«MÜhasibat uçotu və audiT» (DƏrsliK)


Əmək haqqı və onunla əlaqədar hesablaşmaların uçotu



Yüklə 1,69 Mb.
səhifə39/84
tarix31.12.2021
ölçüsü1,69 Mb.
#112328
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

3.5. Əmək haqqı və onunla əlaqədar hesablaşmaların uçotu

Müəssisənin siyahı sayına daxil olan və olmayan işçi heyəti ilə əməyin ödə­nişi üzrə (bütün növdən olan əmək haqqı, mükafat, müavinət, işləyənlərə pen­siya və s.) habelə müəssisənin səhmləri və digər qiymətli kağızlar üzrə ödə­ni­ləsi gə­lir üzrə hesablaşmaların uçotu 70 saylı «Əməyin ödənişi üzrə işçi heyəti ilə he­sablaşmalar» hesabında aparılır. Bu hesabda aşağıdakı subhesablar açıla bilər:

70/1 «Müəssisənin ştatında olan işləyənlərlə hesablaşmalar»

70/2 «Əvəzçilik işləyənlərlə hesablaşmalar»

70/3 «Mülki-hüquqi müqavilə üzrə işləyənlərlə heablaşmalar»

İşçlərə hesablanmış əmək haqqı məbləği istehsal və ya tədavül xərclərini uço­ta alan hesablarla (əmək haqqı məhsulun maya dəyərinə daxil edilən za­man) müxabirləşdirilməklə qeyd edilən hesabın kreditinə yazılır. Bu zaman Dt – 20, 23, 25, 26,28, 29 və s. Kt – 70 mühasibat yazılışı tərtib olunur. Əmək haq­qı­nın digər mənbələr hesabına ödənilməsi zamanı, onun hesablanması zamanı DT- 07, 08, 10, 12, 47, 80, 81, 96 və s. Kt-70 mühasibat yazılışı verilir. Əməyin ödə­nişi üzrə qüvvədə olan əsasnaməyə əsasəe işçilərə hesablanmış əmək haqqı fonduna daxil edilən mükafat məbləği üçün Dt-20, 23, 25, 26, 28 və Kt-70 mü­ha­sibat köçürməsi verilir. Rəhbər işçilərə, mütəxəssislərə, qulluqçulara və digər işçilərə hesablanmış mükafat isə maddi həvəsləndirmə fondunun vəsaiti he­sa­bı­na verilir ki, bu zaman Dt-88/5 Kt-70 mühasibat yazılışı verilir. Hazırda işçi­lər müəssisədə 6 ay işlədikdən sonra məzuniyyət hüququna malik olurlar və iş­çi­lərə məzuniyyət il ərzində bərabər sayda təqdim edilmir. Odur ki, məzuniyyət haqqının istehsal məsrəflərinə bərabər qaydada aid edilməsi üçün hər bir ay 89 saylı «Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» hesabında ehtiyat yara­dı­lır. Bu zaman Dt 20, 23, 26 və s. Kt 89 yazılışı tərtib olunur. Məzuniyyət haq­qı hesablanan zaman isə Dt 89, Kt 70 yazılışı verilir. Rəhbər işçilərə, qul­luqçulara və mütəxəssislərə məzuniyyət haqqı hesablanan zaman bu məqsədlə eh­tiyat yaraddılmır və əsas əmək haqqı kimi uçota alınır. Müəssisə və təşki­lat­lar­da işçilərin sosial müdafiəsini təmin etmək üçün məcburi dövlət sosial sığor­ta­sı keçirilir. Sosial sığorta xərcləri müəssisənin istehsal xərclərinə daxil edilir və əməyin ödənişi fonduna nisbətən faizlə (hazırda 27% və 30%) həcmdə mü­əy­yən olunur. Müəssisə müəlliflik qanararı ödəyən zaman isə 15% sığorta ayır­ma­sı edilir. Sosial sığortaya ayırmaların uçotu üçün 69 «Sosial sığorta və təmi­nat üzrə hesablaşmalar» hesabı nəzərdə tutulur. Onun iki subhesabı vardır: 69/1 «Sosial sığorta üzrə hesablaşmalar»; 69/2 «Pensiya, təminat üzrə hesab­laş­malar». Hesabın kreditində hesablanmış məbləğ, debetində isə onun istifa­də­si və təyinatı üzrə köçürülməsi uçota adınır. Məcburi dövlət sığortasına ayır­ma edilən zaman Dt 20, 23, 25, 26 və s. Kt 69 mühasibat yazılışı verilir. Və­sa­i­tin təyinat üzorə köçürülməsi isə Dt-69, kt-51 yazılışı ilə rəsmiyyətə salınır. So­si­al sığorta vəsaiti hesabına işçilərə müavinət hesablanması zamanı Dt-69, Kt-70, bu hesaba nəğd ödəmə isə Dt 69,Kt-50 yazılışı ilə rəsmiyyətə salınır. Hazıra işçilərin əmək haqqından bir sıra tutulmalar edilir ki, bu də məcburi və müəs­si­sənin təşəbbüsü ilə həyata keçirilən tutulmalara bölünür.

İcbari tutulmalara gəlir vergisi, pensiya təminatı üçün əmək haqqında 20 % həcmində tutulma, icra sənədi üzrə üçüncü şəxsin hesabına tutulmalar, digər tu­tulmalara isə maddi ziyanın ödənilməsinə görə, zay məhsula görə, qaytarıl­ma­yan təhtəl hesab məbləğə görə, ssuda xüsusi geyimlər və s. görə tutulmalar aiddir.

Tutulmalar edilən zaman xarakterindən asılı olaraq 70 saylı hesabın Dt-də 68, 69/2, 73/3, 76 ovə s. hesabları Kt-də əks etdirilir. İşçilərə çatası əmək haqqı adətənödəniş cədvəli üzrə kassadan nəğd qaydada ödənilməklə verilir. Onlara əmək haqqı pul və natural formada ödənilə bilər.Əmək haqqı pul formasında kassadan ödəqildikdə Dt-70, Kt-50, natural formada ödənildikdə isə Dt-70, Kt-46, 47, 48 mühasibat yazılışı verilir. Bəzi hallarda işçinin xahişi ilə ona çatası əmək haqqı bankdakı şəxsi hesabına da köçürülə bilər ki, bu zaman onun köçürülməsi zamanı Dt-70, kt-51 mühasibat yazılışı tərtib olunur.

Hesablanmış, lakin müəyyən edilmiş müddətdə ödənilməmiş (pul alan­la­rın gəlməməsi ilə əlaqədar) məbləğlər 70 №-li «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesabının debetinə, 76 №-li «Müxəlif debitor və kreditor­lar­la hesablaşmalar» hesabınan (deponentlərlə hesablaşmalar subhesabı) hesa­bı­nın kreditinə yazılır. 70 №-li «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesab­laşmalar» hesabı üzrə analitik uçot müəssisənin hər bir işçisi üzrə aparılır.

«Deponent» qaydasında banka qaytarılan pul məbləği işçilərin tələbi əsa­sın­da bankdan alınır və ödənilir. Pul məbləği bankdan alınarkən 50 №-li «Kas­sa» hesabının debeti və 51 №-li «Hesablaşma hesabı»nın kreditinə yazılış apa­rı­lır. Kassaya daxil olmuş pul məbləği deponent üzrə ödəndikdən sonra ikinci yazılışla, yəni 50 №-li «Kassa» hesabının kreditinə və 76 №-li «Müxtəlif debi­tor və kreditorlarla hesablaşmalar» hesabının «Deponentlərlə esablaşmalar» sub­he­sabının debetinə yazılış aparılmaqla uçotda əks etdirilir.

Tələb olunan deponent borcu müəssisə tərəfindən üç il müddətinə sax­lan­malı və həmin vaxt keçdikdən sonra budcəyə köçürülməlidir.

Əmək haqqının analitik uçotu hər bir işçiyə açılmış şəxsi hesablarda aparılır.




Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin