«MÜhasibat uçotu və audiT» (DƏrsliK)



Yüklə 1,69 Mb.
səhifə4/84
tarix31.12.2021
ölçüsü1,69 Mb.
#112328
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

Nəzarət funksiyası. İdarəetmənin təkmilləşdirilməsi şə­raitində müxtəlif mülkiyyət formalarının mövcudluğu, ba­zar münasibətlərinin formalaşmasında mühasibat uço­­­tu­nun nəzarət funksiyası daha mühüm şəkil alır və bu da şübhəsiz uçotun forma və metodlarının daha da tək­milləşdirilməsi və dünya ölkələri təcrübəsindən is­ti­fa­də edilməsini mühüm vəzifə olaraq qarşıya qoyur.

Müxtəlif mülkiyyət formalarının yaranması, müəs­si­sə hüquqlarının genişləndirilməsi, xalq təsərrüfatında ma­liyyə-mühasibat nəzarətinin zəifləməsi deyil, əksinə onun daha da möhkəmlənməsini tələb edir. Uçot aparatı işçiləri, nəzarət-təftiş və audit xidməti, vergi orqanları ye­ni idarəetmə prinsiplərinə əsaslanaraq mövcud olan mad­di ehtiyatların düzgün və səmərəli istifadə olunması üzə­rində nəzarəti təmin etməlidirlər. Mühasibat uço­tu­nun nəzarət funksiyasının genişlənməsi bir daha onunla əla­qə­dardır ki, hazırki şəraitdə hər bir müəssisə rəh­bər­li­yi, menecerlər öz müəssisələrini maliyyə-təsərrüfat gös­tə­ri­ciləri və ödəmə qabiliyyəti informasiyalarını əldə et­mə­ləri vacib şərtlərdir.

Nəzarət - qarşıda qoyulan məqsədə çatmaq üçün və­­zi­fənin müəyyən olun­ması prosesidir. Nəzarət pro­se­si­ni müəyyən olunmuş standartlar təşkil edir ki, onların ic­rası qarşıdakı vəzifənin yerinə yetirilməsini təmin et­mə­yə yönəldilir.

Nəzarət üç formada yerinə yetirilir. Bunlardan bi­rin­cisi ilkin nəzarət, ikincisi cari nəzarət və üçüncüsü isə sonrakı nəzarət adlanır.

İlkin nəzarət təsərrüfat əməliyyatının icra olun­ma­sı­na qədər aparılmalı, ca­ri nəzarət əməliyyatı icra olun­du­ğu dövrdə, sonrakı nəzarət isə əməliyyatın ic­ra olun­ma­sından sonra aparılmış nəzarət formasıdır. Şübhəsiz bu əmə­liy­yat­la­rın aparılması və icra olunması əvvəlcədən müəyyən vəzifəli şəxslər tərə­fin­dən sənədləşdirilir. Hər bir əməliyyat ay­rı­lıq­da müəyyən sənədləşdirmə əsasın­da icra olunur. Müəssisələrdə ilkin nəzarət bir qayda olaraq kadrların seçilib yerləşdirilməsi, material və maliyyə va­si­tələri ehtiyatlarının istifadəsində icra olunur.

Kadr ehtiyatları üzrə ilkin nəzarət müəssisələrdə se­çi­lən kadrların iş və peşəkar fəaliyyətlərinin müəyyən olun­­ması və daha hazırlıqlı, yüksək ixtisasa malik olan mütəxəssislərin seçilməsini nəzərdə tutur.

Cari nəzarət müxtəlif təsərrüfat əməliyyatlarını icra edərkən tərtib olun­muş sənədləşmə dövrünü əhatə edir. Yəni cari nəzarət bilavasitə əməliyyatların yerinə yetiril­di­yi vaxtda icra olunur. İcra olunan əməliyyatın daimi olaraq yoxlanması, əmələ gəlmiş problemlərin müza­ki­rə­si və təkmilləşməsi görülən əməliyyatın mövcud olan qa­nun­vericilikdən və nəzərdə tutulmuş plan göstəri­ci­lə­rin­dən kənara çıxmasının qarşısını alır. Beləliklə ilkin apa­rıl­mış nəzarət vasitəsilə müəyyən olunmayan qa­nun­suz əməliyyata yol verilməsi cari nəzarət vasitəsilə aradan qal­dırıla bilər.



Sonrakı nəzarət təsərrüfat əməliyyatının icra olun­du­ğu vaxtda və ya icradan sonra aparılan nəzarət for­ma­sı­dır. Müəssisədə fəaliyyət göstərən hər bir şəxs müəyyən tə­sərrüfat əməliyyatlarını icra edərkən bilməlidir ki, hə­min sənəd ondan sonra başqa mütəxəssislər tərəfindən yox­lanacaqdır. Ona görə də təsərrüfat əməliyyatının icra olunmasında hər bir şəxs tərtib elədiyi əməliyyatın qa­nun­çuluqda müəyyən olunmuş norma və standartlara uy­ğun olmasını təmin etməyə borcludur.

Müəssisələrdə sonrakı nəzarət forması bir qayda olaraq aparılan təftiş və auditor yoxlamalarının nəticəsi ilə müəyyən olunur. Aparılan audit və təftiş yoxlamaları nəticəsində müəssisənin bütün təsərrüfat-ma­liy­yə və iq­ti­sadi göstəriciləri əsaslı şəkildə araşdırılır və buraxılmış nöq­san­lar, çatışmamazlıqlar müəyyənləşməklə onların ara­dan qaldırılması üçün konkret tədbirlər görülür.

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin