Mühasibat uçotu” fənnindən test tapşırıqları (Düzgün cavablar “A” variantıdır) Müəllim: Yusubova Ş.Ə


Aşağıdakılardan hansı yığma sənədlərə aiddir?



Yüklə 1,1 Mb.
səhifə7/9
tarix24.05.2018
ölçüsü1,1 Mb.
#51156
1   2   3   4   5   6   7   8   9

506.Aşağıdakılardan hansı yığma sənədlərə aiddir?

A)limit-zabor vərəqələri

B)ödəmə tapşırıqları

C)hesablaşma çekləri

D)ödəmə tələbnamələri

E)avans hesabatları


507.Kassa mədaxil və məxaric orderləri, qaimələr, aktlar, naryadlar, haqq-hesab ödəniş cədvəlləri və s. hansı sənədlərə aid etmək olar?

A)daxili sənədlərə

B)xarici sənədlərə

C)hesablaşma sənədlərinə

D)material sənədlərinə

E)birdəfəlik sənədlərə


508.Cari əməliyyatları əks etdirmək üçün müəssisədə tərtib edilən sənədlər hansı sənədlərdir?

A)daxili sənədlər

B)xarici sənədlər

C)birdəfəlik sənədlər

D)yığma sənədləri

E)material sənədləri


509.Aşağıdakılardan hansı daxili sənədlərə aid deyildir?

A)bank çıxarışları

B)kassa mədaxil və məxaric orderləri

C)qaimələr

D)aktlar

E)naryadlar


510.Verilmiş müəssisədən kənarda doldurulan və tərtib edilmiş şəkildə daxil olan sənədlər nə adlanır?

A)xarici sənədlər

B)daxili sənədlər

C)hesablaşma sənədlər

D)material sənədləri

E)birdəfəlik sənədlər


511.Hesab-fakturalar, bank çıxarışları, əmtəə-nəqliyyat qaimələri və s. hansı sənədlərə aiddir?

A)xarici sənədlərə

B)daxili sənədlərə

C)hesablaşma sənədlərinə

D)material sənədlərinə

E)birdəfəlik sənədlərə


512.Aşağıdakılardan hansı xarici sənədlərə aiddir?

A)əmtəə-nəqliyyat qaimələri

B)kassa mədaxil və məxaric orderləri

C)qaimələr

D)aktlar

E)naryadlar


513.Doldurulma qaydasına görə sənədlər hansı sənədlərə ayrılır?

A)əl ilə və hesablama texnikasının köməyi ilə tərtib edilən sənədlərə

B)sərəncamverici və kombinələşdirilmiş sənədlərə

C)material, pul və hesablaşma sənədlərinə

D)birdəfəlik və yığma sənədlərə

E)ilk və icmal sənədlərə


514.İstehsalat əməliyyatları haqqında informasiyaların onlar baş verən vaxtda avtomatik olaraq yazılması sənədləri hansı sənədlərdir?

A)hesablama texnikasının köməyi ilə tərtib edilən sənədlər

B)əl ilə yazılan sənədlər

C)daxili sənədlər

D)xarici sənədlər

E)material sənədləri


515.Mühasibat uçotunun registrlərində yazılış üçün əsas təsərrüfat əməliyyatlarının başa çatması faktını qəti müəyyən edən nədir?

A)ilkin uçot sənədləri

B)bank sənədləri

C)kassa sənədləri

D)material sənədləri
516.Hansı sənədlərdə heç bir düzəlişə yol verilmir?

A)pul və bank sənədlərində

B)birdəfəlik və yığma sənədlərdə

C)material sənədlərində

D)ilk və icmal sənədlərdə

E)düzgün cavab yoxdur


517.Sənədlər, məsələn, qaimə, qəbz hansı müddətə saxlanılır?

A)bir il müddətinə

B)üç il müddətinə

C)beş il müddətinə

D)uzun müddətə

E)üç ay müddətinə


518.Ödəmə tələbnaməsi, hesab, haq-hesab ödəniş cədvəlləri hansı müddətə saxlanılır?

A)üç il müddətinə

B)üç ay müddətinə

C)bir il müddətinə

D)iki il müddətinə

E)beş il müddətinə


519.Pensiya və dövlət yardımı alanların şəxsi hesabları, haqq-hesab ödəniş cədvəlləri, kassa və bank sənədləri neçə il müddətinə saxlanılır?

A)beş il müddətinə

B)üç il müddətinə

C)üç ay müddətinə

D)bir il müddətinə

E)uzun müddətə


520.İnventarlaşma komissiyası aşağıdakı vəzifələrdən birinin yerinə yetirilməsini təmin etməlidir?

A)inventarlaşma sənədlərinin düzgün və vaxtında tərtib olunması

B)əsas vəsaitlərin, əmtəə-material dəyərlilərinin və pul vəsaitlərinin qorunub saxlanılmasının üzərində nəzarətin təşkili

C)tam və qismən öz keyfiyyətimni itirmiş əmtəə-material dəyərlilərinin müəyyən edilməsi

D)gələcək satışını təmin etmək üçün normadan artıq olan maddi dəyərlilərin müəyyənləşdirilməsi

E)müəssisə balansında əks olunmuş obyektlərin real vəziyyətini yoxlamaq


521.İnventarlaşma hansı hallarda aparılması məcburidir?

A)bütün cavablar düzdür

B)müəssisə əmlakını icarəyə verdikdə, satın aldıqda, satdıqda

C)müəssisə ləğv edilərkən

D)oğurluq və ya sui-istifadə, habelə sərvətlərin xarab olması faktları müəyyən edildikdə

E)məhkəmənin müvafiq qərarı, prokurorluğun yazılı göstərişi olduqda


522.Maliyyə-təsərrüfat fəaliyyətinin real vəziyyətini müəyyən etmək üçün nəyin qiymətləndirilməsi bir zərurət kimi tələb olunur?

A)əmlak və öhdəliklərin

B)təsərrüfat fəaliyyətinin

C)qiymət səviyyəsinin

D)köməkçi istehsalın

E)düzgün cavab yoxdur


523.Hansından mühasibat uçotu obyektlərinin qiymətləndirilməsi asılı deyildir?

A)istehsalın tipindən və fasiləsizliyindən

B)obyektin tipindən və uçotun məqsədindən

C)vergi hesablaşmalarının aparılmasından

D)statistik hesabatların tərtib edilməsindən

E)mühasibat hesabatında əks etdirilməsindən


524.Ayrı-ayrı əmlak və onların əmələ gəlmə mənbələrinin pul ölçüsü ilə uçot və hesabatda əks etdirilməsi üsulunu özündə nə əks etdirir?

A)əmlak və öhdəliklərin qiymətləndirilməsi

B)istehsalın təşkili səviyyəsinin qiymətləndirilməsi

C)istehsalın texniki vəziyyətinin qiymətləndirilməsi

D)müəssisə işçilərinin əmək haqqı səviyyəsinin qiymətləndirilməsi

E)düzgün cavab yoxdur


525.Mühasibat uçotunun qarşısına qoyulan vəzifələri tamamilə yerinə yetirmək üçün nə etmək lazımdır?

A)uçotu səmərəli təşkil etmək

B)uçot yazılışlarını aparmaq

C)təsərrüfat əməliyyatlarını qiymətləndirmək

D)inventarlaşdırma sənədlərini hazırlamaq

E)düzgün cavab yoxdur


526.Mühasibat uçotunun səmərəli təşkili nəyi təmin etməlidir?

A)bütün variantlar düzdür

B)təsərrüfat vəsaitinin mövcudluğu və onun əmələ gəlmə mənbələri üzərində nəzarəti

C)planın yerinə yetirilməsini və müəssisənin iqtisadi inkişafını xarakterizə edən məlumatlarla

D)düzgün hesabat məlumatlarını yuxarı təşkilata vaxtında təqdim edilməsini

E)uçot işlərini avtomatlaşdırmaq üçün ən müasir vəsaitlərdən istifadəni


527.İlk sənəd məlumatlarının ümumiləşdirilməsindən, yığma cədvəllərinin və hesabatların tərtib edilməsi yerindən asılı olaraq mühasibat uçotu hansı qayda da təşkil olunur?

A)mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş qaydada

B)mərkəzləşdirilmiş qaydada

C)qeyri-mərkəzləşdirilmiş qaydada

D)düzgün cavab yoxdur

E)bütün cavablar düzdür


528.Uçot siyasəti kim tərəfindən işlənib hazırlanır?

A)baş mühasib

B)müəssisə rəhbəri

C)baş mühəndis

D)vergi orqanı

E)maliyyə təşkilatı


529.Uçot siyasəti haqqında əmr kim tərəfindən təsdiq edilir?

A)müəssisə rəhbəri

B)baş mühəndis

C)Maliyyə Nazirliyui

D)baş mühasib

E)təşkilatın ümumi iclası


530.Təşkilatın qəbul etdiyi uçot siyasəti hansı dövr üçün tətbiq edilir?

A)bir hesabat dövrü üçün

B)ardıcıl olaraq bir hesabat ilindən digərinə keçdikdə

C)təşklilat yenidən təşkil və ya ləğv edilənə qədər

D)beşillik dövr üçün

edüzgün cavab yoxdur


531.Uçot siyasətinin dəyişilməsinə hansı hallarda yol verilir?

A)mühasibat uçotu üzrə normativ aktlar dəyişildikdə

B)yeni fəaliyyət növü meydana çıxdıqda

C)vergi qanunvericiliyi dəyişildikdə

D)mühasibat uçotunun aparılmasının yeni üsulları işlənib hazırlandıqda

E)fəaliyyət şəraiti mühüm dərəcədə dəyişildikdə


532.Öz funksiyasını yerinə yetirmək məqsədilə pul vəsaitlərinin hərəkəti nə adlanır?

A)pul dövriyyəsi

B)mal dövriyyəsi

C)satış dövriyyəsi

D)kapital dövriyyəsi

E)düzgün cavab yoxdur


533.İstifadə edilmiş avansların qalığının təhtəlhesab şəxs tərəfindən kassaya təhvil verilmişdir. Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

A)50 dt 71 kt

B)71 dt 50 kt

C)26 dt 50 kt

D)26 dt 71 kt

E)75 dt 55 kt


534.Azərbaycanda pul dövriyyəsinin əsas hissəsi hansı qaydada həyata keçirilir?

A)nağdsız qaydada

B)nağd qaydada

C)barter qaydasında

D)düzgün cavab yoxdur

E)bütün cavablar düzdür


535.Aşağıdakılardan hansı mal əməliyyatları üzrə qeyri-nağd hesablaşmalara aiddir?

A)müəssisə və təşkilatlart arasında göndərilmiş mal-material qiymətliləri üzrə hesablaşmalar

B)büdcəyə köçürülmələr

C)əsaslı tikinti və təmir üçün pul vəsaitinin cəmləşdirilməsi

D)mənfəətin və dövriyyə vəsaitinin sistemdaxili yenidən bölüşdürülməsi

E)maliyyə yardımı qaydasında köməklik edilməsi


536.Nağd pul vəsaiti təyinatı üzrə xərclənmədikdə və kassa limitinə riayət edilmədikdə müəssisəyə qarşı kim tərəfindən cərimə sanksiyaları tətbiq edilə bilər?

A)bank tərəfindən

B)mal göndərən tərəfindən

C)istehlakçı tərəfindən

D)yuxarı təşkilat tərəfindən

E)vasitəçi təşkilat tərəfindən


537.Nağdsız hesablaşma formalarına aiddir?

A)hamısı


B)ödəmə tapşırıqları ilə hesablaşmalar

C)çeklər vasitəsilə hesablaşmalar

D)akkreditivlər vasitəsilə hesablaşmalar

E)veksel vasitəsilə hesablaşmalar


538.Nağdsız hesablaşmaların ən geniş yayılmış forması hansıdır?

A)ödəmə tapşırıqları ilə hesablaşmalar

B)çeklər vasitəsilə hesablaşmalar

C)akkreditivlər vasitəsilə hesablaşmalar

D)veksel vasitəsilə hesablaşmalar

E)rabitə vasitəsilə hesablaşmalar


539.Hansı mal əməliyyatları üzrə istifadə edilən ödəmə tapşırığı deyildir?

A)büdcəyə ödənişlər

B)alınmış mal, görülmüş iş və göstərilmiş xidmətlərə görə

C)mal əməliyyatları üzrə kreditor borcları ödənildikdə

D)mal və xidmətlər üzrə və ya məhkəmənin qərarına əsasən hesablaşma aparmaq lazım gəldikdə

E)yer üçün icarə haqqı ödənildikdə


540.Hesablaşma, cari və digər hesabların açılmasının rəsmiləşdirilməsi üçün banka hansı sənədlər təqdim olunmalıdır?

A)hamısı


B)müəyyən olunmuş qayda üzrə hesabın açılmasına dair ərizə

C)hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti

D)hüquqi şəxsin müvafiq qaydada təsdiq edilmiş və qeydə alınmış nizamnaməsinin əsli və ya notarialqaydada təsdiq edilmiş surəti

E)hüquqi şəxs olmayan təsərrüfat subyektinin yuxarı təşkilat tərəfindən təsdiq olunmuş əsasnaməsi


541.Hesabın açılması ilə əlaqədar bankla müəssisə arasında münasibətlər nə ilə rəsmiləşdirilir?

A)iki nüsxədə tərtib edilmiş müqavilə ilə

B)iki nüsxədə tərtib edilmiş Nizamnamə ilə

C)iki nüsxədə tərtib edilmiş Əsasnamə ilə

D)iki nüsxədə tərtib edilmiş təsis müqaviləsi ilə

E)iki nüsxədə tərtib edilmiş qeydiyyat haqqında şəhadətnamə ilə


542.Azərbaycanda valyuta hesabı əməliyyatları üzrə mühasibat uçotu hansı valyuta ilə aparılır?

A)manat


B)dollar

C)funt-sterlinq

D)yeni türk lirəsi

E)rübl
543.Bankla valyuta hesabı açılan müəssisədən xarici valyuta ilə aparılan əməliyyatlara görə nə tutulur?

A)komisyon xərcləri

B)üstəlik xərclər

C)əməliyyat xərcləri

D)təsərrüfat xərcləri

E)nəqliyyat xərcləri
544.Aşağıdakılardan hansı pul sənədlərinə daxil deyildir?

A)material sənədləri

B)sanatoriyaya və pansionatlara alınmış putyovkalar

C)istirahət evlərinə alınmış putyovkalar

D)poçt markaları

E)dövlət rüsumu markaları


545.Hansı əmək haqqının uçotu qarşısında duran vəzifələrdən biri deyildir?

A)qiymətli kağızların saxlanmasına nəzarət

B)əməyin ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmaların vaxtında həyata keçirilməsinə nəzarət

C)əmək haqqı fondunun xərclənməsi və mükafatların ödənilməsinə nəzarət

D)hesablanmış əmək haqqı və sosial sığortaya ayırmaların düzgün və vaxtında onun maya dəyərinə daxil edilməsinə nəzarət

E)əmək və əmək haqqı göstəricilərini operativ rəhbərlik və hesabatların tərtibi üçün toplamaq və qruplaşdırmaq


546.Müvafiq iş vaxtı ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusu nə adlanır?

A)əmək haqqı

B)müavinət

C)sığorta

D)pensiya

E)təqaüd
547.İşəgötürənin vəzifələri hansıdır?

A)hamısı

B)əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək üçün əmək qanunvericiliyinə aid normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi

C)işçilərin qanunvericilikdə müəyyən olunmuş məcbura dövlət sığorta edilməsi

D)qanunvericilikdə müəyyən olunmuş qaydada əmətin təşkil və ödənilməsinin təmin olunması

E)əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi
548.Hansı əmək haqqı formasında əsas göstərici işçinin işlədiyi vaxtın miqdarından və tarif dərəcəsindən asılıdır?

A)vaxtamuzd

B)işəmuzd

C)akkord


D)birbaşa işəmuzd

E)düzgün cavab yoxdur


549.İşçilərin əməyinin müəyyən olunmuş dərəcələr üzrə istehsal edilmiş məhsulun miqdarı. yerinə yetirdiyi işin həcmi ilə ölçülməsi hansı əmək haqqı formasında həyata keçirilir?

A)işəmuzd

B)vaxtamuzd

C)akkord


D)sadə vaxtamuzd

E)düzgün cavab yoxdur


550.Müəyyən konkret işin yerinə yetirilməsi nəticəsində aparılmış ödəniş sistemi hansı əmək haqqı formasıdır?

A)akkord


B)işəmuzd

C)vaxtamuzd

D)sadə vaxtamuzd

E)düzgün cavab yoxdur


551.İşin qaydaları və əmək şəraiti ilə əlaqədar olub kompensasiya xarakterli ödəmələr nə adlanır?

A)artıq ödəmələr

B)əmək haqqına əlavələr

C)əmək haqqı fondu

D)mükafat

E)düzgün cavab yoxdur


552.Hər bir müəssisədə əməyin təşkilində əsas məqsəd nədən ibarətdir?

A)insan üçün normal əmək şəraitinin yaradılmasından

B) əməyin ödənilməsini təmin etməkdən

C)əmək normalarının gözlənilməsindən

D)kollektiv müqavilələrin, sazişlərin şərtlərinə əməl etməkdən

E)düzgün cavab yoxdur


553.Aşağıdakılardan hansı mövcud qanunvericiliyə görə işçi işə qəbul edilərkən təqdim etməli olduğu sənədlərdən biri deyildir?

A)doğum şəhadətnaməsi

B)əmək kitabçası

C)şəxsiyyət vəsiqəsi

D)təhsil haqqında sənəd

E)hərbi bilet


554.Hər bir işçinin əmək haqqının səviyyəsi nədən asılıdır?

A)işçinin sərf etdiyi əməyin miqdarından və keyfiyyətindən

B)onun istehsal etdiyi məhsulun həcmindən

C)xidmət göstərdiyi istehlakçıların sayından

D)müəssisənin maddi durumundan

E)düzgün cavab yoxdur


555.Aşağıdakılardan hansı işçilərin məzuniyyət hüququna aid deyildir?

A)qocalıq məzuniyyəti

B)əmək məzuniyyəti

C)uşağa qulluq etmək üçün verilən məzuniyyət

D)təhsillə əlaqədar məzuniyyət

E)ödənişsiz məzuniyyət


556.Aşağıdakı hallardan hansında işə götürənin vəsaitindən orta əmək haqqı ödənilmir?

A)üzürsüz səbəbdən işə çıxmadıqda

B)il ərzində işçi növbəti məzuniyyətə yollandlqda

C)işçi tədrislə əlaqədar məzuniyyətə yollandıqda

D)işçini xidməti məzuniyyətə göndərdikdə

E)istehsaldan ayırmaq şərtilə işçini ixtisas artırma kurslarına göndərdikdə


557.Aşağıdakılardan hansı icbari qaydada əmək haqqından tutulmalara aid deyildir?

A)şəxsi sığorta üzrə ödəmələr

B)fiziki şəxslərdən gəlir vergisi

C)icraedici sənədlər üzrə tutulmalar

D)üçüncü şəxsin xeyrinə edilən tutulmalar

E)məhkəmə və digər səlahiyyətli orqanların qərarlar əsasında tutulmalar



558.Aşağıdakılardan hansı işəgötürənin təşəbbüsü ilə olan əmək haqqı tutulmalardan biridir?

A)avanslara görə əmək haqqından tutulmalar

B)fiziki şəxslərdən gəlir vergisi

C)icraedici sənədlər üzrə tutulmalar

D)üçüncü şəxsin xeyrinə edilən tutulmalar

E)məhkəmə və digər səlahiyyətli orqanların qərarları əsasında tutulmalar


559.Aşağıdakılardan hansı işçinin ərizəsi əsasında əmək haqqı tutulmalarından biridir?

A)kreditə götürülmüş mallara görə tutulmalar

B)səhv hesab nəticəsində verilmiş məbləğ geri tələb edildikdə

C)icraedici sənədlər üzrə tutulmalar

D)üçüncü şəxsin xeyrinə edilən tutulmalar

E)məhkəmə və digər səlahiyyətli orqanların qərarları əsasında tutulmalar


560.İşçiyə ezamiyyə vaxtı və verilən nağd pul məbləği kim tərəfindən müəyyən edilir?

A)müəssisə rəhbəri

B)baş mühasib

C)baş menecment

D)baş mühəndis

E)aparıcı iqtisadçı


561."İstehsalat işçilərinə əmək haqqı hesablanılıb". Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

A)20 dt 70 kt

B)70 dt 26 kt

C)75 dt 20 kt

D)80 dt 74 kr

E)74 dt 80 kt


562.Kassadan işçilərə əmək haqqı hesablanılıb. Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

A)70 dt 50 kt

B)50 dt 70 kt

C)80 dt 20 kt

D)74 dt 50 kt

E)80 dt 74 kt


563.İşçinin tarif əmək haqqısı 230 Azn təşkil edərsə hesablanan sosial sığorta məbləği nə qədər olar?

A)6,90


B)4,10

C)4,35


D)3,15

E)4,50
564.Debet 70/Kredit 50 əməliyyatına aşağıdakılardan hansı uyğundur?

A)əməyin ödənişi əməliyyatı

B)satış əməliyyatı

C)bank əməliyyatı

D)alış əməliyyatı

E)düzgün cavab yoxdur
565.Müəssisəyə daxil olmuş materiallar üzrə sənədlər hansı şöbə tərəfindən yoxlanılır?

A)təchizat şöbəsi

B)satış şöbəsi

C)istehsal şöbəsi

D)plan şöbəsi

E)nəqliyyat şöbəsi


566.Müəssisə ünvanına daxil olmuş materiallar kim tərəfindən qəbul olunur?

A)ekspeditor

B)anbardar

C)diler


D)makler

E)anbar müdiri


567.Materiallar malsatan müəssisənin öz nəqliyyat vasitəsi ilə daxil olduqda malgöndərən hansı sənədi tərtib edir?

A)əmtəə-nəqliyyat qaiməsi

B)məxaric orderi

C)bank çıxarışı

D)kassa mədaxil orderi

E)kassa kitabı


568.Daxil olmuş materialın həcmində əskikgəlmə müəyyən olunduqda nə tərtib edilməlidir?

A)akt


B)arayış

C)mədaxil qaiməsi

D)qaimə

E)tələbnamə


569.Müəyyən olunmuş normadan artıq material buraxıldıqda və bir materialı digəri ilə əvəz etmək lazım olduqda hansı sənəd tərtib edilir?

A)tələbnamə

B)limit-zabor kartı

C)qaimə


D)kassa sənədi

E)qəbul-təhvil aktı


570.İstehsal olunan məhsulların tərkibində əsas hissəni nə təşkil edir?

A)xammal və materiallar

B)köməkçi materiallar

C)tara və tara materialları

D)yarımfabrikatlar

E)ehtiyat hissələri


571.Məhsul istehsalında bir ildən çox iştirak edən, öz dəyərini hissə-hissə hazır məhsul üzərinə keçirən, natural formasını itirməyən material-əşya dəyərlilərinin məcmusunu özündə birləşdirən vəsaitlər hansı vəsaitlərdir?

A)əsas vəsaitlər

B)qeyri-maddi aktivlər

C)dövriyyə vəsaitləri

D)kapital qoyuluşları

E)maliyyə qoyuluşları


572.Aşağıdakılardan hansı torpaq, tikili və avadanlıqlara aid deyildir?

A)istehsal prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə məhsul üzərinə keçirən və bu prosesdə natural formasını saxlamayan sərvətlər

B)istehsal prosesində öz natural formasını saxlayan aktivlər

C)istehsal prosesində bir ildən çox iştirak edən aktivlər

D)istehsal prosesində uzun müddətə istifadə olunan aktivlər

E)köhnəldikcə öz dəyərini müəyyən edilmiş normalarla hissə-hissə məhsul üzərinə keçirən aktivlər


573.Əsas vəsaitlər istifadə dərəcəsinə görə hansı formada təsnif edilir?

A)istifadə olunan əsas vəsaitlər, ehtiyatda olan əsas vəsaitlər

B)öz mülkiyyətində olan əsas vəsaitlər, digər müəssisələrdən icarəyə qəbul edilən əsas vəsaitlər

C)istifadə olunan əsas vəsaitlər, istifadə olunmayan əsas vəsaitlər

D)fəal xarakterli əsas vəsaitlər, qeyri-fəal xarakterli əsas vəsaitlər

E)düzgün cavab yoxdur


574.Bilavasitə müəssisədə istehsalın fasiləsiz fəaliyyətini təmin etmək üçün nəzərdə tutulan əsas vəsaitlər nə adlanır?

A)ehtiyatda olan əsas vəsaitlər

B)istifadə olunan əsas vəsaitlər

C)öz mülkiyyətində olan vəsaitlər

D)digər müəssisələrdən icarəyə qəbul edilən əsas vəsaitlər

E)istifadə olunmayan əsas vəsaitlər


575.Müəssisənin istehsal fəaliyyətində bilavasitə iştirak edən vəsas vəsaitlər hansı vəsaitlərdir?

A)istifadə olunan əsas vəsaitlər

B)ehtiyatda olan əsas vəsaitlər

C)öz mülkiyyətində olan vəsaitlər

D)digər müəssisələrdən icarəyə qəbul edilən əsas vəsaitlər

E)istifadə olunmayan əsas vəsaitlər


576.Əsas vəsait obyektləri üzərində mülkiyyət hüququ olması etibarilə əsas vəsaitlər necə təsnif edilir?

A)öz mülkiyyətində olan əsas vəsaitlər, digər müəssisələrdən icarəyə qəbul edilən əsas vəsaitlər

B)istifadə olunan əsas vəsaitlər, ehtiyatda olan əsas vəsaitlər

C)istifadə olunan əsas vəsaitlər, istifadə olunmayan əsas vəsaitlər

D)fəal xarakterli əsas vəsaitlər, qeyri-fəal xarakterli əsas vəsaitlər

E)düzgün cavab yoxdur


577.Əsas vəsaitlər öz dəyərlərinin istehsal olunmuş hazır məhsulun üzərinə keçirmək xarakteristikasına görə necə qruplaşdırılır?

A)fəal xarakterli əsas vəsaitlər, qeyri-fəal xarakterli əsas vəsaitlər

B)öz mülkiyyətində olan əsas vəsaitlər, digər müəssisələrdən icarəyə qəbul edilən əsas vəsaitlər

C)istifadə olunan əsas vəsaitlər, ehtiyatda olan əsas vəsaitlər

D)istifadə olunan əsas vəsaitlər, istifadə olunmayan əsas vəsaitlər

E)düzgün cavab yoxdur


578.Aşağıdakılardan hansı əsas vəsaitlərin uçotu qarşısında duran vəzifələrdən biridir?

A)əsas vəsaitlərin saxlanması üzərində və ehtiyatda olan vəsaitlərin saxlanmasına nəzarətin təşkili

B)istehsal ehtiyatlarının saxlanmasına və hərəkətinə nəzarət

C)materialların tədarükü, daxil olması və buraxılması ilə əlaqədar sənədlərin düzgün və vaxtında rəsmiyyətə salınması

D)əmtəə-material dəyərlərinin istehsalda əsaslandırılmış normalar üzrə sərf olunmasına daimi nəzarətin təmin olunması

E)əmtəə-material satıcıları ilə hesablaşmaların vaxtında icra olunması


579.Aşağıdakılardan hansı əsas vəsaitlərin uçotu qarşısında duran vəzifələrdən biri deyildir?

A) istehsal ehtiyatlarının saxlanmasına və hərəkətinə nəzarət

B)əsas vəsaitlərin saxlanması üzərində və ehtiyatda olan vəsaitlərin saxlanmasına nəzarətin təşkili

C)mühasibat uçotunda əsas vəsaitlərin qalığı, hərəkəti ilə əlaqədar sənədləşdirmənin düzgün və vaxtında tərtib edilməsi

D)əsas vəsaitlərin səmərəli istifadə olunması və amortizasiya (köhnəlmə) hesablanmasının uçotunun düzgün aparılması üzərində nəzarət

E)əsas vəsaitlər üzrə vergilərin hesablanması və ödənməsinin icrası üzərində nəzarət


580.Əsas vəsaitlərin icarəyə verilməsinin hansı formalarından istifadə edilir?

A)müəssisənin, nəqliyyat vasitələrinin, ayrıca obyektlərin və ya komplekslərin, sexlərin, istehsalların icarəsi

B)müəssisənin icarəsi

C)nəqliyyat vasitələrinin icarəsi

D)ayrıca obyektlərin və ya komplekslərin icarəsi

E)sexlərin və istehsalların icarəsi


581.Əsas vəsaitlərin neçə cür köhnəlməsi vardır?

A)2


B)5

C)3


D)6

E)4
582.Əsas vəsaitlərin mənəvi köhnəlməsi nə ilə əlaqədardır?

A)ölkədə aparılan elmi-texniki tərəqqı ilə əlaqədar onların dəyərinin aşağı düşməsi və daha məhsuldar vəsaitlərin yaranması ilə

B)əsas vəsaitlərin fiziki keyfiyyətini itirməsi və vəsaitin işlənmiş vəziyyətə düşməsi ilə

C)əsas vəsaitlərin bilavasitə istehsalda istismarı və onların yüklənməsi ilə

D)əsas vəsaitlərin dəyərinin aşağı düşməsi ilə

E)düzgün cavab yoxdur


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin