmunsuzluq hissini yaradır. İşçi məmnunluğu, ümumiyyətlə, işçilərin gördükləri iş və iş mühiti ilə nə qədər xoşbəxt olduqlarını göstəricisidir. İşçi məmnunluğunun yüksək həddə olması istənilən iş mühitində işçilərun çalışdığı təşkilata böyük ölçüdə fayda verəcəkdir. İşdə olan monotonluğu aradan qaldırmaq və işçi məmnunluğu nisbətini maksimuma qaldırmaq üçün işverənlər, menecerlər müəyyən tədbirlər həyata keçirməlidirlər. İşçi məmnuniyyəti bütün sadalanan ünsürlərlə bir başa əlaqəlidir. Yarana biləcək istənilən negativ hal işçi məmnuniyyətini azalda bilər ki, bu da öz növbəsində məhsurlağa təsir göstərə bilər.İşçilərin məmnunluq dərəcəsini müəyyən etmək üçün müəssisələr məcburi sorğu aparırlar və ya işçilərdənbununla bağlı anket doldurulmasını tələb edirlər. Bu yolların hər birinin müsbət və mənfi tərələri mövcuddur. Bu cür metodlar anonimliyi qorumaqlarına söz verərək işçilərə azad qərar vermək şansı tanımalıdırlar. Şirkət rəhbərliyi ilə baş tutan görüşlər işçilərdə müəyən qorxu hissinə səbəb ola bilər, ancaq doğru yolla edildiyi təqdirdə, işçi həqiqtən rəhbərliyin işçilərin problemləri ilə maraqlandığını görərək dürüst olmaq qərarına gələcəkdir. İşin monotonlaşmasından ziyadə məhz monoton işlər də vardır. Yəni burada fəaliyyət ancaq eyni işləri görməyi tələb edir. Fabrik çalışanlarını, dərziləri, aviakassa işçilərini bura misal göstərə bilərik, hansı ki, burada işçi məmnuniyyəti çox aşağı səviyədədir. Belə hallarda burada çalışanlarınəksəriyəti məcburi şəkildə burada çalışan və gözləntisi sadəcə əmək haqqıdan ibarət olan işçilərdir. İşçi məmnuniyyəti gözləntilərin dərəcəsi və real mükafatlarla xarakterizə edilir.9 İş məmnuniyyəti iş yerində fərdin davranışı ilə sıx bağlıdır.


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin