«MÜhasibat uçotu və audiT» (DƏrsliK) MÜNDƏRİcat


Əsas vəsaitlərin daxil olmasının sənədləşdirilməsi və uçotu



Yüklə 1,76 Mb.
səhifə8/17
tarix09.02.2020
ölçüsü1,76 Mb.
#102027
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

1.2.Əsas vəsaitlərin daxil olmasının sənədləşdirilməsi və uçotu


Müəssisə və şirkətlərə əsas vəsaitlər yeni tikilmiş ob­ye­ktlərin istifadəyə verilməsi, başqa təşkilatdan əvə­z­siz da­xil olması, müəssisə yaradılarkən ni­zam­namə ka­pitalı for­masında səhmdarların verdikləri əsas vəsaitlər, digər mü­­əssisə və şəxslərdən pulla alınma, müəssisənin özü tə­rə­fin­­dən hazırlanan əsas vəsaitlər və s. formasında daxil olur. Möv­cud olan əsas vəsaitlərin müha­si­bat uçotu on­la­rın təs­nifat qrupu və yerləşdiyi obyektlər üzrə təşkil olunur.

Əsas vəsaitlərin daxil olması və onların əsas vəsait ki­mi uçotda əks olun­ma­­sı qəbul-təhvil aktı ilə rəs­mi­ləş­di­ri­lir. Yeni tikilmiş və istifadəyə verilən əsas və­­saitlər isə xü­susi qayda ilə dövlət tərəfindən təşkil olunmuş qəbul ko­mis­si­ya­sı vasitəsilə yoxlanıb, qəbul olunur və həmin döv­lət komissiyasının aktı ilə sə­nəd­ləşdirilir. Möv­cud qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qə­bul-təh­­vil aktı tərtib olunur. Tərtib olunmuş aktda ob­yektin tam xarakteristikası, ti­kil­mə, onun texniki gös­tə­ricilərə uy­ğunluğu, istifadə verildiyi tarix və s. gös­tə­­ri­­lir. Tərtib ol­unmuş akt ona əlavə olunmuş istehsal-tex­ni­ki sənəd­lər­lə birlik­də əsas vəsait kimi mədaxil olunması və inventar kartı açmaq üçün müəssisə mü­hasibatlığına təqdim olu­nur. İnventar karatları müəssisədə əsas vəsa­it­lə­rin ob­yektlər üz­rə uçotunun təşkili üçün açılır. İnventar kartında ob­yek­tin inven­tar nömrəsi, onun əsas gös­tə­ri­ci­lə­ri, ilkin də­yəri, amortizasiya norması, köh­nəl­mə həc­mi və s. göstərilir. İnventar kartı mü­ha­si­bat­lıqda xü­su­­si ay­rılmış əsas və­sa­it­lərin uçotu üzrə jur­nal­da əks olu­nur. Əsas vəsait müəssisədən çıxarkən in­­ven­tar kartı uçot­­dan çıxarılır. İnventar kartına əsasən müəssisə mü­ha­si­bat­lı­ğın­da daxil olmuş və çıxarılmış əsas vəsaitlərin qruplar üz­rə hərəkəti uçotu aparılır. Kiçik müəssisələrdə az miq­dar­da əsas vəsaitlərin olduğu halda onların ob­yekt­lər üz­rə uçotu inventar kitablarında aparılır.

Əsas vəsaitlərin sintektik uçotu aktiv hesab olan 01«Əsas vəsaitlər» hesabında aparılır. 01«Əsas vəsaitlər» hesabı müəssisənin mülkiyyə­tin­də­ki istismar­da, ehtiyatda olan, müvəqqəti dayandırılan, yaxud ica­rə­yə ve­­­ri­lən (uzun­müddətli icarəyə götürülənlərdən başqa) əsas vəsaitlərin mövcudluğu və hə­rəkəti haqqında məlu­mat­­ların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. 01«Əsas vəsaitlər» hesabının debetində əsas vəsa­it­lə­rin daxil olması, yeni­dən qiymətləndirilməsi, kredi­tin­də isə əsas vəsaitlərin çıxması və qiymətlərinin aşağıya sa­lın­ma­sı əməliyyatları əks olunur. Əsas vəsaitlərin köh­nəl­mə­si 02«Əsas vəsaitlərin köhnəlməsi» (amor­ti­za­si­yası) he­sabında uçota alınmalıdır.

Azərbaycan Respublikası Maliyyə Naztirliyinin 20 ok­tyabr 1995-ci il tarixli «Müəssisələrin mühasibat uço­tu­­­nun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»da mü­əyyən olunduğu kimi 01«Əsas vəsaitlər» he­sa­bın­da əsas vəsaitlər ilk dəyərləri ilə uçota alınır. Həmin də­yə­rlər obyektlər üzrə aşağıdakı qaydada müəyyən edilir:

- təsisçilər tərəfindən müəssisəyə nizamnamə ka­pi­ta­lı kimi qoyulan obyektlər üçün tərəflərin mü­qavilə qiy­­məti ilə;

- müəssisənin özündə hazırlanmış, həmçinin baş­qa müəssisə və şəxslər tərəfindən pulla alınmış obyektlər üçün daşınma və quraş­dır­ma üzrə xərclər də daxil edil­məklə quraş­dı­rıl­mış (tikilmiş), yaxud alınmış obyektlərə faktiki məsrəflərdən asılı olaraq;

- dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış ob­yek­tlər üçün ekspert yolu ilə yaxud qəbul-təhvil sənədlərindəki məlu­mat­lar üzrə müəy­yən edilmiş dəyərlə.

Əsas vəsaitlərin daxil olmasının xarakterindən, yəni hansı mənbəədən daxil olması ilə əlaqədar olaraq müvafiq mü­ha­si­bat yazılışı aparılır.

Təsisçilər tərəfindən müəssisənin nizamnamə kapi­ta­lına pay kimi qoyulan əsas vəsaitlər mədaxil edildikdə 01«Əsas vəsaitlər» hesabının debetində və 75«Təsisçilərlə hesablaşmalar» hesabının «Nizamnamə (yı­ğım) kapitalına qoyuluşlar üzrə hesablaşmalar» sub­he­sa­bı­nın kreditində əks etdirilir.

Dövlət orqanlarından maddi yardım kimi, digər mü­­əssisə və şəxslərdən əvəssiz alınmış əsas vəsaitlərin mə­­daxili 01«Əsas vəsaitlər» hesabının de­be­tində və 87«Əlavə kapital» hesabının «Əvəzsiz olaraq alın­mış sərvət» sub­hesabının kreditində əks etdirilir. Əgər əvəs­siz daxil olan əsas vəsaitlər qey­ri-istehsal təyinat­lı­dırsa onda 87hesabın əvəzinə 88«Bölüş­dü­rül­mə­miş mən­fə­ət (ödənilməmiş zərər)» hesabının müvafiq subhesabı tətbiq edilir.

Müəssisənin özü tərəfindən yaradılmış yaxud başqa mü­əssisə və şəxs­lər­dən pulla alınmış əsas vəsaitlər 01«Əsas vəsaitlər» hesabının debeti və 08 «Ka­pi­tal qo­yu­luşları» hesabının kreditinə mühasibat yazılışını tərtib et­mək­lə mədaxil edilir.

Göstərilən qaydada tikintisi başa çatmış və istis­ma­ra verilmiş əsas vəsaitlər mühasibat uçotunda əks olu­nur. Burada obyektin tikintisi ilə əlaqədar olan və sme­ta-titul siyahısı, kapital qoyuluşu üzrə müəyyən olunmuş bütün məsrəflər tikintinin təsərrüfat və ya podrat üsulu ilə apa­rıl­masından asılı olmayaraq 08«Kapital qo­yu­luş­la­rı» hesabında əks olunmalıdır.



1.3. Əsas vəsaitlərin köhnəlməsinin (amorti­za­si­ya­sının) uçotu

Əsas vəsaitlər istifadə olunması nəticəsində köhnə­lir, özünün ilkin key­fiy­yə­tini və istifadə olunması im­kan­larını azaldır. Köhnəlmə fiziki və mənəvi formada özünü göstərir.

Əsas vəsaitlərin fiziki köhnəlməsi ilə əlaqədar özü­nün fiziki keyfiyyətini tex­­niki-iqtsadi xassəsini itirir və yararsız vəziyyətə dü­­şür. Əsas vəsaitlərin mə­nə­vi köhnəlməsi ölkələrdə apa­­rılan elmi-texniki inkişafla, əlaqədar olaraq on­la­rın də­yə­ri­nin aşağıya düşməsi və daha məhsuldar vəsaitlərin ya­ran­ması ilə əlaqədardır.

Başqa sözlə əsas vəsaitlərin aşınmasının (köhnəlməsinin) pula ifadəsi köhnəlmə adlanır.

Əsas vəsaitlər istehsal prosesinin əsas elementlərindən biri olduğu üçün on­ların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibinə daxil edilməlidir. Bu əsas vəsaitlərə köhnəlmə (amortizasiya) hesablamaqla həyata keçirilir. Bu­nun üçün amortizasiya olunan əmlak üçün amortizasiya (köhnəlmə) normaları müəyyən edilmişdir.

Azərbaycan Respublikasının11 iyul 2000-ci il tarixli, 905-11 saylı Qanunu ilə təsdiq edilmiş «Azər­bay­­can Respublikasının Vergi Məcəlləsi»nin 114-cü mad­də­sində amortizasiya ayırmaları və gəlirdən əsas və­saitlər üzrə çıxılan məbləğlər üzrə bir sıra yeni qaydalar müəy­yən edilmişdir. Beləliklə, əsas vəsaitlərin kateqo­ri­ya­ları üz­rə illik amortizasiya normaları aşağıdakı kimi müəy­yən edilir:

a) binalar, tikililər və qurğular - 7 faizədək;

b) maşınlar, avadanlıqlar və hesablama texnikası – 25 faizədək;

v) nəqliyyat vasitələri – 25 faizədək;

q) iş heyvanları – 20 faizədək;

d) geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların ha­si­latına hazırlıq işlərinə çəkilən xərclər – 25 faizədək;

e) qeyri-maddi aktivlər – istifadə müddəti məlum ol­mayanlar üçün – 10 faiz, istifadə müddəti müddəti mə­lum olanlar üçün isə illər üzrə istifadə müddətinə mü­tə­na­sib məbləğlərlə;

k) digər əsas vəsaitlər – 20 faizədək.

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ay­ır­maları hər bir kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin ka­teqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna ba­lans üzrə qalıq dəyərinə tətbiq edilməklə hesablanır.

Binalar, tikililər və qurğular (bundan sonra ti­ki­li­lər) üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır.

Müəssisələr əsas vəsaitlərə ayrı-ayrılıqda hər ay köh­­­nəlmə (amortizasiya) hesabladıqları üçün qəbul olun­muş illik köhnəlmə (amortizasiya) normalarını 12 aya böl­məklə aylıq köhnəlmə normalarını müəyyən edirlər.

Mövcud qanunvericiliyə görə torpaq, incəsənət əsər­­ləri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən mü­­əyyən edilən köhnəlməyə məruz qalmayan digər ak­tiv­­lər amortizasiya olunmur.

Mühasibat uçotunda aylıq hesablanmanı köhnəlmə (amortizasiya) məblə­ği 02 «Əsas vəsaitlərin köh­nəl­mə­si» hesabında əks olunur. 02 «Əsas və­saitlərin köh­­­nəlməsi» hesabı passiv hesab olub müəssisənin öz mül­­kiy­yə­tin­də olan, uzun müddətə icarəyə götürülən əsas və­saitlərin köhnəlməsi (amorti­za­siyası) haq­qında mə­lu­mat­ları ümumiləşdirmək üçün nəzərdə tutul­muş­dur. Və­­sa­itlərə qa­­nunvericilikdə nəzərdə tutulmuş nor­ma­larla he­sablanmış köhnəl­mə (amor­ti­za­siya) məbləği 02 «Əsas vəsaitlərin köhnəlməsi» hesabının kre­­di­­tin­də, is­teh­sal (tədavül) xərclərini uçota alan hesabların, yə­ni 20 «Əsas istehsalat», 23 «Kö­mək­çi isteh­sa­lat», 25«Ümumi istehsalat xərc­­ləri», 26Ümumtəsərrüfat xərc­lə­ri», 44«Tədavül xərcləri» hesa­bı­nın de­betində əks etdirilir. Bu müxabirləşmədə əsas vəsaitin harada yerləş­mə­sindən asılı olaraq həmin hesabda yazılış aparılır.

İcarəyə verilmiş əsas vəsaitlərə (uzun müddətə ica­rə­yə verilənlərdən baş­qa) hesablanmış köhnəlmə (amor­ti­zasiya) məbləğləri 02«Əsas vəsaitlərin köh­nəl­mə­si» hesabının kreditində və 80Mənfəət və zərər» he­sa­bı­nın debetində əks etdirilir. Tam amortizasiya olun­muş əsas vəsaitlərə köhnəlmə hesablanmır.

Müəssisələrin mülkiyyətində olan əsas vəsait ob­yek­t­ləri təsərrüfatdan çıx­dıq­da (satıldıqda, silindikdə, əvəz­siz olaraq verildikdə və s.) onlara hesab­lan­mış köh­nəlmə məbləği 02 «Əsas vəsaitlərin köhnəlməsi» he­sa­bının debe­tin­də və 47 «Əsas vəsaitlərin satışı və sair xaricolmaları» hesabının kredi­tin­də əks etdirilir. Ta­ma­­milə xarab olmuş yaxud çatışmayan əsas vəsaitlərə he­sablanan köhnəlmə məbləğlərinin silinməsi zamanı da eyni yazılış tərtib edilir.



Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin