Mühasibat uçotu haqqında


MALİYYƏ (MÜHASİBAT) HESABATI



Yüklə 207,37 Kb.
səhifə3/3
tarix22.10.2017
ölçüsü207,37 Kb.
#9156
1   2   3

MALİYYƏ (MÜHASİBAT) HESABATI

 

Maddə 31. Maliyyə (mühasibat) hesabatlarının tərkibi



1. Müəssisələrin (büdcə idarələrindən başqa) maliyyə hesabatlarının tərkibi əsasən mühasibat balansından və ona əlavə edilən maliyyə nəticələri (mənfəət və zərərlər) və onların istifadəsi, əmlakın, fondların, dövriyyə vəsaitlərinin, xüsusi kapitalın, pul vəsaitlərinin, qeyri-maddi aktivlərin, maliyyə və kapital qoyuluşlarının və sair aktiv və passivlərin hərəkəti haqqında hesabatlardan ibarətdir.

Bu hesabatlara, mühasibat uçotu standartlarına müvafiq olaraq başqa hesabat formaları və izahatlar əlavə edilə bilər.

Balansın aktiv və passiv maddələri arasında qarşılıqlı əvəz-etmələr (ödənişlər) aparmaq qadağandır.

Maliyyə (mühasibat) hesabatlarının nümunəvi formaları və onların doldurulması qaydaları Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının nazirlik və baş idarələri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılığı ilə nümunəvi formalara əlavə olaraq öz sistemlərindəki müəssisələrin spesifikasına uyğun xüsusiləşdirilmiş mühasibat hesabatı formaları müəyyən edə bilər.

2.   Bank, sığorta, vergi və digər dövlət orqanları ilkin uçotun aparılması barədəki təlimatları, mühasibat (maliyyə) hesabatlarını, onların doldurulması qaydalarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılığı ilə təsdiq edir.

3.   Müəssisələr maliyyə (mühasibat) hesabatlarına əlavə etdikləri izahatlarda istehsalat, maliyyə-təsərrüfat fəaliyyətinin tam və aydın təhlilini və növbəti hesabat ilində özlərinin uçot siyasətindəki dəyişikliklər barədə məlumatları əks etdirirlər.

Maddə 32. hesabat dövrü

Bütün müəssisələr üçün hesabat ili 1 yanvardan 31-i dekabr da daxil olmaqla olan dövr sayılır. İl ərzində yeni; yaradılan müəssisələr üçün birinci hesabat ili onların hüquqi şəxs statusuna malik olduğu tarixdən 31-i dekabr da( daxil olmaqla olan dövr, 1 oktyabrdan sonra yeni yaradılmış (ləğv edilmiş, yenidən qurulmuş müəssisələr və onların struktur bölmələrinin bazası əsasında olmayan) müəssisələr üçün isə növbəti ilin 31-i dekabrı da daxil olmaqla olan dövr sayılır.

Maddə 33. Maliyyə (mühasibat) hesabatlarında düzəlişlərin aparılması

Mühasibat hesabatlarındakı məlumatlar sintetik və analitik uçot məlumatlarına əsaslanır.

Kiriş balansının məlumatları hesabat dövründən əvvəlki dövrün təsdiq edilmiş yekun balansının məlumatlarına uyğun olmalıdır hesabat ilinin 1 yanvarına kiriş balansı dəyişilərsə, onun səbəbləri aydınlaşdırılmalıdır. İstər cari, istərsə də keçmiş ilə aid olan mühasibat hesabatlarındakı dəyişikliklər (hesabatlar təsdiq edildikdən sonra) aşkar edilərsə, o zaman düzəlişlər məlumatların təhrif olunduğu aşkar edilmiş hesabat dövrü üçün tərtib edilmiş hesabatda aparılır. Mühasibat uçotu hesabatında səhvlərin düzəldilməsi düzəlişin tarixi göstərilməklə onu imzalayan şəxslərin imzası ilə təsdiq edilir.

Maddə 34. Maliyyə (mühasibat) hesabatlarının təqdim edilmə qaydası

1. Müəssisənin hesabat dövründəki (ay, rüb, il) mühasibat (maliyyə) hesabatı uçot prosesinin yekun mərhələsidir. Orada əmlakın dövriyyə vəsaitlərinin, qeyri-maddi aktivlərin və ümumən balans maddələri üzrə aktiv və passivlərin hərəkəti, maliyyə vəziyyəti və təsərrüfat fəaliyyətinin nəticələri artan yekunla əks etdirilir.

Müəssisə (xarici investisiyalı müəssisələr istisna olunmaqla) rüblük və illik mühasibat hesabatlarını aşağıdakı orqanlara təqdim edir:

mülkiyyətçilərə (iştirakçılara, təsisçilərə, təsis sənədlərinə uyğun olaraq);

dövlət vergi müfəttişliyi orqanlarına;

dövlət statistika orqanlarına;  

Azərbaycan Respublikası qanunvericiliyi ilə müəssisənin, fəaliyyətinin ayrı-ayrı tərəflərinin yoxlanılması və müvafiq hesabatların alınması həvalə edilmiş digər dövlət orqanlarına.

Tam və qismən dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələr rüblük və illik maliyyə (mühasibat) hesabatlarını bu Qanunda nəzərdə tutulmuş orqanlarla bərabər, həmçinin dövlət və bələdiyyə əmlakını idarə etmək səlahiyyətində olan orqanlara da təqdim edirlər.

Müəssisələrin maliyyə (mühasibat) hesabatlarının başqa ünvanlara göndərilməsi təsisedici sənədlərdə və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduqda həyata keçirilir.

2.  Vergi deklarasiyası və digər vergi hesabatları müəssisənin yerləşdiyi ərazi üzrə vergi müfəttişliyinə təqdim olunur.

3.  Müəssisələr rüblük maliyyə (mühasibat) hesabatlarını rüb başa çatdıqdan sonra 30 gündən, illik maliyyə (mühasibat) hesabatlarını isə il başa çatdıqdan sonra 90 gündən gec olmayaraq təqdim edirlər.

4.  Büdcə idarələri aylıq, rüblük və illik maliyyə hesabatlarını yuxarı orqanlara onlar tərəfindən müəyyən olunmuş müddətlərdə təqdim edirlər.

Göstərilən müddətlər daxilində maliyyə (mühasibat) hesabatlarının dəqiq təqdim olunma müddətini müəssisənin təsisçiləri (iştirakçıları) və ya tabe olduqları yuxarı orqanlar, yaxud hesabat almaq hüququ olan dövlət orqanları müəyyən edir.

Xarici investisiyalı müəssisələr illik maliyyə (mühasibat) hesabatını hesabat ilindən sonrakı mart ayının 15-nə, təsisedici sənədlərdə nəzərdə tutulmuş qaydada müəssisənin hər bir iştirakçısına (sahibkarına), dövlət vergi müfəttişliyi orqanlarına və dövlət statistika orqanlarına təqdim edirlər.

5.  Büdcədən maliyyələşən nazirliklər, baş idarələr və digər idarəetmə orqanları büdcə idarələrinin xərc smetalarının icrası haqqında aylıq, rüblük və illik icmal maliyyə (mühasibat) hesabatlarını müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinə onun tərəfindən müəyyən edilmiş müddətlərdə təqdim edirlər.

Azərbaycan Respublikasının nazirlikləri və baş idarələri onların tabeliyindəki təşkilatlar üzrə icmal rüblük mühasibat hesabatlarını hesabat dövrü qurtardıqdan sonra 45 gündən gec olmayaraq, illik mühasibat hesabatlarını isə hesabat ilindən sonrakı aprel ayının 25-dən gec olmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə və Baş Dövlət Vergi Müfəttişliyinə təqdim edirlər.                                                                                                                      

Maddə 35. Maliyyə (mühasibat) hesabatlarının nəşri

Müəssisənin maliyyə (mühasibat) hesabatları, onların doğru və düzgünlüyü müstəqil hüququ olan müvafiq nəzarətedici orqanlar tərəfindən təsdiq edildikdən sonra hüquqi və fiziki şəxslər, habelə bütün marağı olan istifadəçilər, iştirakçılar və başqa orqanlar üçün açıq nəşr edilə bilər.

Maddə 36 Ləğv olunmuş müəssisələrin maliyyə (mühasibat) hesabatları

1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş qaydada ləğv edilən müəssisə (müflisləşmə, könüllü ləğv və digər əsaslar) məhkəmənin müflisləşməni elan etdiyi tarix, yaxud ləğv haqqında qərar qəbul olunarkən müəyyən edilmiş tarix üçün yekun icmal maliyyə (mühasibat) hesabatını tərtib, edir.

Müəssisələrin ləğvi üzrə əməliyyatların uçotuna, ləğv balansı və maliyyə (mühasibat) hesabatlarının tərtibinə görə məsuliyyəti müəssisənin ləğvini aparan ləğv komissiyası daşıyır.

Müəssisənin əmlakı ləğv komissiyasının təyin etdiyi qiymətlərlə (yəni əmtəələrin vəziyyətinin faktiki mümkün satış qiyməti nəzərə alınmaqla) əks etdirilir.

Ümidsiz borclar və zərərlər ləğv balansına daxil edilmir.

Ləğv olunan müəssisələrin öhdəlikləri dəqiqləşdirilir və ləğv balansında, ödəniş günündən başlayaraq bölgü üzrə bərabər faizlərlə əks etdirilir.

 

VII fəsil



MÜHASİBAT UÇOTU VƏ HESABATLARININ TƏNZİMLƏNMƏSİ

 

Maddə 37. Mühasibat uçotu və hesabatlarının tənzimlənməsini həyata keçirən orqanlar



1.   Azərbaycan Respublikasında vahid mühasibat uçot və hesabatı sistemi yaratmaq, onu daim inkişaf etdirmək, təkmilləşdirmək və bu işlərə nəzarət etmək müvafiq orqanların iştirakı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

2.   Azərbaycan Respublikası Milli Bankı, Dövlət Statistika Komitəsi, Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti, Baş Dövlət Vergi Müfəttişliyi və Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə digər orqanları Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşmaqla bankların, sığorta təşkilatlarının və bu kimi başqa dövlət orqanlarının, həmçinin spesifik funksiyaları yerinə yetirən digər təsərrüfat subyektlərinin mühasibat uçotu və hesabatlarını tənzimləyirlər.

3.   Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində bütün yeni normativ sənədlərin, onların forma və rekvizitlərinin yaradılması və yayılması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılığı olmadan həyata keçirilə bilməz.

Maddə 38. Mühasibat uçotu və hesabatlarının tənzimlənməsinin məqsəd və vəzifəsi

1.    Mühasibat uçOtu və hesabatlarının dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi Azərbaycan Respublikasında beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə və mühasibat uçotu standartlarına cavab verə bilən vahid mühasibat uçotu sisteminin formalaşmasından, bu sahədə onu müvafiq hüquqi və metodiki baza ilə, uçot və hesabat formaları ilə təmin etməkdən ibarətdir.

Mühasibat uçotu və hesabatlarının tənzimlənməsində məqsəd maraqlı hüquqi və fiziki şəxslərin müəssisənin əmlak və maliyyə vəziyyəti, mənfəəti və zərəri haqqında müqayisə edilə bilən məlumatlarla təminatından ibarətdir.

2.    Mühasibat uçotu və hesabatlarının tənzimlənməsinin əsas vəzifələri aşağıdakılardır:

a)     təsərrüfat prosesləri iştirakçılarının maraqlarının müdafiəçisi kimi birmənalı başa düşülən vacib və vahid mühasibat uçotu və hesabatlarının tərtibi üzrə mühasibat uçotu standartlarının yaradılması;

b)    dövlət orqanlarının, mülkiyyətçilərin və başqa istifadəçilərin mənafeləri üçün spesifik mühasibat informasiyasının yaradılmasının və ondan istifadənin hüquqi bazası kimi məcburi normativ göstərişlərinin müəyyən edilməsi;

v)     mühasibat uçotu və hesabatı ilə məşğul olan peşəkar işçilərin hüquqi vəziyyətinin müəyyən edilməsi;

q) beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə müvafiq olaraq milli mühasibat uçotu və hesabatlarının inkişaf etdirilməsi.

Maddə 39. Mühasiblərin ictimai birliyi

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq mühasiblərin maraqlarının müdafiəsi üçün onların ictimai birlikləri yaradıla bilər.

Maddə 40. Mühasibat uçotu standartlarına və qanunvericiliyinə riayət edilməsinə nəzarət

1. Azərbaycan Respublikasında mühasibat uçotu və onun standartları haqqında Azərbaycan Respublikası qanunvericiliyinə əməl olunmasına nəzarət Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, başqa dövlət orqanları, müəssisələrin müdiriyyəti və daxili nəzarətçiləri tərəfindən həyata keçirilir.

2.   Audit təşkilatlar və digər nəzarətedici orqanlar yoxlama keçirən zaman mühasibat uçotunun aparılmasını bu Qanuna, mühasibat uçotu standartlarına və digər normativ sənədlərə müvafiq olaraq yoxlayırlar.

3.   İcmal mühasibat (maliyyə) hesabatı tərtib edən nazirlik və baş idarələr tabeliklərində olan müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətini və mühasibat uçotunun vəziyyətini üç il ərzində azı bir dəfə təftiş edirlər.

4.   hüquqi şəxslər tabeliklərindəki (müstəqil balansa ayrılmış) nümayəndəliklərin, şöbələrin, istehsal sahələrinin, təsərrüfatların və digər bölmələrin mühasibat uçotuna daim nəzarət edir.

Maddə 41. Mühasibat uçotu qanunvericiliyinin pozulmasına görə məsuliyyət

1.   Bu Qanunu pozan, mühasibat uçotunun aparılmasından yayınan, mühasibat uçotu standartlarını düzgün tətbiq etməyən, habelə maliyyə hesabatını qəsdən təhrif edən hüquqi şəxslər və başqa təsərrüfat subyektləri barəsində Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş sanksiyalar tətbiq olunur.

2.   Bu Qanunun 9-cu maddəsinin 1-ci bəndinə və 12-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq mühasibat uçotunun aparılmasına görə məsuliyyət daşıyan şəxslər mühasibat uçotu haqqında qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti



Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 24 mart 1995-ci il.



                 № 998.
Yüklə 207,37 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin