Mühasibat uçotu” fənnindən test tapşırıqları (Düzgün cavablar “A” variantıdır) Müəllim: Yusubova Ş.Ə


Balansın aktivlər bölməsində vəsaitlərin növləri göstərir ki, bunun vasitəsilə hansı uçot üçün hər bir balans maddəsi üzrə aktiv hesablar açılır?



Yüklə 1,1 Mb.
səhifə6/9
tarix24.05.2018
ölçüsü1,1 Mb.
#51156
1   2   3   4   5   6   7   8   9

421.Balansın aktivlər bölməsində vəsaitlərin növləri göstərir ki, bunun vasitəsilə hansı uçot üçün hər bir balans maddəsi üzrə aktiv hesablar açılır?

A)cari uçot üçün

B)sintetik uçot üçün

C)analitik uçot üçün

D)subhesab üçün

E)düzgün cavab yoxdur


422.Təsərrüfat əməliyyatının bir hesabın debetində və iki hesabın kreditində əks olunması nə adlanır?

A)mürəkkəb yazılış

B)sadə yazılış

C)mücərrəd yazılış

D)əlavə yazılış

E)bütün cavablar düzdür


423.Təşkilatın fəaliyyət nəticələrinə operativ rəhbərlik etmək üçün nə tərtib edilir?

A)dövriyyə cədvəli

B)ikili yazılış

C)müxabirləşmə

D)sadə yazılış

E)düzgün cavab yoxdur


424.Ümumiləşdirilmiş məlumatlara əsasən neçə növdən ibarət olan dövriyyə cədvəli tərtib olunur?

A)2


B)5

C)3


D)6

E)4
425.Hansı hesablarda ilk qalığın üzərinə debet üzrə dövriyyəni əlavə edib kredit üzrə dövriyyəni çıxmaqla son qalıq müəyyən edilir?

A)aktiv hesablarda

B)passiv hesablarda

C)aktiv-passiv hesablarda

D)subhesablarda

E)düzgün cavab yoxdur
426.51 dt 92 kt yazılışı nəyi ifadə edir?

A)uzunmüddətli bank kreditinin hesablaşma hesabına daxil olmasını

B)hazır məhsulun anbara mədaxilini

C)işçilərə əmək haqqı verilməsini

D)müştəridən avans alındığını

E)heç birini


427.60 dt 92 kt yazılışı nəyi ifadə edir?

A)malsatan və podratçılara olan borcun bank krediti hesabına ödənilməsini

B)hazır məhsulun anbara mədaxilini

C)işçilərə əmək haqqı verilməsini

D)müştəridən avans alındığını

E)heç birini


428.01 dt 60 kt yazılışı nəyi ifadə edir?

A)malsatanlardan quraşdırılması tələb olunan avadanlığın alınmasını

B)hazır məhsulun anbara mədaxilini

C)işçilərə əmək haqqı verilməsini

D)müştəridən avans alındığını

E)heç birini


429.81 dt 68 kt yazılışı nəyi ifadə edir?

A)mənfəət vergisinin hesablandığını

B)hazır məhsulun anbara mədaxilini

C)işçilərə əmək haqqı verilməsini

D)müştəridən avans alındığını

E)heç birini


430.75 dt 68 kt yazılışı nəyi ifadə edir?

A)təsisçilərdən gəlir vergisinin hesablandığını

B)hazır məhsulun anbara mədaxilini

C)işçilərə əmək haqqı verilməsini

D)müştəridən avans alındığını

E)heç birini


431.Hazırda hesabların təsnifatı hansı əlamətə görə aparılır?

A)iqtisadi məzmununa görə, təyinatına və quruluşuna görə

A)iqtisadi məzmununa görə

B)təyinatına görə

C)quruluşuna görə

D)formasına görə

E)obyektinə görə
432.Hər bir hesabın iqtisadi məzmunu nə ilə təyin olunur?

A)uçotun konkret obyekti ilə

B)uçotun konkret təyinatı ilə

C)uçotun forması ilə

D)uçotun quruluşu ilə

E)uçotun məqsədi ilə


433.Mühasibat uçota hesabları iqtisadi məzmununa görə hansı qruplara bölünür?

A)müəssisənin təsərrüfat vəsaitlərini, vəsaitin əmələ gəlmə mənbələrini və təsərrüfat proseslərini uçota alan hesablara

B)əsas və nizamlayıcı hesablara

C)nizamlayıcı və əməliyyat hesablarına

D)passiv, əsas və əməliyyat hesablarına

E)aktiv, kontrar və əlavə hesablara


434.Hansı təsərrüfat vəsaitlərini uçota alan hesablara aid deyildir?

A)xüsusi vəsait mənbələrini uçota alan hesablar

B)pul vəsaitlərini uçota alan hesablar

C)uzunmüddətli maliyyə qoyuluşları hesabı

D)istehsal ehtiyatlarını uçota alan hesablar

E)hazır məhsulları, malları və i.a. uçota alan hesablar


435.Hansı vəsaitlərin əmələ gəlmə mənbələri hesablarına aid deyildir?

A)təchizat prosesini uçota alan müəssisələr

B)xüsusi vəsait mənbələrini uçota alan hesablar

C)xüsusi təyinat mənbəli hesablar

D)bank kreditləri hesabı

E)kreditorlarla hesablaşmaları uçota alan hesablar


436.Hansı vəsaitlərin əmələ gəlmə mənbələri hesablarına aiddir?

A)bank kreditləri hesabı

B)pul vəsaitlərini uçota alan hesablar

C)uzunmüddətli maliyyə qoyuluşları hesabı

D)istehsal ehtiyatlarını uçota alan hesablar

E)hazır məhsulları, malları və i.a. uçota alan hesablar


437.Aşağıdakılardan hansı təchizat prosesini uçota alan hesablara aiddir?

A)materiallar hesabı

B)istehsalat məsrəfləri hesabı

C)köməkçi istehsalat hesabı

D)ümumtəsərrüfat xərcləri hesabı

E)ümumistehsalat xərcləri


438.Aşağıdakılardan hansı satış prosesini uçota alan hesablara aiddir?

A)əsas vəsaitlərin satışı və sair xaricolmalar

B)istehsalat məsrəfləri hesabı

C)köməkçi istehsalat hesabı

D)ümumtəsərrüfat xərcləri hesabı

E)ümumistehsalat xərcləri


439.Hansı əsas aktiv hesablardan biridir?

A)qeyri-maddi aktivlər

B)nizamnamə kapitalı

C)ehtiyat kapitalı

D)əlavə kapital

E)qısa və uzunmüddətli borclar


440.Fondların vəziyyətinin və dəyişilməsinin, alınmış maliyyələşmənin, müəssisənin öhdəliklərinin və kreditorlarla hesablaşmaların uçotu üçün tətbiq edilən hesablar hansı hesablardır?

A)passiv hesablar

B)aktiv hesablar

C)aktiv-passiv hesablar

D)nizamlayıcı hesablar

E)əməliyyat hesabları


441.Aşağıdakılardan hansı əsas passiv hesablardan biridir?

A)ehtiyat kapitalı

B)torpaq, tikili və avadanlıq (əsas vəsaitlər)

B)qeyri-maddi aktivlər

C)uzunmüddətli maliyyə qoyuluşları

D)bankdakı hesablaşma hesabı

E)valyuta hesabı
442.Əsas hesablarda əks etdirilən, müəssisənin maddi vəsaitlərinin və ya onların əmələ gəlmə mənbələrinin məbləğinin artırılması üçün tətbiq edilən hesablar hansı hesablardır?

A)əlavə hesablar

B)kontrar hesablar

C)kontrar-əlavə hesablar

D)əməliyyat hesabları

E)kalkulyasiya hesabları


443.Təsərrüfat proseslərini əks etdirmək və onun həyata keçirilməsinə nəzarət etmək üçün nəzərdə tutulmuş hesablara nə deyilir?

A)əməliyyat hesabları

B)əlavə hesablar

C)kontrar hesablar

D)kalkulyasiya hesabları

E)düzgün cavab yoxdur


444.Əməliyyat hesabları hansı hesablara ayrılır?

A)bölüşdürücü, kalkulyasiya və nəticə hesablarına

B)əsas, nizamlayıcı və əməliyyat hesablarına

C) kontrar, əlavə və kontrar-əlavə hesablara

D)əsas vəsait, dövriyyə və dövriyyədənkənar vəsait hesablara

E)hazır məhsul, pul vəsaitləri və hesablaşmalar hesabına


445.Ayrı-ayrı xərcləri toplamaq və onları müxtəlif uçot obyektləri arasında bölüşdürmək üçün olan hesablar hansı hesablardır?

A)bölüşdürücü hesablar

B)kalkulyasiya hesabları

C)nəticə hesabları

D)əlavə hesablar

E)kontrar hesablar


446.Məhsul istehsalı ilə əlaqədar olan məsrəflərin ümumi məbləğini hesablamaq və həqiqi maya dəyərini təyin etmək üçün istifadə edilən hesablar hansıdır?

A)kalkulyasıya edici hesablar

B)bölüşdürücü hesablar

C)əsas hesablar

C)nizamlayıcı hesablar

E)müqayisəedici hesablar


447.Müəssisənin təsərrüfat proseslərindən alınan nəticəni aşkara çıxarmaq üçün istifadə edilən hesablar hansı hesablardır?

A)müqayisəedici hesablar

B)kalkulyasiya hesabları

C)bölüşdürücü hesablar

D)əlavə hesablar

E)kontrar hesablar


448.Təsərrüfat vəsaitlərinin qiymətini və ya onların mənbələrinin məbləğini dəqiqləşdirmək üçün istifadə edilən hesablar:

A)müqayisə edici hesablar

B)kalkulyasıya edici hesablar

C)bölüşdürücü hesablar

D)əsas hesablar

E)nizamlayıcı hesablar


449.Müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrini aşkara çıxarmaq üçün istifadə edilən hesablar hansı hesablardır?

A)nəticə hesabları

B)kalkulyasiya hesabları

C)bölüşdürücü hesablar

D)əlavə hesablar

E)kontrar hesablar


450.Təsərrüfat əməliyyatlarının iqtisadi məzmununa görə müəssisənin vəsaitlərinin uçotu üçün olan hesablar hansı hesablara ayrılır?

A)əsas vəsait, dövriyyə vəsaitləri və dövriyyədənkənar vəsaitlər hesablarına

B)bölüşdürücü, kalkulyasiya və nəticə hesablarına

C)əsas, nizamlayıcı və əməliyyat hesablarına

D)kontrar, əlavə və kontrar-əlavə hesablara

E)hazır məhsul, pul vəsaitləri və hesablaşmalar hesabına


451.Dövriyyə vəsaitləri və istehsalat proseslərinin uçotu üçün hansı hesablar tətbiq edilir?

A)istehsal ehtiyatları, istehsal prosesləri və tədavül prosesləri hesablarına

B)əsas vəsait, dövriyyə və dövriyyədənkənar vəsaitlər hesablarına

C)bölüşdürücü, kalkulyasiya və nəticə hesablarına

D)əsas, nizamlayıcı və əməliyyat hesablarına

E)hazır məhsul, pul vəsaitləri və hesablaşmalar hesabına


452.Müəssisənin kassada və bankdakı hesablarda olan pul vəsaitlərinin miqdarını və hərəkətini əks etdirmək üçün olan hesablar hansıdır?

A)pul vəsaitləri hesabları

B)hazır məhsul hesabları

C)əsas hesablar

D)nizamlayıcı hesablar

E)əməliyyat hesabları


453.Tədavül prosesində vəsaitlərin uçotu üçün olan hesablar hansı hesablara ayrılır?

A)hazır məhsul, mallar və satış hesablarına, pul vəsaitləri və hesablaşmalar hesabına

B)istehsal ehtiyatları, istehsal prosesləri və tədavül prosesləri hesablarına

C)əsas vəsait, dövriyyə və dövriyyədənkənar vəsaitlər hesablarına

D)bölüşdürücü, kalkulyasiya və nəticə hesablarına

E)əsas, nizamlayıcı və əməliyyat hesablarına


454.Vəsaitlərin mənbələrinin miqdarı, hərəkəti və onların məqsədli təyinatlarının uçotu üçün olan hesablar hansı hesablara bölünür?

A)xüsusi vəsaitlərin mənbələri və cəlb edilmiş vəsaitlərin mənbələri hesablarına

B)istehsal ehtiyatları, istehsal prosesləri və tədavül prosesləri hesablarına

C)əsas vəsait, dövriyyə və dövriyyədənkənar vəsaitlər hesablarına

D)bölüşdürücü, kalkulyasiya və nəticə hesablarına

E)əsas, nizamlayıcı və əməliyyat hesablarına


455.Mühasibat uçotunun metodoloji prinsiplərinin tənzimlənməsi kimə həvalə olunmuşdur?

A)Maliyyə Nazirliyinə

B)İqtisadiyyat Nazirliyinə

C)Nazirlər Kabinetinə

D)Vergilər Nazirliyinə

E)Mərkəzi Banka


456.Təsərrüfat fəaliyyətini əks etdirmək üçün lazım olan hesabların və subhesabların sistemləşdirilmiş siyahısına nə deyilir?

A)hesablar planı

B)istehsal planı

C)təchizat planı

D)maliyyə planı

E)satış planı


457.Yeni hesablar planında sintetik hesabların kodlaşdırılması üçün əvvəlkindən fərqli olaraq neçə rəqəmli seriyalı sıra kodlarından istifadə edilmişdir?

A)üçrəqəmli

B)iki rəqəmli

C)birrəqəmli

D)dördrəqəmli

E)beşrəqəmli


458.İlkin müşahidə aşağıdakılardan birini əhatə etmir?

A)istehsal ehtiyatlarının səviyyəsini

B)təsərrüfat həyatı hadisələrinin qiymətləndirilməsi və onların meyarlarının seçilməsini

C)uçotda əks etdirilən obyektlərin və hadisələrin birmənalı elan edilməsini

D)təsərrüfat həyatı hadisələrinin müşahidəsi və dəyişməsini eyni zamanda rəsmiyyətə salınmasını

E)sonradan işləmək üçün təsərrüfat həyatı hadisələrinə müşahidə edilməsinə və düzgün ifadə olunmasına nəzarət üsullarını


459.Aşağıdakılardan hansını ilkin müşahidə əhatə edir?

A)hamısını

B)təsərrüfat həyatı hadisələrinin qiymətləndirilməsi və onların meyarlarının seçilməsini

C)uçotda əks etdirilən obyektlərin və hadisələrin birmənalı elan edilməsini

D)təsərrüfat həyatı hadisələrinin müşahidəsi və dəyişməsini eyni zamanda rəsmiyyətə salınmasını

E)sonradan işləmək üçün təsərrüfat həyatı hadisələrinə müşahidə edilməsinə və düzgün ifadə olunmasına nəzarət üsullarını


460.Nəyin əsasında maddi, əmək və maliyyə ehtiyatlarının hərəkəti üzərində daimi nəzarət təmin olunur?

A)tərtib olunmuş sənədlər əsasında

B)aparılan müşahidə əsasında

C)aparılan sorğular əsasında

D)təhlil əsasında

E)toplanılan məlumatlar əsasında


461.Nə zaman sənədlərin tərtibinə başlanılır?

A)ilkin müşahidə aparıldıqdan sonra

B)ilkin sorğu aparıldıqdan sonra

C)ilkin eksperiment aparıldıqdan sonra

D)ilkin yazılış aparıldıqdan sonra

E)düzgün cavab yoxdur


462.Mühasibat uçotunda təsərrüfat prosesləri zamanı baş verən əməliyyatlar üzərində müşahidə aparmaq üçün əsas üsul nədir?

A)mühasibat sənədləri

B)ikili yazılış

C)mühasibat maddələri

D)inventarlaşma

E)analitik təhlil


463.Mühasibat uçotunun düzgün təşkil edilməsinin əsas şərtlərindən biri nədir?

A)hər bir təsərrüfat əməliyyatının sənədlə rəsmiyyətə salınmasıdır

B)məhsul göndərilməsi üzərində nəzarətin həyata keçirilməsidir

C)məhsul satışı növbəliliyinin müəyyən edilməsidir

D)istehsal əməliyyatları haqqında məlumatların qruplaşdırılmasıdır

E)düzgün cavab yoxdur


464.Mühasibat sənədi hansı işlərin təsdiq olunmuş formasıdır?

A)icra olunmuş təsərrüfat əməliyyatlarının və uçot yazılışlarının təsdiq olunması formasıdır

B)icra olunmuş təsərrüfat əməliyyatlarının təsdiq olunması formasıdır

C)icra olunmuş uçot yazılışlarının təsdiq olunması formasıdır

D)təsərrüfat əməliyyatlarının aparılması üçün rəhbərliyin göstərişinin təsdiq olunması formasıdır

E)təsərrüfat əməliyyatlarının qanunun tələblərinə uyğun icrasının təsdiq olunması formasıdır


465.Bütün təsərrüfat əməliyyatlarının düzgün və öz vaxtında sənədlə rəsmiyyətə salınması mühasibat uçotunun hansı mərhələsidir?

A)başlanğıc mərhələsi

B)hazırlıq mərhələsi

C)sonrakı mərhələsi

D)perspektiv mərhələsi

E)düzgün cavab yoxdur


466.Sənədlər sənədləşmə kimi hansı anlayışlar ilə sıx əlaqədardır?

A)unifikasiya, standartlaşdırma və sənəd dövriyyəsi ilə

B)unifikasiya və standartlaşdırma ilə

C)unifikasiya və sənəd dövriyyəsi ilə

D)standartlaşdırma və sənəd dövriyyəsi ilə

E)düzgün cavab yoxdur


467.Eyni tipli sənədlərin blanklarına bir cür ölçünün verilməsi nə adlanır?

A)sənədlərin standartlaşdırılması

B)sənədlərin unifikasiyası

C)sənəd dövriyyəsi

D)ilkin müşahidə

E)düzgün cavab yoxdur


468.Nə təsərrüfata rəhbərlik üçün nəzarət vasitəsidir?

A)sənədləşmə

B)ilkin müşahidə

C)standartlaşdırma

D)unifikasiya

E)düzgün cavab yoxdur


469.Sənədləşmə müəssisənin idarə edilməsində hansı nəzarət üçün geniş istifadə olunur?

A)qabaqcadan, cari və sonrakı nəzarət üçün

B)qabaqcadan nəzarət üçün

C)cari və ilkin nəzarət üçün

D)sonrakı nəzarət üçün

E)ilkin nəzarət üçün


470.Qabaqcadan nəzarət kim tərəfindən aparılır?

A)müəssisə rəhbərləri tərəfindən

B)müəssisənin fəhlələri tərəfindən

C)sex rəisləri tərəfindən

D)bölmə rəhbəri tərəfindən

E)düzgün cavab yoxdur


471.Uçot prosesində və maliyyə-təsərrüfat fəaliyyətinin təhlilində aparılan nəzarət hansı nəzarətdir?

A)cari nəzarət

B)qabaqcadan nəzarət

C)sonrakı nəzarət

D)operativ nəzarət

E)düzgün cavab yoxdur


472.Əsasən təftiş formasında, hesabat işçilərinin sənədlərinin yoxlanılması yolu ilə aparılan nəzarət hansı nəzarətdir?

A)sonrakı nəzarət

B)cari nəzarət

C)qabaqcadan nəzarət

D)operativ nəzarət

E)düzgün cavab yoxdur


473.Təsərrüfat əməliyyatlarını xarakterizə edən, sənəddə qeyd olunan və ona hüquqi qüvvə verən göstəricilərə nə deyilir?

A)sənədlərin rekvizitləri

B)sənədlərin unifikasiyası

C)sənədlərin standartlaşdırılması

D)sənəd dövriyyəsi

E)düzgün cavab yoxdur


474.Sənəd dövriyyəsində qabaqcadan nəzərdə tutmaq lazımdır? ?

A)hamısı


B)ilkin sənədlərin adı

C)sənədləri tərtib edən, imzalayan və yazılış aparan şəxs

D)sənədlərin mühasibata verilmə vaxtı və cavabdeh şəxs

E)sənədi qəbul edən, yoxlayan və nəzarət edən şəxs


475.İlkin uçot sənədlərinə kim tərəfindən nəzarət edilir?

A)Maliyyə Nazirliyi

B)İqtisadi İnkişaf Nazirliyi

C)Nazirlər Kabineti

D)İqtisadiyyat Nazirliyi

E)Mərkəzi Bank


476.Sənəd dövriyyəsini təşkili iqtisadi subyektlərdən kimə həvalə edilmişdir?

A)baş mühasibə

B)baş mühəndisə

C)baş menecmenta

D)baş mexanikə

E)baş iqtisadçıya


477.Müəssisədə mühasibat uçotunun təşkilinə kim cavabdehdir?

A)müəssisə rəhbəri

B)baş mühəndis

C)baş texnoloq

D)baş mühasib

E)baş iqtisadçı


478.Bu və ya başqa təsərrüfat əməliyyatını aparmaq üçün göstəriş olan sənədlərə nə deyilir?

A)sərəncamverici sənədlər

B)icraedici sənədlər

C)mühasibatda rəsmiyyətə salımnan sənədlər

D)kombinələşmioş sənədlər

E)ilk sənədlər


479.Mühasibat işçiləri tərəfindən sərəncamverici və icraedici sənədlərə əsasən tərtib edilən sənədlər hansı sənədlərdir?

A)mühasibatlıqda rəsmiyyətə salınan sənədlər

B)icraedici sənədlər

C)sərəncamverici sənədlər

D)kombinələşmiş sənədlər

E)ilk sənədlər


480.Aşağıdakılardan biri mühasibatlıqda rəsmiyyətə salınan sənədlərdən biridir?

A)xərclərin bölüşdürülməsi cədvəlləri

B)çeklər

C)tədiyə tapşırıqları

D)əmrlər

E)etibarnamələr


481.Aparılmış əməliyyatları rəsmiyyətə salan, onların baş verməsi faktını təsdiq edən sənədlər hansı sənədlərdir?

A)icraedici sənədlər

B)sərəncamverici sənədlər

C)mühasibatda rəsmiyyətə salımnan sənədlər

D)kombinələşmioş sənədlər

E)ilkin sənədlər


482.Mühasibat işçiləri tərəfindən sərəncamverici və icraedici sənədlərə əsasən tərtib edilən sənədlər hansı sənədlərdir?

A)mühasibatlıqda rəsmiyyətə salınan sənədlər

B)icraedici sənədlər

C)sərəncamverici sənədlər

D)kombinələşmiş sənədlər

E)ilk sənədlər


483.İki və ya hətta üç növ sənədə xas olan vəzifələri eyni bir vaxtda yerinəı yetirilən sənədlərə nə deyilir?

A)kombinələşmiş sənədlər

B)icraedici sənədlər

C)sərəncamverici sənədlər

D)mühasibatda rəsmiyyətə salımnan sənədlər

E)ilk sənədlər


484.Tərtib edilmə qaydasına görə sənədlər hansı sənədlərə ayrılır?

A)ilk və icmal sənədlərə

B)sərəncamverici və kombinələşdirilmiş sənədlərə

C)material, pul və hesablaşma sənədlərinə

D)birdəfəlik və yığma sənədlərə

E)daxili və xarici sənədlərə


485.Təsərrüfat əməliyyatları baş verdiyi vaxtda tərtib edilən sənədlər nə adlanır?

A)ilk sənədlər

B)icmal sənədlər

C)icraedici sənədlər

B)sərəncamverici sənədlər

C)mühasibatda rəsmiyyətə salımnan sənədlər


486.Əvvəllər tərtib edilmiş bir neçə oxşar ilk sənədə əsasən tərtib edilən sənədlər hansı sənədlərdir?

A)icmal sənədlər

B)ilk sənədlər

C)icraedici sənədlər

D)sərəncamverici sənədlər

E)mühasibatda rəsmiyyətə salımnan sənədlər


487.Aşağıdakılardan biri icmal sənədlərə aid deyildir?

A)qaimələr

B)avans hesabatı

C)qruplaşdırma və toplayıcı cədvəllər

D)kassa hesabatı

E)hesablardan bank çıxarışı


488.Aşağıdakılardan biri icmal sənədlərə aiddir?

A)kassa hesabatı

B)qaimələr

C)hesab-ödəmə tələbnamələri

D)əsas vəsaitlərin mədaxili və çıxması aktları

E)materialların buraxıılmasına sexlərin tərtib etdikləri tələbnamələri


489.Aşağıdakılardan biri ilk sənədlərə aiddir?

A)hesab-ödəmə tələbnamələri

B)avans hesabatı

C)qruplaşdırma və toplayıcı cədvəllər

D)kassa hesabatı

E)hesablardan bank çıxarışı


490.Təsərrüfat əməliyyatlarının məzmununa görə sənədlər hansı sənədlərə ayrılır?

A)material, pul və hesablaşma sənədlərinə

B)daxili və xarici sənədlərə

C)sərəncamverici və kombinələşdirilmiş sənədlərə

D)birdəfəlik və yığma sənədlərə

E)ilk və icmal sənədlərə


491.Vəsaitlərin və əmək əşyalarının mövcudluğunu və hərəkətini əks etdirən sənədlər necə adlanır?

A)material sənədləri

B)icmal sənədlər

C)birdəfəlik sənədlər

D)sərəncamverici sənədlər

E)kombinələşmiş sənədlər


492.Aşağıdakılardan biri material sənədlərinə aid deyildir?

A)bank çıxarışları

B)qaimələr

C)hesab-fakturalar

D)hesablamalar və cədvəllər

E)əsas vəsaitlərin qəbulu və təhvili aktları


493.Çeklər, bank çıxarışları, kassa mədaxil və məxaricləri, poçt və veksel markaları, istiqrazlar və s. hansı sənədlərə aiddir?

A)pul sənədlərinə

B)material sənədlərinə

C)hesablaşma sənədlərinə

D)birdəfəlik sənədlərə

E)yığma sənədlərə


494.Aşağıdakılardan hansı pul sənədlərinə aid deyildir?

A)hesablamalar və cədvəllər

B)çeklər

C)bank çıxarışları

D)kassa mədaxil və məxaricləri

E)istiqrazlar


495.Pul sənədləri hansı vəsaitlərin hərəkətini göstərir?

A)pul vəsaitlərinin hərəkətini

B)əsas vəsaitlərin hərəkətini

C)istehsal ehtiyatlarının hərəkətini

D)əmək ehtiyatlarının hərəkətini

E)maddi ehtiyatların hərəkətini


496.Pul sənədlərinin köməyi ilə hansı əməliyyatlar uçota alınır?

A)kassa və bank əməliyyatları

B)istehsal əməliyyatları

C)texnoloji əməliyyatlar

D)təchizat əməliyyatları

E)satış əməliyyatları


497.Banklar vasitəsilə aparılan hesablamaları rəsmiyyətə salmaq üçün nəzərdə tutulan sənədlər hansı sənədlərdir?

A)bank sənədləri

B)qaimələr

C)hesab-fakturalar

D)hesablamalar və cədvəllər

E)zabor-vərəqələr


498.Aşağıdakılardan hansı bank sənədlərindən biridir?

A)çeklər


B)poçt və veksel sənədləri

C)istiqrazlar

D)əmanət sertifikatları

E)kassa mədaxil və məxaric orderləri


499.Fiziki və hüquqi şəxslərlə hesablaşmaları əks etdirən sənədlər hansı sənədlərdir?

A)hesablaşma sənədləri

B)material sənədləri

C)poçt sənədləri

D)birdəfəlik sənədlər

E)yığma sənədlər


500.Ödəmə tapşırıqları, hesablaşma çekləri, ödəmə tələbnamələri, avans hesabatları və s. hansı sənədlərə aid edilir?

A)hesablaşma sənədlərinə

B)material sənədlərinə

C)birdəfəlik sənədlərə

D)pul sənədlərə

E)yığma sənədlərə


501.Aşağıdakılardan hansı hesablaşma sənədlərinə aid deyildir?

A)ödəmə tələbnamələri

B)çeklər

C)bank çıxarışları

D)kassa mədaxil və məxaricləri

E)istiqrazlar


502.Əmanətlərin əhatə etmə üsuluna görə sənədlər hansı sənədlərə ayrılır?

A)birdəfəlik və yığma sənədlərə

B)sərəncamverici və kombinələşdirilmiş sənədlərə

C)material, pul və hesablaşma sənədlərinə

D)daxili və xarici sənədlərə

E)ilk və icmal sənədlərə


503.Eyni vaxtda bir və yaxud bir neçə əməliyyatı rəsmiyyətə salmaq üçün nəzərdə tutulan sənədlər necə adlanır?

A)birdəfəlik sənədlər

B)icmal sənədlər

C)sərəncamverici sənədlər

D)kombinələşmiş sənədlər

E)material sənədləri


504.Aşağıdakılardan hansı birdəfəlik sənədlərə aiddir?

A)hesab fakturaları

B)ödəmə tapşırıqları

C)hesablaşma çekləri

D)ödəmə tələbnamələri

E)avans hesabatları


505.Müəyyən dövr keçdikdən sonra təkrar olunan oxşar əməliyyatları rəsmiyyətə salmaq üçün nəzərdə tutulan sənədlər necə adlanır?

A)yığma sənədləri

B)sərəncamverici sənədlər

C)kombinələşmiş sənədlər

D)material sənədləri

E)icmal sənədləri


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin