Sağlamlıq problemləri. İş şəraitindəeləcədə gündəlik həyatda monotonluğun yarada biləcəyi fəsadlardan biri sağlamlıqla bağlı problemlərdir. İstər fiziki, istərsə də, zehni sağlamlığa zərər gətirə biləcək faktorlardan biridir monotonluq. İş qəzalarına səbə ola bilən monotonluq müəyyən yollarla təşkilasti səviyyədə görülən tədbirlər vasitəsilə aradan qaldırırlır. Eyni işin təkrarlanması nəticəsində işçilərdə yaranan fikir dağınıqlığı qəzalara səbəb ola bilər. Ən pis yanı ondan ibarətdir ki, bu qəzalar bəzən insan ölümü ilə nəticələnə bilir. Ümumiyyətlə, bu məsələ ilə bağlı səhlənkarlıq həm işçiyə, həm də müəssisəyə çox böyük problemlər yarada biləcək potensiala sahibdir. Psixi sağlamlıq işçilərin iş həyatına çox ciddi təsir edir, lakin bu cür xəstəliklər passiv xarakterli, yəni görünməyən olduqları üçün çoxu zaman gözardı edilir. Psixi pozğunluqlar sadəcə fərdin sağlamlığına və kariyera həyatına zərər vermir, eləcə də təşkilat üçün potensial problem mənbəyinə çevrilir və məhsuıdarlıqda azalmalar müşahidə edilir. Yalnız lazımi müalicə edildikdə işçinin sağlıq vəziyyəti normallaşa bilir və performansında artım müşahidə etmək olur. Bu hallar iş yerində davamsızlıqla müşahiə olunduğu təqdirdə, daha çox işçinin işi tərk etməsi ilə nəticələnən bir prosesdir. Araşdırmalar göstərir ki, müalicə işçinin performansını artırsa da, bu çox uzun zaman kəsiyində baş verir. Bu psixi pozulmaların ən geniş yayılanı depresiyadır. Depressiya həmçinin ən çox tədqiq edilən psixi pozğunluqdur. Bu pozğul səbəbindən işçilər passiv, məqsədsiz və qeyri-məhsuldar ola bilirlər. Eyni zamanda monotonluqdan qaynaqlanan bu hal nəticəsində işçilərin qərarvermə prosesində çətinlik yaşadıqları müşahidə edilmişdir. Dünya sağlamlıq təşkilatının statistikasına əsasən ildə 18 iş günü işçilərin depresiya ilə üzləşdikləri səbəbindən qeyri-məhsuldarlıqla bitir.11
İşçidə müşahidə olunan digər sağlamlıq problemləri yuxusuzluq,iştahsızlıq,saqret vəspirtli içkiyə meyillik, nəfəs darlığı,ürək bulanması, təzyiq problemləri, həzm sistemində pozulmalar, allergiya və s. ola bilər. Bundan əlavə monoton iş mühitində işçilər gərginlik, işbirliyindəz uzaqlaşma, yetərsiz hiss etmə,həyəcan kimi negativ situasiyalara qapılırlar
Dostları ilə paylaş: |