MüƏSSİSƏLƏRDƏ monotonluq problemi VƏ onun həLLİ yollari



Yüklə 3,04 Mb.
səhifə20/30
tarix10.01.2022
ölçüsü3,04 Mb.
#107954
1   ...   16   17   18   19   20   21   22   23   ...   30
İş özəllikləri modeli. İş özəllikləri modeli 1976-cı ildə Hackman və Oldham tərəfindən irəli sürülmüş və işçiləri saha çox motivasiya etməyi hədəfləyən bir iş dizaynı metodudur.30 Tədqiqatçılar model üzərində işləyərkən diqqət etdikləri əsas məqam daxili motivasiya olmuşdur. Onlara görə yüksək səviyyədə olan daxili motivasiya işçilərin gördükləri işlərdə pozitiv təsir yaradacaqdır və onların uğurlu olmasında böyük rol oynayacaqdır. İşdə uğurlu olmaq insanı davamlı olaraq yaxşı iş görməyə və nəticədə daha da uğurlu olmağa təşviq edən bir fürsət halına gəlir.  Uğursuzluq negativ duyğuları oyandırdığı üçün işçi daha yaxşı çalışıb bu negaiv nəticələrdən qaçmağı seçir. Əlavə olaraq, araşdırmaçılar iş yüksək səviyyədə daxili motivasiya sağlayacaq şəkildə formalaşdırılarsa, işçinin işindən daha çox məmnunluq duyacağı və fərdi inkişaf yaşayacağı və sonunda məhsuldarlığınən artacağını müəyyənləşdirmişlər. Bu səbəblə araşdırmaçılar ilk olaraq işçinin yüksək səviyyədə daxili motivasiyanı hiss edə bilməsi üçün nə kimi ünsürlərin lazım olduğunu müəyyənləşdirməyə çalışmışlar.


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin