«MÜhasibat uçotu və audiT» (DƏrsliK)


Hasilatın və əməyin ödənişinin sənədləşdirilməsi qaydası



Yüklə 1,69 Mb.
səhifə38/84
tarix31.12.2021
ölçüsü1,69 Mb.
#112328
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

3.4. Hasilatın və əməyin ödənişinin sənədləşdirilməsi qaydası

Əməyin və əmək haqqının uçotunun düzgün təşkili onun sənədləşdirilmə­sin­dən bilavasitə asılıdır. Fəhlə və qulluqçulara əmək haqqı hesablamaq üçün müəssisələrdə işə görə və vaxta görə işləyənlərin sayını bilmək lazımdır. Vaxta görə işləyənlərə əmək haqqı hesablamaq üçün onların işəçıxma saatlarının miq­­darını. İş dərəcələrini, habelə vəzifə maaşlarını bilməklə əmək haqqı hesab­la­maq olar. Belə bir məlumat mənbəyi müəssisədə işəçıxmanı qeydə alan tabel uçotudur. İşəmuzd işləyənlərə əmək haqqı hesablamaq üçün onlara verilmiş tap­şırıqların həcmini, istehsal olunan məhsulun miqdarına və keyfiyyətini bil­mək lazımdır. İşəmuzd qaydada əmək haqqı hesablanması üçün müxtəlif sə­nəd­lərdən istifadə olunur. Onlarda yerinə yetirilən işlərin xarakteri, məzmunu, onu yerinə yetirən fəhlələrin dərəcəsi və başqa göstəricilər verilir. Mövcud qay­da­ya əsasən məhsul hasilatının, işin həcminin və əmək haqqının uçotu üçün aşağıdakı ilkin sənədlərdən istifadə olunur: naryad, hasilatın uçotu cədvəli, marşrut kartları, növbə raportları, məhsulun və ya işin qəbulu haqda akt və s.

Kiçik seriyalı və fərdi xarakterli istehsal müəssisələrində adətən yerinə ye­ti­rilmiş işlər üzrə naryadlardan istifadə oulnur. Həmin naryadlar işə baş­la­maz­dan əvvəl hər bir işçiyə və ya briqadaya verilir və orada tapşırıqların həcmi, key­fiyyəti, iş üçün sərf edilən vaxt, həmin işə görə əmək haqqı və s. haqqında qey­diyyat aparılır. Tərtib olunan naryadlarda işin həcmini, qiymətlərin düz­gün­lüyünü və hesablanmış əmək haqqını yoxlamaq üçün əməyin normalaş­dı­rıl­ması şöbəsinə verilir. Sənədlər yoxlandıqdan sonra əmək haqqı hesablan­maq üçün mühasibatlığa verilir. Seriyalı istehsal sahələrində isə hasilatın və əmək haqqının uçotu üçün marşrut vərəqələrindən istifadə olunur. Marşrut və­rə­qəsi detal və məlumatların müəyyən partiyasına və texnoloji prosesin bü­tün əməliyyatlarına tərtib olunur. Kütləvi xarakterli müəssisələrində isə hasi­la­tın və əmək haqqının uçotu üçün yığma cədvəllərindən istifadə olunur. Nor­mal iş şəraitindən kənar­laşmalar üçün ödənilən əlavələr üçün əlavə ödəmə və­rə­qələrindən, işəmuzd işlər üçün naryadlardan və s. istifadə olunur. Boş­da­yan­ma­lar üzrə ödəmələr üçün boşdayanma vərəqələri, zay haqqında aktlara əsa­sən isə onun ödənilməsi həyata keçirilir. İş vaxtından artıq, bayram və istirahət günləri üzrə əməyin ödənilməsi də müvafiq sənədlərlə rəsmiləşdirilir. Əlavə əmək haqqının hesablanması zamanı xəstəlik vərəqələrindən, məzuniyyətə get­mə haqqında əmrlərdən və s. sənədlərdən istifadə olunur. İşçilərə çatası və ödə­ni­ləsi əmək haqqını hesablamaq üçün hesab­laşma – ödəmə (Ə-49), hesablaşma (Ə-51) və ödəniş cədvəllərindən (Ə-53) istifadə olunur. Bunlardan ödəniş cədvəlləri hesablaşma cədvəli əsasında doldurulur.

Vaxtamuzd əmək haqqı formasında işçinin əmək haqqı məbləği əməyin ödə­nil­məsinin saatlıq dərəcəsini faktiki işlənmiş saatlara, işəmuzd formasında isə məh­­sul vahidinə görə əməyin ödənmə qiymətini faktiki istehsal olunmuş məh­su­lun həcminə vurmaqla hesablanır. Əsas iş vaxtından əlavə işlənmiş, bayram və is­ti­­rahət günlərində işlərin ödənilməsi ikiqat həcmdə həyata keçirilir və müvafiq sə­nəd­lərlə (tabel, əmr, naryad və s.) rəsmiləşdirilir. Bayram və ümumxalq hüzn gü­nü işləyən işçiyə onun arzusu ilə əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Müəssisələrdə gecə iş vaxtının ödənməsi saat 22-dən 6-dəy olan iş vaxtını nəzərdə tutur. Gecə iş vaxtı bir qayda olaraq əmək müqavilələrində nəzərdə tutulur və görülən işin həcmi yüksək tarif dərəcələri ilə ödənilir. Gecə iş vaxtı ay müddətində tabel uçotunda əks olunur və ödənmə sistemi müəssisə üçün müəyyən olunmuş norma və qaydalarla ödənilir.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin