«MÜhasibat uçotu və audiT» (DƏrsliK)



Yüklə 1,69 Mb.
səhifə63/84
tarix31.12.2021
ölçüsü1,69 Mb.
#112328
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

Şərti müsbət rəy -məhdudiyyəti olan rəydir. Şərti müsbət rəy formasında auditor (auditor təşkilatı) təqdim etdiyi rəydə müəyyən əməliyyatların düzgün icra olunmadığını qeyd etməklə göstərir ki, hesabat dövrü ərzində müəssisənin bütün aktiv, pasivlərinin və təsərrüfat-maliyyə fəaliyyətinin uçot və hesabat gös­təriciləri Azərbaycan Respublikası qanunculuğunun tələblərinə uyğundur. Bununla yanaşı ayrı-ayrı uçot əməliyyatlarında buraxılmiş səhvləri, amarti­za­si­ya hesabatlarındakı yanlış əməliyyatların olmasını, bəzi təsərrüfat əməliyyat­larının uçotda düzgün müxabirləşmə verilməməsinə və sair nöqsanlara görə audit yoxlaması nəticəsi şərti müsbət rəylə rəsmiləşdirılır.

Auditorhesabatlara dair rəy verməkdən İmtina edərsə, o təqdim etdiyi ar­qu­mentlər əsasında yoxlama nəticəsi haqqında rəy hazırlanmanın mümkün ol­ma­dığını göstərir. Auditor yaranmış şəraitlə əlaqədar olaraq göstərir ki, mü­əs­si­sədə aparılan mühasibat uçotu və hesabatı əməliyyatları onun hesabat döv­rün­də aktiv və passivinin maliyyə-təsərrüfat nəticəsində düzgün əks olunmasını tə'min etmir.

Auditor rəy verməkdən imtina etdikdə, bunu lazımi səviyyədə əsaslan­dır­ma­lı və müəyyən olunmuş ciddi nöqsan, çatışmamazlıqları göstərməklə, təq­dim olunmuş hesabatın etibarlı olmadığını müəyyənləşdirir. Auditor rəy ver­mək­dən imtina edərkən göstərir ki, auditin aparılması zamanı faktların yox­la­ma­sının qeyri-mümkünlüyü müəyyən olunmuşdur.

Auditor rəyi iki nüsxədən ibarət tərtib olunur, onlardan biri təsərrüfat subyektinin rəhbərinə, digəri isə auditor təşkilatında qalır.

Özünüyoxlama sualları



        1. Yüklə 1,69 Mb.

          Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin