MüƏSSİSƏLƏRDƏ monotonluq problemi VƏ onun həLLİ yollari


İşçilərin gözləntilərindən qaynaqlanan monotonluq



Yüklə 3,04 Mb.
səhifə7/30
tarix10.01.2022
ölçüsü3,04 Mb.
#107954
1   2   3   4   5   6   7   8   9   10   ...   30
İşçilərin gözləntilərindən qaynaqlanan monotonluq. İşəgötürənlər üçün hadisələrə öz işçilərinin perspektivlərindən baxmaları həmişə vacibdir. Xüsusilə, iş yerindən işçilərin gözləntilərinə cavab verilməsi, işəgötürən tərəfindən, məhsuldar və davamlı iş mədəniyyəti baxımından diqqət mərkəzində olan məsələlərdən biridir. Bunlar, maaş, vəzifə artımı,təşkilati mədəniyyət, iş saatalrı, təhlükəsizlik, fəqlilik, etik dəyərlər və s. olaraq qruplaşdırılmışdır. Əgər təşkilat işçilərindən daha yüksək gəlir əldə etmək istəyirsə, əvvəlcə onların gözləntilərini qarşılamalıdırlar. Hər bir işçinin öz iş yerindən gözləntisi fərqlidir; bəzilərinin prioritetləri əmək haqqı olduğu halda, bəziləri isə qiymətləndirilmək istəyirlər.

İşçilər yüksək ixtisaslı (yarım), yarı ixtisaslı və ya vərdişsiz işçi qüvvəsi kimi təsnifləşdirilmişlər. Bu fərq, işçilərin iş mühitindən fərdi gözləntilərini də fərqləndirir, eyni işlərdə, sadələşdirilmiş, adi iş yerlərində ixtisaslı işçilərlə işləmək, onları işdən məmnun qalmalarına mane olur.

Qeyd etməliyik ki, monotonluq işçinin fərdi həyatından qaynaqlanan və iş həytında özünü biruzə verən bir problem kimi də çıxış edə bilər. Yəni fərdin iş saatlarından əlavə gününün monoton olması onun yorulmasına, sağlığında bəzi fiziki və zehni problemlərin əmələ gəlməsinə səbəb ola bilər ki, bu vəziyyət özünü iş həyatında biruzə verə bilər.


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin