Mühasibat Uçotu Haqqında



Yüklə 15,68 Kb.
tarix21.10.2017
ölçüsü15,68 Kb.
#8524



(azeri version)

 

 



Beynəlxalq Mühasibat Uçotu, yaxud ACCA Paper 1.1

 

"Mühasibat Uçotu Haqqında" Azərbaycan Respublikası Qanunun 2004-cü il 2 sentyabr tarixdə  qüvvəyə minməsi və 2008-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən təşkilatların/şirkətlərin beynəlxalq mühasibat uçotu standartlarına keçməsi ilə əlaqədar olaraq, GRBS® müvafiq təlim proqramları işləyib hazırlayır və hazırda Sizə Beynəlxalq Mühasibat Uçotu mövzusunda növbəti praktiki kursu təqdim edir.


Hörmətli xanımlar və cənablar,
GRBS® mühasibləri, auditorları, iqtisadçıları və maliyyə menecerlərini Beynəlxalq Mühasibat Uçotu mövzusunda keçirilən uzunmüddətli praktiki kursa dəvət edir. Kursun müddəti 40 astronomik saatdır. Hazırki  kurs "ACCA Paper 1.1 Preparing Financial Statements" müstəviyyəsinə tam uyğundur.
Məqsəd: Müvafiq kurs mühasiblərin, auditorların, iqtisadçıların və maliyyə menecerlərinin ixtisaslarının və professional keyfiyyətlərinin artırılmasına xidmət edir.
Kursun vəzifələri:


  1. Təlimin iştirakçılarına beynəlxalq mühasibat uçotunun əsas prinsip və konsepsiyalarını öyrətmək və bu biliklərdən istifadə edərək maliyyə sənədlərinin və digər lazımi sənədlərin beynəlxalq qaydalara uyğun hazırlanmasına kömək etmək.

  2. Beynəlxalq Mühasibat Uçotu Standartları sahəsində təcrübəni artırmaq.

  3. Hesabatların şəffaflığını təmin etmək və idarəetmənin effektivliyini artırmaq, həmçinin mühasiblər, auditorlar, iqtisadçılar və maliyyə menecerlərinin hesabına kompaniyanın rentabelliyini artırmaq.

  4. Mühasibat Uçotu sistemini təkmilləşdirmək və Beynəlxalq Mühasibat Uçotu Standartlarına müvafiq professional tədris vermək.


Kursun sonunda iştirakçılar aşağıdakı bilikləri əldə edəcəklər:


  1. Mühasibat uçotu haqda məlumatların hazırlanması, yazılması və ümumiləşdirilməsi.

  2. Beynəlxalq Mühasibat Uçotu Standartları prinsiplərinin təcrübədə tətbiq olunması.

  3. Maliyyə hesabatlarının Beynəlxalq Mühasibat uçotu standartlarına müvafiq olaraq hazırlanması.

  4. Maliyyə hesabatlarının şərh edilməsi.

Sertifikasiya: İştirakçılar kursu bitirdikdən sonra  imtahan nəticəsi əsasında müvafiq sertifikatlarla təltif olunacaqlar.
Təlimçi: Elşən Rəhimov, GRBS® şirkətinin ekspert-konsultantı və eyni zamanda Avropa Birliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Beynəlxalq Mühasibat Uçotu Standartlarının Azərbaycanda tətbiqi"  layihəsinin  baş yerli experti.
Təlimin keçirilmə yeri və vaxtı: Məşğələlər 18 Sentyabr-03 Noyabr tarixində,  həftənin I, III və  V-ci günləri saat 19:00-21:00 qədər  ADİU-də keçiriləcəkdir. Kurs rus dilində keçiriləcəkdir. Yerlər məhduddur, iştirakçıların maksimum sayı - 15 nəfərdir.
Ödəniş: 500 AZN. GRBS® şirkətinin "Biznes-təlim/seminarların təşkilatı və keçirilməsi" qayda və standartlarına uyğun olaraq, Hörmətli İştirakçı təlimin/seminarın ilk günüdən sonra təlimin/seminarın keyfiyyətindən razı qalmazsa, onun ödədiyi məbləğ 100% həcmdə geri qaytarılır.
Endirimlər: eyni təşkilatı/şirkəti təmsil edən bir neçə iştirakçı üçün aşağıdakı endirimlər tətbiq olunur: 2 iştirakçı 4%, 3 iştirakçı 6%, 4 və daha artıq iştirakçı olarsa 7%. GRBS® şirkətinin əvvəlki təlimlərində iştirak etmiş şəxslər üçün isə əlavə olaraq 5% güzəşt tətbiq olunur.
Qeydiyyat:

  • Online rejimində: http://www.gr-bs.com/?mod=register&lang=az 

  • Faks və ya e-mail: xahiş edirik ki, hazırki elana əlavə olunmuş ərizə formasını doldurub bu telefon/faks nömrəsinə (994 12) 499-34-71, 499 34 72 və ya training@gr-bs.com  elektron poçt ünvanına göndərəsiniz.

Əgər Sizin kurs barədə hər hansı suallarınız yaranarsa, tərəddüd etmədən bizə müraciət edin.

 

Ərizə Forması

 

Proqram



 

Təlimçi haqqında qısa məlumat
Yüklə 15,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin