583.Aşağıdakılardan hansına amortizasiya hesablanmır?
A)məhsuldar heyvanlara
B)nəqliyyat vasitələrinə
C)avadanlıqlara
D)tikililərə
E)qeyri-maddi aktivlərə
584.Qeyri-maddi aktivlərə aiddir?
A)patentlər, lisenziyalar, nou-hau,proqram məhsulları, təbii resurslardan istifadə hüquqları, ticarət markaları, əmtəə nümunələri
B)patentlər və lisenziyalar
C)nou-hau və proqram məhsulları
D)təbii resurslardan istifadə hüquqları
E)ticarət markaları və əmtəə nümunələri
585.Aşağıdakılardan hansı müəssisənin qeyri-maddi aktivlərinə aid deyildir?
A)tara və tara materialları
B)uzun müddət istifadə edilən, gəlir gətirən torpaq sahələrindən, təbii ehtiyatlardan istifadə hüquqları
C)patentlər, lisenziyalar
D)”nou-xau”, proqram məhsulları
E)ticarət markaları, əmtəə nişanları
586.Qeyri-maddi aktivlər hansı dəyərlə uçota alınır?
A)ilkin dəyərlə
B)bərpa dəyəri ilə
C)qalıq dəyəri ilə
D)inventar dəyəri ilə
E)smeta dəyəri ilə
587.Bazarın konyukturası, tələb və təklif nəzərə alınmaqla malsatanlar tərəfindən müəyyən edilən qiymət hansı qiymətdir?
A)sərbəst (bazar) qiyməti
B)alış qiyməti
C)müqavilə qiyməti
D)pərakəndə qiyməti
E)satış qiyməti
588.Ticarət xərclərinin ödənilməsi, mənfəətin əldə edilməsi və dolayı vergilərin ödənilməsi üçün nəzərdə tutulan pərakəndə qiymətin bir hissəsi nə adlanır?
A)ticarət güzəşti
B)ticarət əlavəsi
C)satış qiyməti
D)alış qiyməti
E)düzgün cavab yoxdur
589.Təşkilat daxili buraxılan yarımfabrikatın, yaxud xidmətin dəyərinin müəyyən edilməsi üçün tətbiq edilən qiymətlər hansı qiymətlərdir?
A)transfert qiymətləri
B)əvəzetmə qiymətləri
C)topdansatış qiymətləri
D)sərbəst qiymətlər
E)cari qiymətlər
590.Məhsulun və ya malın alındığı qiyməti özündə əks etdirən qiymət hansı qiymətdir?
A)alış qiyməti
B)satış qiyməti
C)pərakəndə qiymət
D)topdan qiymət
E)ticarət güzəşti
591.Malın topdan, xırda topdan və pərakəndə qaydada satışı qiymətindən formalaşan qiymət hansı qiymətdir?
A)satış qiyməti
B)alış qiyməti
C)pərakəndə qiymət
D)topdan qiymət
E)ticarət güzəşti
592.Malları istehsal edənlərlə istehlakçılar arasında razılaşdırılan qiymətlər hansı qiymətlərdir?
A)müqavilə qiymətləri
B)sərbəst qiymətlər
C)liberal qiymətlər
D)topdan qiymətlər
E)pərakəndə qiymətlər
593.Əmlakın həqiqi artım məbləğini əks etdirən və balansda ayrı göstərilən kapital hansı kapitaldır?
A)əlavə kapital
B)nizamnamə kapitalı
C)ehtiyat kapitalı
D)bölüşdürülməmiş mənfəət və ya zərər
E)qarşıdakı xərclər üçün ehtiyatlar
594.Məhsul istehsalına sərf edilən bütün məsrəflərin yekunu nə adlanır?
A)maya dəyəri
B)mənfəət
C)rentabellik
D)əmək haqqı
E)qazanc
595.Məhsulun istehsalı və satışına sərf olunan məsrəflərin cəminə nə deyilir?
A)maya dəyəri
B)mənfəət
C)rentabellik
D)əmək haqqı
E)qazanc
596.Maya dəyərinin kalkulyasiya edilməsinin və məsrəflərin uçotunun qarşısında duran vəzifələrdən biri hansıdır?
A)məhsulun maya dəyərinin aşağı salınması ilə əlaqədar ehtiyatların müəyyən olunması
B)pul vəsaiti və hesablaşma ilə əlaqədar olan əməliyyatların vaxtında və düzgün sənədləşdirilməsi
C)malsatan və alıcılar arasında bağlanmış müqavilələrdə müəyyən olunmuş hesablaşma formalarının icrasına nəzarət
D)büdcə, bank və işçi heyəti ilə hesablaşmaların vaxtında isra olunmasına nəzarət
E)pul vəsaiti və qiymətli kağızların saxlanmasına nəzarət
597.İstehsal prosesində məsrəflərin iqtisadi məzmunundan və təyinatından asılı olaraq xərclər neçə yerə bölünür?
A)2
B)5
C)3
D)6
E)4
598.Məhsul istehsalının texnoloji prosesləri ilə bilavasitə əlaqədar olan xərclər dedikdə nə başa düşülür?
A)əsas məsrəflər
B)əlavə məsrəflər
C)müstəqim məsrəflər
D)qeyri-müstəqim məsrəflər
E)dəyişən məsrəflər
599.İstehsalın təşkili, idarə edilməsi və xidmətlə əlaqədar olan məsrəflər hansı məsrəflərdir?
A)əlavə məsrəflər
B)əsas məsrəflər
C)müstəqim məsrəflər
D)qeyri-müstəqim məsrəflər
E)dəyişən məsrəflər
600.Material, əmək ödənişi, amortizasiya xərcləri hansı məsrəflərə aid edilir?
A)əsas məsrəflərə
B)element və kompleks
C)müstəqim və qreyri-müstəqim
D)lənzimlənən və tənzimlənməyən
E)cari və birdəfəlik
601.Hansı əsas məsrəflərin tərkibinə daxil deyildir?
A)sexlərin və müəssisənin idarəsinin inzibati-təsərrüfat heyətinin əmək haqqı
B)xammal və materialların, yanacağın və texnoloji məqsədlər üçün suyun dəyəri
C)istehsal fəhlələrinin əsas və əlavə əmək haqqı
D)avadanlıqların saxlanması və istismarı üzrə xərclər
E)yeni növ məhsulların istehsalının mənimsənilməsi
602.Hansı əsas məsrəflərin tərkibinə daxil olan məsrəflərdən biridir?
A)istehsal fəhlələrinin əsas və əlavə əmək haqqı
B)sexlərin və müəssisənin idarəsinin inzibati-təsərrüfat heyətinin əmək haqqı
C)bina və təsərrüfat inventarlarının amortizasiyası
D)binaların qızdırılmasından ötəri yabacaq və işiqlandırmaq üçün enerji sərfi
E)bina və təsərrüfat inventarlarının cari təmiri üçün xərclər
603.İstehsalatda istifadə edilən elektrik, su, qaz kimi xərclər müəssisənin nə xərcləridir?
A)texnoloji xərclər
B)inzibati xərclər
C)kommunal xərclər
D)ehtiyat xərcləri
E)xərc kimi tanınmır
604.Hansı əlavə məsrəflərə daxil deyildir?
A)istehsal fəhlələrinin əsas və əlavə əmək haqqı
B)sexlərin və müəssisənin idarəsinin inzibati-təsərrüfat heyətinin əmək haqqı
C)bina və təsərrüfat inventarlarının amortizasiyası
D)binaların qızdırılmasından ötəri yanacaq və işiqlandırmaq üçün enerji sərfi
E)bina və təsərrüfat inventarlarının cari təmiri üçün xərclər
605.Hansı əlavə məsrəflərə daxil olan məsrəflərdən biridir?
A)bina və təsərrüfat inventarlarının amortizasiyası
B)xammal və materialların, yanacağın və texnoloji məqsədlər üçün suyun dəyəri
C)istehsal fəhlələrinin əsas və əlavə əmək haqqı
D)avadanlıqların saxlanması və istismarı üzrə xərclər
E)yeni növ məhsulların istehsalının mənimsənilməsi
606.Məhsulun maya dəyərinə xərclərin aid edilməsi üsulundan asılı olaraq bütün xərclər hansı xərclərə ayrılır?
A)müstəqim və qeyri müstəqim xərclərə
B)əsas və əlavə xərclərə
C)tənzimlənən və tənzimlənməyən xərclərə
D)bir elementli və kompleks xərclərə
E)dəyişən və şərti-daimi xərclərə
607.İstehsal həcminə olan münasibətinə görə müəssisənin xərcləri hansı xərclərə ayrılır?
A)dəyişən və şərti-daimi xərclərə
B)əsas və üstəlik xərclərə
C)müstəqim və qeyri-müstəqim məsrəflərə
C)tənzimlənən və tənzimlənməyən xərclərə
D)bir elementli və kompleks xərclərə
608.Həcmi çox və ya az miqdarda istehsalın həcminə dəyişməsindən düz mütənasib olaraq asılı olan məsrəflər, məhsul istehsalına sərf edilən xammal və materiallar və buna oxşar xərclər nə adlanır?
A)dəyişən xərclər
B)şərti-daimi xərclər
C)müstəqim xərclər
D)qeyri-müstəqim xərclər
E)birelementli xərclər
609.Kəmiyyəti istehsalın həcminin miqdarı ilə mütənasib olmayan məsrəflər hansı xərclərdir?
A)şərti-daimi xərclər
B)dəyişən xərclər
C)müstəqim xərclər
D)qeyri-müstəqim xərclər
E)birelementli xərclər
610.Tənzimlənmə ilə əhatə olmasından asılı olaraq xərclər hansı xərclərə ayrılır?
A)tənzimlənən və tənzimlənməyən
B)dəyişən və şərti-daimi xərclərə
C)əsas və üstəlik xərclərə
D)müstəqim və qeyri-müstəqim məsrəflərə
E)bir elementli və kompleks xərclərə
611.Saxlanma zamanı xammalın, materialların və məhsulların xarab olması ilə əlaqədar çatışmaması, çıxdaşdan olan itkilər və digər səmərəsiz məsrəflər hansı xərclərə aid edilir?
A)tənzimlənməyən xərclərə
B)tənzimlənən xərclərə
C)istehsal xərclərinə
D)qeyri-istehsal xərclərinə
E)dəyişən xərclərə
612.Məhsulun istehsalı ilə əlaqədar olan məsrəflər hansı xərclərə aid edilir?
A)istehsal xərclərinə
B)qeyri-istehsal xərclərinə
C)tənzimlənən xərclərə
D)tənzimlənməyən xərclərə
E)qeyri-müstəqim xərclərə
613.Əsasən istehsal edilən məhsulların satışı ilə əlaqədar olan məsrəflər hansı məsrəflərdir?
A)qeyri-istehsal xərcləri
B)istehsal xərcləri
C)tənzimlənən xərclərə
D)tənzimlənməyən xərclərə
E)qeyri-müstəqim xərclərə
614.İstehsal xərcləri ilə qeyri-istehsal xərcləri birlikdə nə adlanır?
A)tam maya dəyəri
B)sex maya dəyərini
C)normativ maya dəyərini
D)plan maya dəyərini
E)qısaldılmış maya dəyərini
615.Tərkibi eyni olmayan məsrəflər hansı məsrəflərə aid edilir?
A)kompleks məsrəflər
B)əsas məsrəflər
C)müstəqim məsrəflər
D)tənzimlənən məsrəflər
E)cari məsrəflər
616.Müəssisələr uçotun kalkulyasiyasının hansı formalarından istifadə edir?
A)normativ, sifariş, mərhələ, sadə
B)inventarlaşma, sənədləşdirmə
C)sənədləşdirmə, qiymət
D)hesablar sistemi, ikili yazılış
E)qiymət, hesablar sistemi
617.Bir qayda olaraq kütləvi və seriyalı məhsullar istehsal edən müxtəlif xarakterli mürəkkəb istehsal strukturuna aid olan istehsal sahələrində uçotun kalkulyasiyasının hansı formasından istifadə edilir?
A)normativ
B)sifariş
C)mərhələ
D)sadə
E)heç biri
618.Hansı uçot formasında müəssisənin ayrı-ayrı sexlərində istehsal olunmuş mallara sərf olunmuş məsrəflər uçota alınır və hazır məhsul son istehsal nəticəsi ilə müəyyən olunur?
A)normativ
B)sifariş
C)mərhələ
D)sadə
E)düzgün cavab yoxdur
619.Az miqdarda istehsal sahələrində, iri həcmli maşın və avadanlıqların istehsalında uçot kalkulyasiyasımnın hansı forması tətbiq edilir?
A)sifariş
B)normativ
C)mərhələ
D)sadə
E)düzgün cavab yoxdur
620.Uçot kalkulyasiyasının sifariş metodu hansı istehsalatda aparılır?
A)fərdi və xırda seriyalı istehsalda
B)kütləvi istehsalda
C)seriyalı istehsalda
D)kütləvi və fərdi istehsalda
E)iri və orta seriyalı istehsalda
621.İstehsal prosesində müəyyən olunmuş bütün mərhələlərdən keçməyən, hazır məhsul kimi istehsalı başa çatmayan, sifarişçi tərəfindən hazır məhsul kimi qəbul edilməyən məhsullar nə adlanır?
A)bitməmiş istehsal
B)yarım fabrikatlar
C)köməkçi materiallar
D)yardımçı materiallar
E)əsas materiallar
622.İstehsal maya dəyəri və kommersiya (satış) xərcləri ilə birlikdə hansı xərcləri əmələ gətirir?
A)tam maya dəyərini
B)sex maya dəyərini
C)normativ maya dəyərini
D)plan maya dəyərini
E)qısaldılmış maya dəyərini
623.Təsərrüfat əməliyyatlarının qeydiyyatı üçün nəzərdə tutulan xüsusi cədvəl formaları nədir?
A)uçot registrləri
B)Baş kitab
C)kartlar
D)sərbəst vərəqələr
E)xüsusi jurnallar
624.Uçot aparmaq üçün kağız, yaxud standart ölçülü kartonlardan hazırlanmış və xüsusi bağlana bilən kortotekalarda mühafizə edilən sütunlaşdırılmış ayrı ayrı vərəqələr nə hesab edilir?
A)kartlar
B)sərbəst vərəqələr
C)Baş uçot kitabı
D)Baş anbar uçotu kitabı
E)düzgün cavab yoxdur
625.Uçot registrlərinin dəyişmiş formasını əks etdirən nədir?
A)sərbəst vərəqələr
B)kartlar
C)Baş uçot kitabı
D)Baş anbar uçotu kitabı
düzgün cavab yoxdur
626.Mühasibat yazılışlarının sintetik və analitik hesablar üzrə qruplaşdırılması üçün mühasibatlıqda aparılan registrlər hansıdır?
A)sistematik
B)xronoloji
C)kombinələşdirilmiş
D)birtərəfli
E)çoxtərəfli
627.Əməliyyatların məzmununa görə uçot registrləri hansı registrlərə bölünür?
A)sintetik və analitik registrlərə
B)xronoloji, sistematik və kombinələşmiş registgrlərə
C)xətti və şaxmat registrlərə
D)birtərəfli,ikitərəfli və çoxtərəfli rregistrlərə
E)düzgün cavab yoxdur
628.Birtərəfli registrlər hansı uçotda tətbiq edilir?
A)sintetik və analitik uçotda
B)sintetik uçotda
C)analitik uçotda
D)vergi uçotunda
E)operativ uçotda
629.Hansı registrlər əsasən uçot kitabında aparılan hallarda tətbiq edilir?
A)ikitərəfli registrlər
E)birtərəfli registrlər
C)çoxtərəfli registrlər
D)xətti registrlər
E)şaxmat registrlər
630.Hansı registrlər əlavə daxili analitik uçot göstəricilərini əks etdirmək üçün istifadə edilir?
A)çoxsütunlu registrlər
B)birtərəfli registrlər
C)ikitərəfli registrlər
D)xətti registrlər
E)şaxmat registrlər
631.Müxtəlif müəssisə və təşkilatlarda mühasibat uçotunun ən çox yayılmış formaları hansıdır?
A)hamısı
B)memorial-order
C)kitab-jurnal,jurnal-order
D)avtomatlaşdırılmış və məlumatların kompüterlə işlənməsi
E)cədvəl-perfokart, sadələşdirilmiş formalar
632.Mühasibat uçotunun hansı forması bütün müəssisə və təşkilatlarda tətbiq edilmək üçün tövsiyə edilmişdir?
A)memorial order
B)kitab-jurnal
C)cədvəl-perfokart
D)jurnal-order
E)sadələşdirilmiş formalar
633.Mühasibat uçotunun memorial-order forması neçənci illərdə yaranmışdır?
A)1928-1930-cu illərdə
B)1921-1923-cü illərdə
C)1930-1932-ci illərdə
D)1933-1935-ci illərdə
E)1935-1937-ci illərdə
634.Harada hər bir memorial orderə daimi nömrə verilir?
A)qeydiyyat jurnalında
B)Baş kitabda
C)jurnal-orderdə
D)cədvəl-perfokartda
E)düzgün cavab yoxdur
635.Cədvəl-perfokart formasının təcrübəyə tətbiqi kim tərəfindən tövsiyə edilmişdir?
A)Maliyyə Nazirliyi
B)İqtisadiyyat Nazirliyui
C)İqtisadi İnkişaf Nazirliyi
D)Nazirlər Kabineti
E)düzgün cavab yoxdur
636.Mühasibat uçotunun hansı uçot forması uçot işçilərinin yüksək əmək məhsuldarlığını təmin etməklə onların texniki işdən azad edilməsinə şərait yaradır?
A)qeyd forması
B)memorial order
C)kitab-jurnal
D)cədvəl-perfokart
E)jurnal-order
637.Kiçik müəssisələrdə mühasibat uçotunun sadələşdirilmiş forması neçə üsulla aparıla bilər?
A)2
B)5
C)3
D)6
E)4
638.Əsas fondların yaradılmasına və təkrar istehsalına, habelə maddi istehsalın digər formada inkişafına vəsait yönəldilməsi hansı şəkildə həyata keçirilir?
A)kapital qoyuluşları şəklində
B)maliyyə qoyuluşları şəklində
C)maddi sərvətlər şəklində
D)əmlak hüquqları şəklində
E)intellektual sərvətlər şəklində
639.İşlərin təşkili xarakterinə görə kapital qoyuluşları hansı üsullarla yerinə yetirilir?
A)podrat və təsərrüfat üsulları ilə
B)podrat üsulu ilə
C)təsərrüfat üsulu ilə
D)sahəvi əlamətinə görə
E)işləyən müəssisələrin yenidən qurulmasına və genişləndirilməsinə görə
640.İşlərin təşkili xarakterinə görə kapital qoyuluşlarının yerinə yetirildiyi üsullardan biridir?
A)podrat üsulu
B)tikinti işləri
C)quraşdırma işləri
D)layihə-axtarış işləri
E)əsas fondların inventar dəyərinə daxil edilən işlər
641.Quruluşuna görə növlərə ayrılan kapital qoyuluşlarına aid deyildir?
A)işləyən müəssisələrin yenidən qurulması
B)quraşdırma işləri, quraşdırma tələb etməyən avadanlıqlar, inventar, alət
C)quraşdırma tələb edən avadanlıqlar
D)layihə-axtarış işləri
E)əsas fondların inventar dəyərinə daxil edilən sair işlər və xərclər
642.İnşasına, texniki silahlanmasına, yenidən qurulmasına və ya genişləndirilməsinə ayrıca layihə və smeta tərtib olunan hər bir ayrıca bina və qurğu nə adlanır?
A)tikinti obyekti
B)inventar
C)quraşdırma tələb etməyən avadanlıqlar
D)buraxılış kompleksi
E)inşaat
643.İstiqamətinə görə bölünən kapital qoyuluşlarından biri hansıdır?
A)yeni müəssisələrin tikintisi
B)layihə-axtarış işləri
C)quraşdırma işləri
D)quraşdırma tələb edən avadanlıqlar
E)quraşdırma tələb etməyən avadanlıqlar
644.Hazırlıq dərəcəsinə görə əsaslı tikinti işlərinə aiddir?
A)başa çatdırılmış və başa çatdırılmamış tikinti işləri
B)quraşdırma işləri, quraşdırma tələb etməyən avadanlıqlar
C)quraşdırma tələb edən avadanlıqlar
D)layihə-axtarış işləri
E)əsas fondların inventar dəyərinə daxil edilən sair işlər və xərclər
645.Ən mühüm tikintilərin siyahısı (titul siyahısı) kim tərəfindən təsdiq edilir?
A)Nazirlər Kabineti tərəfindən
B)İqtisadi İnkişaf Nazirliyi tərəfindən
C)Maliyyə Nazirliyi tərəfindən
D)Mərkəzi Bank tərəfindən
E)Dövlət Əmlak Nazirliyi tərəfindən
646.Kapital qoyuluşlarının yerinə yetirilmiş həcminin qiymətləndirilməsi hansı dəyərlə həyata keçirilir?
A)smeta dəyəri ilə
B)ilkin dəyərlə
C)bərpa dəyəri ilə
D)inventar dəyəri ilə
E)balans dəyəri ilə
647.Tikinti təsərrüfat üsulu ilə aparılan zaman yerinə yetirilən işlər sifarişçılər üçün hansı dəyərlə qiymətləndirilir?
A)faktiki maya dəyəri ilə
B)ilkin dəyərlə
C)bərpa dəyəri ilə
D)smeta dəyəri ilə
E)balans dəyəri ilə
648.Tikintidə mühasibat uçotunun əsas vəzifəsi nədir?
A)kapital qoyuluşunun istifadə edilməsinə gündəlik nəzarətin həyata keçirilməsi
B)tərtib edilmiş sənədlər əsasında təsərrüfat əməliyyatlarının düzgün və öz vaxtında qeydiyyatdan keçirmək
C)əsaslı işlər üzrə tapşırıqların və obyektlərin işə salınması üzrə tapşırıqların yerinə yetirilməsinə nəarət etmək
D)tikintinin smeta dəyərinə riayət edilməsinə dövrü nəzarət
E)işə salınmış tikinti obyektlərinin tam inventar dəyərinin vaxtında və düzgün aşkar edilməsi
649.Tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydası kim tərəfindən müəyyən edilir?
A)Nazirlər Kabineti tərəfindən
B)İqtisadi İnkişaf Nazirliyi tərəfindən
C)Maliyyə Nazirliyi tərəfindən
D)Mərkəzi Bank tərəfindən
E)Dövlət Əmlak Nazirliyi tərəfindən
650.Qəbul edilmiş obyekt nəyin əsasında başa çatmış tikinti hesab edilir?
A)dövlət qəbul komissiyasının aktı əsasında
B)smeta dəyəri əsasında
C)inventar dəyəri əsasında
D)işçi komissiyasının rəyi əsasında
E)düzgün cavab yoxdur
651.İstismara verilən binaların və qurğuların inventar dəyərinə daxil deyildir?
A)qiymətli kağızların əldə edilməsinə müəssisənin çəkdiyi məsrəflər
B)inşaat -quraşdırma işlərinə məsrəflər
C)bina və qurğuların ayrılmaz hissəsi hesab olunan quraşdırılmış avadanlığın dəyəri
D)layihə-axtarış işlərinə məsrəflər
E)sair əsaslı işlər və məsrəflər
652.Mövcud olan standart və texniki şərtlərə, keyfiyyət göstəricilərə uyğun olaraq tam şəkildə bütün istehsal əməliyyatlarından keçmiş, müəssisə anbarına və ya sifarişçiyə verilmiş məhsullar nə adlanır?
A)hazır məhsullar
B)bitməmiş istehsal
C)hazır olmayan məhsullar
D)natamam məhsullar
E)yüklənmiş məhsullar
653.Hazır məhsulun uçotu qarşısında duran vəzifələrə aid deyildir?
A)nağd və qeyri-nağd hesablaşmaların vaxtında sənədləşdirilməsi və düzgün əks olunması
B)hazır məhsulların anbarlarda və digər saxlanma yerlərində saxlanması və hərəkətinin uçotunun düzgün və vaxtında təşkili
C)məhsulların müəyyən olunmuş həcmdə, çeşiddə, keyfiyyətdə istehsalına nəzarətin təmin olunması
D)alıcı müəssisələrə bağlanmış müqavilələrə uyğun olaraq məhsulun yüklənməsi, satışı öhdəliklərinə nəzarət olunması
E)alıcılara yüklənmiş, satılmış məhsulların uçotunun düzgün təşkili və alıcılarla hesablaşmaların dəqiq uçotunun aparılması
654.Hazır məhsulun uçotu qarşısında duran vəzifələrdən biridir?
A)məhsulların müəyyən olunmuş həcmdə, çeşiddə, keyfiyyətdə istehsalına nəzarətin təmin olunması
B)istehsal ehtiyatlarının saxlanmasına və hərəkətinə nəzarət
C)materialların tədarükü, daxil olması və buraxılması ilə əlaqədar sənədlərin düzgün və vaxtında rəsmiyyətə salınması
D)əmtəə-material dəyərlərinin istehsalda əsaslandırılmış normalar üzrə sərf olunmasına daimi nəzarətin təmin olunması
E)əmtəə-material satıcıları ilə hesablaşmaların vaxtında icra olunması
655.Hazır məhsulların uçotunun düzgün təşkil olunmasını təmin etmək üçün aşağıdakılardan hansı çox vacib məsələ hesab edilir?
A)müəssisənin istehsal etdiyi məhsulların nomenklaturasının tərtib olunması
B)müəssisənin istehsal etdiyi məhsulun qiymətinin müəyyən edilməsi
C)müəssisənin istehsal etdiyi məhsulun keyfiyyətinin müəyyən edilməsi
D)müəssisənin istehsal etdiyi məhsulun göndərilmə qrafikinin tərtib olunması
E)müəssisənin istehsal etdiyi məhsulun göndərilmə müddətinin müəyyən edilməsi
656.Hazır məhsullar müəssisə balansında hansı dəyərlə uçota alınır?
A))faktiki istehsal maya dəyəri ilə
B)sərbəst bazar qiyməti ilə
C)müqavilə qiyməti ilə
D)plan (normativ) maya dəyəri ilə
E)uçot qiyməti ilə
657.Hazır məhsul sintetik hesablarda və balansda hansı dəyərlə əks etdirilməlidir?
A)həqiqi maya dəyəri ilə
B)həqiqi istehsal məsrəfləri ilə
C)müqavilə qiymətlərlə
D)topdan qiymətlərlə
E)pərakəndə qiymətlərlə
658.Hazır məhsulun həqiqi maya dəyərini nə vaxt hesablamaq olar?
A)yalnız hesabat dövrünün (ayının) sonunda
B)yalnız keçmiş ilin sonunda
C)hesabat dövrünün əvvəlində
D)yalnız hesabat dövrünün ortalarında
E)düzgün cavab yoxdur
659.Alıcılara yüklənmiş hazır məhsullar hansı sənədlə rəsmiyyətə salınır?
A)qaimələr, qəbul-təhvil aktları
B)kassa mədaxil orderi
C)kassa məxaric orderi
D)memorial order
E)bank çıxarışı
660.Müəssisələrdə məhsulun buraxılması nə ilə rəsmiyyətə salınır?
A)qəbul-təhvil aktı ilə
B)qaimə ilə
C)kassa məxaric orderi ilə
D)memorial order
E)bank çıxarışı
661.Hazır məhsulların satışı ilə əlaqədar olaraq hesablaşmaların hansı formasından geniş istifadə olunur?
A)əvvəlcədən ödəmə -hesablaşma formasından
B)çeklər ilə olan hesablaşmalardan
C)akkreditivlər ilə olan hesablaşmalardan
D)veksellər ilə olan hesablaşmalardanE)
E)ödəmə-tələbnamə ilə olan hesablaşmalardan
662.Hağdsız hesablaşmaların əsas məqsədi nədən ibarətdir?
A) ödəmə dövriyyəsində nağd pulu əvəz etməkdir
B) pul vəsaitlərinin dövriyyəsinin sürətlənməsinə kömək etməkdir
C) material fondlarının hərəkətinə nəzarət etməkdir
D) tədavüldə olan pulların həcminin azalmasına şərait yaratmaqdır
E) müvəqqəti sərbəst pul vəsaitlərinin banklarda cəmləşməsinə imkan verməkdir
663.Pulların kassaya daxil olması və kassadan verilməsi hansı sənədlərlə rəsmiləşdirilir?
A)mədaxil və məxaric kassa orderləri ilə
B)qəbul-təhvil aktı ilə
C)istehsal-texniki sənədlər ilə
D)ilkin uçot sənədləri ilə
E)əmtəə-nəqliyyat qaiməsi ilə
Dostları ilə paylaş: |